İtkin düşən alpinistlərimizin axtarışı ilə bağlı YENİ XƏBƏR - Rəsmi

İtkin düşən alpinistlərimizin axtarışı ilə bağlı YENİ XƏBƏR - RəsmiAxtarışlar alpinistlər tapılanadək davam etdiriləcək

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən "Gilavar" Hava və Ekstrim İdman klubunun itkin düşmüş 3 üzvünün axtarışları davam etdirilir.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Rəsmi məlumatda axtarışların itkin alpinistlərin tapılacağı günədək davam etdiriləcəyi vurğulanıb.

"Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov da axtarışların mütəmadi olaraq davam etdirildiyini deyib:
"Axtarışlar Tufan zirvəsində, ətəklərində, bütün çatlarda aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hər gün ərazidə olurlar".

İlk günlərdən itkin alpinistlərin axtarışlarında iştirak edən dağçı Sirxan Məmmədov bildirib ki, FHN və könüllü olaraq qoşulan alpinistlər hər gün axtarışları davam etdirir:

"Uşaqlar tapılanadək də davam edəcəyik. Fevralın 1-də 2 nəfərlik qrupla alpinistlərin axtarış – xilasedilmə məqsədilə yaradılan, Şahyaylağında yerləşən qərargaha çatdıq. Ayın 2-də səhər saat 10:00-da 6 nəfər FHN xüsusi riskli xilasediciləri və 4 nəfər peşəkar alpinistlə Mahmuddərənin aşağı hissəsindəki qar uçqunları olan ərazilərdə özümüzlə gətirdiyimiz RECCO® cihazı ilə axtarışlara başladıq. İki qar uçqun olan yerləri sektorlara bölərək cihazla skan etdik. Qarın qalınlığı çox olan yerlərdə yeni xəndəklər qazdıq və həmin yerləri də skan etdik. Günortadan sonra 3000 metr yüksəklikdə olan yamaclara da baxdıq".

Dağçı deyib ki, RECCO® cihazı telefonların batareyaları və həmçinin bios batereyaları tükənsə belə sim kart çipinə siqnal vermə üstünlüyünə malikdir:
"Təəssüf ki, qarın dərinliyi çox idi və cihazın gücü buna imkan vermədi.

Cihazın daha dərindən siqnallar ala bilməsi üçün əlavə gücləndirici antenlərə ehtiyacımız var. RECCO® cihazı açıq satışda olan bir cihaz deyil. Biz onların ofisinə axtarış aparılan ərazi haqqında və qarın qalınlığı barədə raport hazırlayıb yolladıq. Hazırda onlardan cavab gözləyirik.

Bizdə bu günə kimi bu cihaza ehtiyac olmadığına görə FHN almayıb. Bu cihaz ən çox xizək sürənlər qar uçqununa düşəndə istifadə olunur. Qiyməti təxminən 10 min dollardan yuxarı olmalıdır. İtkinləri cihazla tez tapmaq üçün onların üstündə siqnalı əks etdirən olmalıdır. Onda qarın qalınlığı lap 10 metr olanda da tapmaq olur. Uşaqların paltarlarında siqnalı əks etdirən olmayıb. Amma cihaz azda olsa telefonun sim kartına və mikro sxemlərə səs verir. Ona görə ümidliyik.
Ümumilikdə itkin alpinistlərin tapılması üçün Fövqəladə Hallar Nazirliyi bütün variantlardan istifadə edir. Axtarışlar uşaqlar tapılanadək davam etdiriləcək".

Xəbərlər     Baxılıb: 2417   Tarix: 07 fevral 2018
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

turlar.az

sonxeber.az toy makiyajlari qadin sayti aksessuarlar gullu cantalar sufle hazirlanmasi elm haqqinda atalar sozu sepkilere qarsi mualice kosmetika veten haqqinda bayatilar zəhmət novruz bayramina aid hakisdalar tapmacalar maraqli hakistalar