İsti qida və içkilərin təhlükəsi

İsti qida və içkilərin təhlükəsiİsti qida və içkilərin daim qəbulu çox ziyanlıdır. Bunu çoxsaylı elmi araşdırmalar təsdiq edir.
Udlaq və qida borusu xərçəngi kifayət qədər tez-tez təsadüf edilən xərçənq formasıdır. Qida borusu xərçənginin təhlükəsi ondan ibarətdir ki, bu xərçəng çox tez metastaz verir (orqanizmdə yayılır) və bu səbəbdən çox çətin müalicə olunur.
Bu xərçəng formasının əsas risk faktorları arasında çox isti qida və içkilərin qəbuludur. Araşdırmalar nəticəsində məlum oldu ki, çox isti qida və içkilərin (70 C-dən yuxarı) daim qəbulu bu xəstəliklərin inkişafı riskini 8 dəfəyə qədər artırır! Bunun səbəbini izah edək.
İsti qida və ya içki udlağa və qida borusuna düşdükdə bu orqanların selikli qişasının hüceyrələrini zədələyir. Əgər bu hal daim təkrarlanarsa, hücerələrdə patoloji dəyişikliklər inkişaf edəcək, sağlam hüceyrələr xərçəng hüceyrələrinə çevriləcək.
Bundan əlavə isti qida və içkilərə aludəlik dişlər üçün çox ziyanlıdır. İstinin təsirində diş emalı xarab olur - onun üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar vaxt keçdikcə dişin dağılmasına səbəb olur.
Çox isti qida və içkilər həmçinin ağız boşluğunun selikli qişalarına da mənfi təsir edir, yuxarı tənəffüs orqanlarının fəaliyyətini pozur. Bu səbəbdən isti qidaları və içkiləri sevən insanları tez-tez xroniki tonzillit, öskürək, boğazda göynəmə narahat edir.
Selikli qişalar (ağız boşluğunda, mədə-bağırsaq sistemində, cinsiyyət sistemində) orqanizmdə müdafiə funksiyanı yerinə yetirir. Ağız boşluğunun selikli qişaları bura havadan düşən mikrob və infeksiyaları zərərsizləşdirir. Ağız boşluğunun selikli qişalarının daim yanması nəticəsində yerli immunitet zəifləyir və infeksiya və mikrobların hücumunu lazım olan səviyyədə dəf edə bilmir. Bu isə tənəffüs yolları xəstəliklərinin sayını artırır.
Beləliklə, isti qida və isti içkilərin qəbulu çox ziyanlıdır. Bu səbəbdən onları ilıq vəziyyətdə qəbul etmək lazımdır. Bunun üçün çay və qida dodaqları yandırmamalıdır.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1695   Tarix: 13 iyul 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Əməköməcinin (Balba) faydaları

Əməköməcinin (digər adı Balba) çox zəngin tərkibi vardır. Tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda həmin selikli maddələr qastrit, mədə-bağırsa

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Qaşınmalı qoturun müalicəsində sirkədən istifadə: NECƏ TƏTBİQ EDİLMƏLİDİR?

Qoturun müalicəsində sirkədən necə istifadə etmək olar?. Evdə qaşınmanın qarşısını almaq üçün nələr tətbiq edə bilərik? . Dəri xəstəlikləri həm ciddi problemlər, həm diskomfort hissi yaradır. Qaşınma bütün dünyada ən ço

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

Aybaşı zamanı dənizdə və ya hovuzda çimmək olarmı?

Yayın gəlişi ilə dənizdə çimmək ən ideal istirahət növlərindən hesab edilir. Amma qadınlar bu istirahət günlərinin menstruasiya günlərilə üst-üstə düşməməsi üçün planlar qururlar. Qadınların əksəriyyətini düşündürən önəml

turlar.az

sonxeber.az qadin dunyasi hamiləlik yay kolleksiyasi abdulla saiq usaq serleri sonsuzluq qargidali yaginin faydalari sarmisaqin faydasi kosmetika ağır itki suni mayalanma vusale elizade sirniyatlar vetene aid bayatilar