İtburnunun faydaları

İtburnunun faydalarıİtburnu gülkimilər fəsiləsinə aid olan yabanı halda bitən, çoxillik itburnu kolunun meyvəsidir. Xalq arasında onu yabanı qızılgül adlandırırlar. İtburnu kolu 1,5 - 2,5 metr hündürlüyə qədər qalxa bilir. Onun gövdəsinin yan tərəflərindən budaqlar çıxır və budaqların üstündə sıx-sıx kiçik yarpaqlar bitir. İtburnu meyvələri körpə yaşıl zoğların uc hissəsində bitir. Giləmeyvələr itburnunun çiçəkləri töküldükdən sonra formalaşmağa başlayır. İtiburnu çiçəkləri açıq-çəhrayı və ya çəhrayı rəngdə, beş ləçəkdən və 5 sm ölçüyə malik diametrdən ibarət olur. Itburnu yabanı halda meşəlik, düzənlik ərazilərdə və ya yol kənarlarında yetişə bilən bir kol bitkisidir. O may-iyun aylarında çiçək açır, çiçəklər töküldükdən sonra isə yerini uzunsov, çoxlu xırda tüklərə malik olan giləmeyvələr tutur. Bu giləmeyvələr isə sentyabr-oktyabr aylarında qırmızı itburnuya çevrilir. İtburnu meyvələrini don vurmamış toplamaq lazımdır. Çünki az miqdarda itburnu giləmeyvəsini don vurarsa,  o tamamilə müalicəvi keyfiyyətini itirir. Ev şəraitində itburnunu qurudaraq saxlamaq lazımdır. Bu zaman onu 90-100*C temperaturda xüsusi sobada qurutmaq lazımdır. Qurudulmuş itburnu tünd qırmızı gəngdə olur və onu iki il müddətində bankada və ya torbada saxlamaq mümkündür. Müalicəvi məqsədlə itburnunun çiçəklərindən də istifadə edilir. Onun ləçəklərindən hazırlanan dəmləmə dərini tonuslandırır və təravətləndirir. İtburnu haqqında çoxlu əfsanələr və inanclar var. Deyilənlərə görə Qədim Yunanıstanda sevgi Allahı Afroditanın qəbrini itburnu ilə bəzəmişlər.
Bir çox alimlər itburnunun vətəninin İran və Himalay dağları olduğunu qeyd edirlər. İndi demək olar ki, dünyanın bütün ölkələrində itburnu yetişir. Ona səhralarda, Tundra meşələrində də rast gəlmək mümkündür. İtburnu az kalorili giləmeyvələrdəndir. Onun qurusunun 100 qramında 284 kKal var.
100 qram təzə itburnunun tərkibində olan qida dəyəri:
- Zülallar - 1,7 qr
- Yağlar - 0,6 qr
- Karbohidratlar - 22,6 qr
- Su - 62 qr
- Kalori - 110 kKal.
Yetişmiş itburnunun tərkibi zülallar, karbohidratlar, liflər, sərbəst orqanik turşular, çoxlu miqdarda minerallar(kalium, natrium, kalsium, maqnium, fosfor, dəmir, marqanes, xrom, molibden, kolbat və s.), vitaminlər(B1, B2, B6, K, RE, PP, C), tanin, boyaq maddələri, karotin, ribpooflovin, limon və alma turşusu, şəkər, fitonsidlər və efir yağları var. İtburnunun tərkibində olan C vitamininin miqdarı qara qarağatdan 5-10 dəfə, limondan isə 40 dəfə çoxdur. İtburnu dəmləməsi qan-damar sisteminin təmizlənməsinə, maddələr mübadiləsinin yaxşılaşmasına, qan azlığının aradan qalxmasına, böyrək, sidik kisəsi, qaraciyər xəstəliklərinin sağalmasına səbəb olur. İtburnu dəmləməsi sinqa xəstəliyinin müalicəsində çox effektlidir. Itburnudan ümumi möhkəmləndirici, tonuslandırıcı, atereskleroz əlamətlərini azaltmaq, orqanizmin infeksiya xəstəlikləri qarşı olan müqavimətini artırmaq, məqsədilə istifadə edilir. Bu zaman 3 xörək qaşığı xırdalanmış quru itburnu meyvəsini yarım litr suya 15 dəqiqə zəif odda qaynatmaq, gecə boyu saxlamaq və içmək lazımdır. İtburnu dəmləməsinə gün ərzində isti su qataraq çay kimi içmək və ya bal qarışdırıb içməkdə fayda var. Müalicə məqsədilə itburnu kökündən də istifadə edilir.
