İtkin düşən alpinistlərin axtarışı ilə bağlı FOTOLAR yayıldı

Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Xanim.az bildirir ki, bu barədə azvision.az-a "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Onun sözlərinə görə, alpinistlərin axtarışları başlanıldığını gündən dayandırılmayıb.

Z.Qasımlı qeyd edib ki, axtarışlarda xarici mütəxəssislər də iştirak edir.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.
İtkin düşən alpinistlərin axtarışı ilə bağlı FOTOLAR yayıldıİtkin düşən alpinistlərin axtarışı ilə bağlı FOTOLAR yayıldıİtkin düşən alpinistlərin axtarışı ilə bağlı FOTOLAR yayıldı

Xəbərlər     Baxılıb: 1927   Tarix: 17 yanvar 2018
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qulaq cingildəməsinin elmi izahı

Qulaqlardakı davamlı səslər təhlükəli bir siqnal ola bilər. Bu əlamətin səbəbinin B12 vitamini çatışmazlığı olduğu bilinir. -a istinadən xəbər verir ki, mütəxəssislər bu əlaməti "tinnitus" adlandırırlar. Bu əlaqəni

.

Bamya toxumunun FAYDALARI – Belə istifadə edin

Bamya toxumu nədir? Bamya toxumları meyvəsi yetişdikdən sonra əmələ gələn kiçik, tünd qırmızı və ya qəhvəyi rəngdə, liflə zəngin toxumlardır. Meyvədən ayrıldıqdan sonra qurudulur.   -a istinadən doktor Mehmet Uçar bu barəd

.

Ürək üçün qüvvətləndirici çaylar hansılardır?

Ürəyə içkilər faydalıdırmı, təsir edirmi? Bəli, qida kimi bəzi içkilər də vacibdir. -a istinadən xəbər verir ki, məşhur həkim Yelena Malışeva ürək üçün 3 faydalı içkini açıqlayıb. "Mənim sevimli smuzim: qaragilə, ispanaq

.

Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI

Azərbaycanda son illər bahalaşan tibbi xidmətlərdən biri də qeysəriyyə əməliyyatlarıdır. İcbari tibbi sığorta hələ tam qüvvəyə minməzdən öncə özəl klinikalar demək olar, doğuş və qeysəriyyə sahəsini tam ələ ala bilmişdi

.

Kişilər niyə evlənmək istəmir? - Ən ümumi səbəblər

Hər iki cinsin davranışının dəyişməsinə baxmayaraq, evliliyə münasibət faktiki olaraq eyni olaraq qalıb. Qadınlar əksər hallarda evliliyə və güclü münasibətlərin yaradılmasını istəyirlər.   -a istinadən xəbər verir ki, mütəxəssisləri

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Hansı kosmetik prosedurlar təhlükəlidir? - AÇIQLAMA

Endokrinoloq Yuliya Krivovyaz məşhur kosmetik prosedurların ciddi təhlükələrini açıqlayıb.   -a istinadən bildirir ki, mütəxəssisin fikrincə, qadınların çox sevdiyi bir sıra prosedurlar sağlamlıq üçün ciddi risklər yarad

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. " "a istinadən  xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübu

.

İki həftədə bir dəfə pəhrizi pozmaq olar - Zərərsizdir

Sağlam qalmaq üçün yağlı, şirin və çox duzlu yeməklərdən imtina etmək yaxşıdır. Ancaq iki həftədə bir dəfə zərərli yemək sağlamlığa o qədər də böyük zərər verməz. -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinolo

turlar.az

sonxeber.az aksessuarlar geyim dəbləri qis geyimləri 2024 psixoloq meslehetleri intim seks hamiləlikdə axıntı kişi xəyanəti kosmetika babasil penis bayatilar prostat birlik haqqinda