İybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması

İybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmamasıYeni növ koronavirus (COVID-19) infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi bəzi xəstələr üçün çox ciddi psixoloji nəticələrə səbəb ola bilər. Ona görə də sağaldıqdan sonra qoxu və dadbilmə duyğusunu bərpa etmək xəstənin əvvəlki həyatına qayıtması üçün vacib şərtlərdən biridir. İybilmə və dadbilmənin itməsi adi soyuqdəymə kimi digər yoluxucu respirator xəstəliklər zamanı da müşahidə oluna bilər. Ona görə də mütəxəssislər müayinə və müalicə təyin edilərkən qızdırma və öskürək kimi simptomlara diqqət yetirməyi tövsiyə edirlər. COVID-19-a yoluxma zamanı dad və iybilməni itməsi probleminə səbəb olan amillər hələ tam müəyyənləşdirilməyib. Lakin aydındır ki, yoluxma nəticəsində bir sıra həssas hüceyrələr və ya sinirlər, keçiricilər zədələnir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim həkim Racu Nəbiyev COVID-19 infeksiyasının xarakterik əlamətlərindən biri olan iybilmənin və dadbilmənin qismən və ya tamamilə itməsi barədə danışarkən deyib.
Həkim-mütəxəssis bildirib ki, koronavirusa yoluxanlarda, adətən, xəstəliyin ilk günlərdə itən iybilmə və dadbilmə təxminən iki həftə sonra bərpa olunur: "Lakin bəzi xəstələr hətta sağaldıqdan bir neçə ay sonra da iybilmə və dadbilmənin yoxluğundan şikayətlənirlər. Çox vaxt həmin problem xəstəliyin 4-6-cı günündə baş verir. Postvirus dövründə iybilmə və dadbilmənin gec bərpası və ya tam bərpa olunmaması COVID-19-a yoluxanların 65-70 faizi üçün xarakterikdir. Bu hisslərin hər ikisi digər əlamətlərdən də əvvəl özünü göstərərək, bəzən xəstəlikdən sağaldıqdan sonra qayıdır. Bəzən iybilmənin itməsi koronavirusun həmin xəstədəki yeganə simptomu olur. Daha ağır xəstələrdə iybilmənin itməsi ilə yanaşı, burun tutulur, bədən temperaturu qalxır və tənəffüs yollarında quruluq meydana gəlir. Quru öskürək və hipotermiya yaranır, xəstə baş ağrısından, zəiflikdən şikayət edir və nəhayət, dadbilmə də tamamilə itir".
R.Nəbiyevin dediyinə görə, qoxuları tanımaq və qidaların dadını bilmək sağalmanın ən bariz əlamətidir. İybilmə və dadbilmənin bərpası müddəti daha çox xəstəliyin 8-14-cü günləri ilə, sağaldıqdan sonra 1-3-cü aylara təsadüf edir. Çox təəssüf ki, nadir hallarda isə iybilmə və dadbilmə ümumiyyətlə bərpa olunmur. Bu cür fəsadlar burunətrafı tağların anamnezlərində xroniki patologiyaların mövcudluğu, bir sıra nevroloji xəstəliklər, travmalar və beyində hər hansı cərrahi əməliyyatın həyata keçirilməsi ilə əlaqələndirilir".
Həkim-mütəxəssis qeyd edib ki, COVID-19-dan sağaldıqdan sonra iybilmə və dadbilmənin bərpa olunması prosesini sürətləndirmək, vəziyyəti yüngülləşdirmək üçün burun boşluğunda iltihabı dayandırmağa yönəlmiş simptomatik terapiya tövsiyə olunur. Bunun üçün burnu duzlu su ilə yumaq, həmçinin damarları yığan, iltihab əleyhinə və ya hormonal intranazal spreylərdən istifadə etmək lazımdır. Əlbəttə ki, bu dərmanları istifadə etməzdən əvvəl müalicə həkimi ilə məsləhətləşmək şərtdir. Bundan başqa, dadbilmə və iybilmə funksiyasını bərpa etmək üçün qidalara təbii dad və qoxu gücləndiriciləri əlavə etmək olar. Bu prosedur qoxu reseptorlarını aktivləşdirmək üçün icra olunur. Ən azı 5 güclü ətir seçərək, onların hər birini gündə ən azı 2 dəfə 10-20 saniyə qoxulamaq lazımdır. Kəskin qoxusu elə maddələrə qəhvə, sarımsaq, nanə, aromatik yağlar, vanil, sitrus meyvələri və s. misal göstərmək olar. Ən əsası isə panikaya düşmək olmaz, yadda saxlamaq lazımdır ki, koronovirusdan sağaldıqdan sonra dad və qoxu reseptorlarının işinin bərpası köməkçi müalicənin keyfiyyətindən asılıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 905   Tarix: 29 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Bu insanlara kartof püresi yemək olmaz

Dünyanın ən məşhur tərəvəzlərindən biri olan kartof vitaminlər, minerallar və qida maddələri ilə zəngindir. Bununla belə, onun faydalı xüsusiyyətləri hazırlanma üsulundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən xəbər verir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Hansı çaylar arıqlamağa kömək edir?

Çay sakitləşdirici xüsusiyyətə malikdir. Çayın bəzi növləri maddələr mübadiləsini dəstəkləyərək çəkiyə nəzarətdə potensial rolu ilə tanınır. .   -a istinadən bildirir ki, zəncəfil çayı, gingerol kimi bioaktiv birləşmələrl

.

Bu davranışlar ciddi xəstəliyə səbəb ola bilər

Əksər insanlar üçün adi görünən bəzi davranışlar obsesif-kompulsiv pozğunluqdan (OKB) əziyyət çəkən insanlar üçün ciddi problem hesab olunur. Başqa sözlə desək, OKB olan insanlar istər-istəməz təkrarlanan düşüncələri və b

.

Bu qida ən aqressiv forma xərçəng yaradır – TOP 3

Avropalı mütəxəssislər adi yox, aqressiv forma xərçəng yaradan qidaları açıqlayıb.   -a istinadən xəbər verir ki,elmi araşdırmanın nəticələri Britaniya Tibbi dərgisində çap olunub. Söhbət çox şirin, yağlı və güclü termik

turlar.az

sonxeber.az qadin dunyasi yay geyimləri 2024 makiyaj instagram kökəlməyin yolları xinayaxdi bayatilari veten haqqinda atalar sözü könül kerimova kosmetika oğlaq qiz evi haxista efsane balıq oglan evi