İtburnu toxumlarından yağın tərkibi yağ turşuları və vitaminlərlə zəngin olur. İtburnu meyvəsi və ya kökünün dəmləməsi orqanizm üçün çox faydalıdır. Bu dəmləmə polivitaminlərlə zəngindir. Dəmləmə orqanizmə ödqovucu, sidikqovucu, təzyiqsalıcı təsir göstərir. Dəmləmə qan damarlarının divarlarını möhkəmləndirir, qırmızı qan hüceyrələrinin miqdarını artırır, immuniteti yüksəldir, mübadiləni, yaddaşı yaxşılaşdırır, cinsi hormonların funksiyasını stimulyasiya edir, xərçəng hüceyrələrinə qarşı dayanır, soyuqlama və qripp xəstəliyini sağaldır, baş ağrılarını aradan qaldırır.
İtburnu dəmləməsinin gözəl ətri və güclü antioksidant təsiri var.
İtburnudan xalq təbabətində geniş istifadə edilir. O avitaminozlar, hipovitaminozlar, infeksiya xəstəliklərinin profilaktikasında istifadə edilir. Onun yarasağaldıcı təsiri var. Onun dəmləməsini yanıqlar və yaralanmalar zamanı içmək çox faydalıdır. İtburnu atereskleroz əlamətlərini aradan qaldırır, zədələnmiş toxumalarda regenerasiyanı sürətləndirir. Bu səbəblərinə görə dermatozlar, trofik yaralar, döş giləsinin çatları zamanı itburnu dəmləməsini içmək çox faydalıdır.
İtburnunun zərərli xüsusiyyətləri
Qan dövranında pozğunluqlar olan xəstələrə itburnu dəmləməsi içmək məsləhət görülmür. Arterial təzyiqi yüksək olan xəstələrə itburnunun spirtdə dəmləməsindən istifadə eləmək olmaz. Spirtdə olan dəmləmə aşağı təzyiqi olan xəstələrə məsləhət görülür. Aşağı təzyiqi olan xəsstələrə isə itburnunun suda dəmləməsindən istifadə eləmək olmaz. Uzun müddət itburnu dəmləməsi içmək qaraciyərin yükünü sürətləndirə və narahatçılıqlara səbəb ola bilər. Bu zaman bəzən sarılıq əlamətləri meydana çıxa bilir. İtburnudan hazırlanan dərman prepatarları ödün ifrazını ləngidir. Onun kökündən hazırlanan dəmləməni qəbizlikdən əziyyət çəkən adamlara təyin etmək patoloji əlamətlərin ortaya çıxmasına səbəb ola bilir. Bunun olmaması üçün qəbizlikdən əziyyət çəkənlər itburnu dəmləməsi içərkən onu ispanaq, şüyüd və ya cəfəri ilə birlikfdə dəmləyib içməlidirlər. Bu qarışımın dəmləməsi bağırsaqlarda qazların xaric olmasını sürətləndirərək qaz əmələgəlmənin qarşısını alır, qəbizliyi aradan qaldırır.
Tromb əmələgəlmədən və tromboflebitdən əziyyət çəkənlərə itburnu və ya tərkibində itburnu olan qarışımlardan istifadə eləmək olmaz.
Ürək damarlarının iltihabi xəstəliklərindən(endokardit və s.)əziyyət çəkənlərə həddindən çox itburnu dəmləməsi içmək olmaz.
Dermatoloji problemləri olan xəstələr itburnu dəmləməsi içən zaman diqqətli olmaları tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1235   Tarix: 26 aprel 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.   -a istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fikir və kədər miokar

.

Yaz çillərindən bu yolla xilas olun

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir. axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosi

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Sarımsağı belə yetişdirin – Alma boyda olacaq

Sarımsaq yetişdirən insanlar əməklərinin nəticələrini geniş miqyasda görüşmək istəyirlər. Ancaq çox zaman istənilən nəticə əldə edilmir. Çünki bunun üçün düzgün yetişdirilmə forması vacibdir. .   -a istinadən xəbər verir ki

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

turlar.az

sonxeber.az geyim dəbləri donlar 2024 toy makiyaji sekilleri şəxsi inkişaf qonag otagi dizayni qadinlar haqqinda maraqli melumatlar cins salvarlar facebook kosmetika vətənə aid bayatılar meseller sevda dovsan sac modelleri