İybilmənin bərpası üçün fitoterapiya müalicəsi faydalıdır

İybilmənin bərpası üçün fitoterapiya müalicəsi faydalıdırİybilmənin qismən və ya tamamilə itirilməsi müvafiq olaraq hiposmiya və anosmiya adlanır. Həmin xəstəliklər anadangəlmə və ya qazanılmış ola bilər. Hiposmiya və anosmiya tamamilə fərqli səbəblər nəticəsində yarana, müxtəlif orqan və toxumaların travmasının simptomları ola bilər. Ölkədə, eləcə də dünyada yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı da hiposmiya və anosmiyaya rast gəlinir. Yəni, bu, həmçinin COVID-19-un başlıca simptomlarındandır.
Həkim-fitoterapevt Füzuli Hüseynov iybilmənin qismən və ya tamamilə itməsi zamanı fitoterapiya müalicəsinin faydalarından danışıb.
Həkim bildirib ki, iybilmə güclü soyuqdəymə və müxtəlif virus infeksiyaları zamanı müvəqqəti itə bilər: "Qorxmaq lazım deyil, təbii haldır. Adətən iybilmənin itməsi müvəqqəti xarakter daşıyır. Bəzi xəstələr isə uzun illər iybilməni tamamilə itirirlər. Bu, daha çox allergik rinitdə burun balıqqulaqlarının şişməsi və iltihablaşması nəticəsində baş verir".
F.Hüseynov hiposmiya və anosmiya xəstəliklərinin müalicəsində faydalı olan bir neçə fitoterapiya reseptini bölüşüb: "İybilmənin bərpası üçün burun dəliklərinə gündə 3 dəfə propolislə birlikdə 3-4 damcı ud hindi yağı və ya 2 damcı qarazirə yağı tökmək məsləhətdir. Bundan başqa, 1 çay qaşığı alma sirkəsinin 3 xörək qaşığı su ilə qarışımından sutkada 4-5 dəfə burun dəliklərinə 5-6 damcı tökmək faydalıdır. Hiposmiya və anosmiyanın müalicəsi zamanı ud hindi tozunun içilməsi allergiyanın qarşısını alır. Gün ərzində 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı ud hindi tozu ilə 1 stəkan su içmək faydalıdır. Bu qarışımdan 2 ay istifadə etmək mümkündür".
Həkim-fitoterapevt iybilmənin bərpasında çörəkotu bitkisinin faydasından danışıb: "Bir çay qaşığı çörəkotu yarım stəkan sirkədə 5 dəqiqə qaynadılıb 1 gün sonra süzülməlidir. Daha sonra stəkan tam dolana qədər dəmləməyə qliserin əlavə olunmalıdır. İybilmənin bərpası üçün sutkada 3 dəfə 3 damcı burun dəliklərinə bu qarışığın tökülməsi məsləhətdir. Həmçinin bir stəkan suya 1 xörək qaşığı alma sirkəsi ilə 1 çay qaşığı balı qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək də faydalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 947   Tarix: 20 noyabr 2021
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Əlavə çəkilərdən xilas olmaq üçün pəhriz saxlayan hər kəs bu prosesin nə qədər çətin olduğunu bilir.   -a istinadən xəbər verir ki, incə belə sahib olmağa köməklik edən kefir və kətan toxumundan hazırlanmış yağ yandırıc

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri

Səhər saatlarında yeyilən şirin sıyıq orqanizmə zərərli təsir göstərir.   -a istinadən xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə əsasən, xüsusən səhər saatlarında karbohidratlardan uzaq durmaq daha yaxşıdır. Eyni zamand

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

turlar.az

sonxeber.az geyim necə seçməli gozel gorunmek hamilelikde qidalanma valideyn haqqinda siqaret tergitmeyin asan yolu cümə gününün duası eşq və məhəbbət kosmetika hakistalar vətənə aid bayatılar xocali dovsan burclerin uyumu