İsti dondurma: dadlı və faydalı

İsti dondurma: dadlı və faydalıDemək olar ki, bütün uşaqlar şirniyyatı sevir, dondurma isə onlar üçün əsl bayramdır. Ancaq bir problem var ki, şirniyyata artıq həvəs uşaq orqanizminə mənfi təsir edə bilər. "Dadlı qida" və "Faydalı qida" arasında qalarkən necə seçim etməli?

Seçim etməyinizə gərək yoxdur. Artıq sizin əvəzinizə düşünərək həm dadlı, həm də faydalı qida resepti hazırlayıblar.

Bu resept "isti dondurma" adını alıb. Dadına görə o, klassik dondurmadan çox az fərqlənir, amma onu soyudulmamış yemək lazımdır. Bundan əlavə bu qida yalnız təbii tərkiblərdən ibarətdir.

Beləliklə, hazırlanması üçün lazım olanlar:

• Qatıq və ya bişmiş süd (0,5 litr);

• Az yağlı xama (¼ stəkan);

• Şəkər — zövqə görə (¼ dən ½ stəkana qədər), əlavə üçün vanil şəkəri (yarım paket — təxminən 10 qr.);

• jelatin (1 xörək qaşığı).

Resept (hazırlanma prosesi bütünlükdə 10 dəqiqə vaxt alır):

1. Jelatin su ilə qarışdırılr, həll edilir, zəif odun üzərinə qoyulur, müntəzəm qarışdırılır (qaynamağa imkan verməyin!). Parçalar (lopalar) əridikdən sonra odun üzərindən götürülür.

2. Qatıq, şəkər və xamanı mikserlə qarışdırıb ona jelatin əlavə edilir, köpük alınana qədər qarışdırılır (5 dəqiqədən çox olmamaq şəryilə).

3. Formalı qablara tökülüb, soyuducuya qoyulur (1 neçə saat)

Nüanslar:

• Qatığı qismən istənilən meyvə şirəsi ilə əvəz etmək olar (əlbəttdə ki, üstünlük təzə sıxılmış meyvə şirələrinə verilməlidir)- nəticədə maraqlı südlü-meyvəli qarışıq alınır.

• Deserti uşağın sağlamlığına zərər verməyən qidalarla: meyvə, giləmeyvə, quru meyvələrlə bəzəmək olar. 3 yaşından yuxarı uşaqlar üçün isə sürtkəcdən keçirilmiş şokolad, yaxud qoz-fındıqdan istifadə etmək olar. Fantaziyalarınıza güvənin və təcrübədən keçirin. Yaxşı bəzədilmə və xüsusi seçilmiş qablarda dadlı desertin xüsusi yeri var.

• Əgər baza olaraq qatıqdan istifadə etsəniz, dondurma plombir dadı verəcək. Əgər bişmiş süd əlavə etsəniz krem-bryulenin dadı alınacaq. Çox az adam gözləri yumulu süd suflesində hazırlanmış dondurma ilə əsl dondurmanı ayıra bilər.

İsti dondurma həm səhər yeməyi, həm də naharda müstəqil yemək kimi yeyilə bilər. Eyni zamanda uşaqların dadsız hesb etdiyi və yemək istəmədiyi sıyıqlara qatıla bilər. Böyüklər (xüsusilə pəhriz saxlayanlar ) da dondurmanın dadına kalorisi az olan qəhvəyə əlavə kimi bax bilərlər. Bu nəninki faydalıdır, həm də çox dadlıdır.

Nigar

Mətbəx   Baxılıb: 866   Tarix: 26 may 2015  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti