Keçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTO

Keçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOXanim.az axşam.az-a istinadən keçmişlərindən utanan məşhurlar haqda məlumat verir:

Aktrisa Şarliz Teron - Cənubi Afrikada fermer ailəsində doğulub. Kasıb olub. Uşaqlığı istədiyi kimi keçməyib. Atası alkoqol olub və tez-tez anasını döyüb. Şarlizin 15 yaşı olanda anası atasını güllələyib. Ailəsi param-parça olan Teron 16 yaşında gözəllik müsabiqələrindən birində iştirak edib və qalib gəlib. Bundan sonra model agentliklərindən biri ilə müqavil bağlayan aktrisa ABŞ-a köçüb. O, son vaxtlara kimi atasının ölüm xəbərini gizli saxlayırdı, yalandan avtomobil qəzasında öldüyünü deyirdi.

Aktrisa Demi Mur - ABŞ-da anadan olan Deminin də ailə baxımından bəxti gətirməyib. Atası hələ o doğulmamışdan anasından ayrılıb. Demi anası və atalığı ilə böyüyüb. Onlar tez-tez yaşayış yerlərini dəyişiblər. Murun 16 yaşı olanda atalığı intihar edib. Anasını və yığılmış borcları ödəmək üçün aktrisa məktəbi yarımçıq qoyub və model kimi işləməyə başlayıb. Daha sonra kinoya çəkilməyə can atan Demi bu qədər məşhurlaşacağını ağlına belə gətirməyib.

Tom Kruz - Hollivudun ən yaraşıqlı aktyorlarından biri sayılan Tom çoxuşaqlı ailədə dünyaya göz açıb. Atası kobud adam olduğu üçün tez-tez iş yerini və yaşadığı ərazini dəyişib. Ona görə 14 ilə Kruz 15 məktəb dəyişib. 19 yaşında filmlərdə epizodik rollarda çəkilib. Amma artıq 2 ildən sonra "Riskli biznes" adlı filmdə baş rolu ifa edib. Bununla da şöhrət qazanan Tom yaxşı qonorar almağa başlayıb.

Madonna - Miçikanda dünyaya göz açan ifaçı ailədə 6 uşaqdan 3-cüsü olub. Hələ uşaq ikən anası rəhmətə gedib və atası ikinci dəfə evlənib. Ögey ana Madonna və bacı, qardaşlarına əzab verib, yalnız doğma uşaqlarına baxıb. Yeniyetmə olan sənətçi cibində cəmi 35 dollarla evi tərk edib və Nyu-Yorka gedib. Bir müddət ofisiant işləyən Madonna arada səhnəyə də çıxıb. Bununla da yavaş-yavaş məşhurlaşan ifaçı indi dünyanın ən çox dinlənilən və qazanan müğənnilərindəndir.

Rihanna - Barbadosda anadan olan ifaçı orada keçən uşaqlıq illərini yada salmağı sevmir. Rihannanın atası narkotik aludəçisi olub, ona görə tez-tez ifaçı bazarda atasını əvəz etməli olurdu. 14 yaşında valideynləri ayrılan Rihanna yoxsulluqdan qurtulmağın yollarını axtarıb. O, vətəninə gələn prodüser Evan Rodjerslə tanış olub, ona mahnılarından ibarət disk verib. daha sonra Evan ona ABŞ-da dəvət edib və orada Rihanna yeni mahnılar ifa edib, albom buraxıb və şöhrət qazanıb.

Kianu Rivz - Hollivudun ən kədərli siması hesab olunur. O, nadir hallarda gülür və təklikdə yaşamağı sevir. Livanda doğulan Kianunun ailəsi kasıb olub. 4 yaşında atası anasını tərk edib, başqasının yanına gedib. Anası isə 4 dəfə ərə gedib və bundan uşaqlar çox böyük stress keçiriblər. Gənc yaşlarından kinoya epizodik rollara dəvət alan Rivz daha sonra ən məşhur aktyorlardan birinə çevrilib.

Cennifer Lopez - əvvəllər uşaqlıq illərindən danışmağa utanan ifaçı bir dəfə müsahibəsində bu barədə məlumat verib. Nyu-Yorkda çoxuşaqlı, az təminatlı və balaca mənzində doğulan sənətçi çətinlikləri gördüyü üçün uşaqlıqdan özünə söz verib ki, məşhurlaşacaq və çoxlu pul qazanacaq. 18 yaşında evi tərk edən Cey Lo əvvəlcə ofisiant işləyib, rəqs studiyasında yatıb. Daha sonra model kimi fəaliyyət göstərən Cennifer filmlərə də dəvət alıb.

Keçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTOKeçmişindən utanan məşhurlar - inanılmaz faktlar - FOTO

Xəbərlər     Baxılıb: 1586   Tarix: 12 yanvar 2018
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Sarımsaq qoxusundan necə qurtulmaq olar?

Sarımsaq mətbəximizin əsas məhsuludur. Demək olar ki, hər gün qabığını soyub doğrayıb bişiririk. .   -a istinadən bildirir ki, əllərdən sarımsaq qoxusunu aradan qaldırmaq üçün ən çox tövsiyə edilən məhsullardan biri də paslanmaya

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

.

Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ

Adətən insanlar pəhrizdə çörək, makaron, kartof və bir çox digər bu kimi qidaları məhdudlaşdırmağa öyrəşiblər. Əslində bu qidalar ziyanlı deyil, onları yemək tərzi səhvdir. -a istinadən bildirir ki, bu barədə tanınmış rusiyal

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

.

Dünyada ən bahalı çay növləri: 4 milyon dollar

Bir çox çay nümunələri baha olduğu halda istənilən supermarketdə aşağı qiymətə satılır. Ancaq əsl qurmanlar bilir ki, hər mağazada keyfiyyətli çay tapa bilməyəcək. Hər kəs həqiqətən yüksək keyfiyyətli çeşidləri sınaya bilmir

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər. -a istinadən xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğun

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. . -a istinadən xəbə

turlar.az

sonxeber.az yaz geyimleri 2024 makiyaj etmek qaydalari qadin dunyasi azerbaycan xalq mahnilari adlari bal maskasi uz ucun sarımsaq şef master kosmetika baldiz qogal yuxuda qara ilan gormek rus dili vətənə aid bayatılar