Kiçik yaşlı uşaqlara dərman verərkən nələrə diqqət etməli?

Kiçik yaşlı uşaqlara dərman verərkən nələrə diqqət etməli?İstənilən dərmanlar istənilən insanda allergik reaksiyanın inkişafına səbəb ola bilər.

Heç bir insan belə allergik reaksiyadan sığortalanmayıb. "Məndə heç nəyə allergiya yoxdur" kimi dəlil burada işləmir.

Reaksiyanın gücü müxtəlif ola bilər - yüngül səpgilərdən başlayaraq ağır anafilaktik şokun inkişafına kimi (anafilaktik şok insanın həlak olmasına səbəb ola bilər).

Həkimlərin müşahidələrinə görə, uşaqlarda və yaşlı insanlarda dərmanlara qarşı allergik reaksiyalarına daha az rast gəlinir. Bunun səbəbi bu qrup insanlarda immun sisteminin daha zəif olmasıdır.

Lakin uşaqlarda allergik reaksiya daha sürətli gedir və daha tez-tez hallarda ağır fəsadlara səbəb olur. Bunun səbəbi uşaq orqanizmində bütün fizioloji proseslərin daha sürətli getməsidir.

Əksər hallarda ağır allergik reaksiyaların səbəbi hər hansı dərman preparatının qəbulu olur. Bu səbəbdən uşağa bu və ya digər dərman preparatını verdikdə çox diqqətli olun.

Bəzi dərman preparatları allergik reaksiyalara daha tez-tez səbəb olur. Allergik reaksiyaların inkişafına ən tez-tez səbəb olan preparatlar penisillin və sefalosporin qrupuna aid olan antibakterial preparatlardır ("antibiotik"lər). Sulfanilamid preparatları, vərəm əleyhinə preparatlar, aspirin, yuxu gətirici, qıcolma qarşı preparatlar, anestetiklər (ağrısızlaşdıran) və bəzi digər preparatların istifadəsi allergik reaksiyanın riskini artırır.

Nəzərinizə çatdıraq ki, allergik reaksiya yalnız hər hansı allergenlə (o cümlədən, dərmanla) təkrar (!) kontakt zamanı inkişaf edə bilər. Bu o deməkdir ki, əgər insan, məsələn, bundan əvvəl heç zaman ampisillin qəbul etməyibsə, ampisillinin ilk qəbulu bu insanda allergik reakisyanın inkişafına səbəb olmayacaq.

Lakin ilk qəbuldan sonra orqanizmdə hələ ki tibbə məlum olmayan proses işə salınır ki, immun sistemi bu maddəyə qarşı xüsusi həssas olur. Bu proses "sensibilizasiya" adlandırılır. Məhz bu sensibilizasiya gələcəkdə bu dərmanın təkrar qəbulu nəticəsində allergik reaksiyaya səbəb olur.

Bunu misal çəkərək izah edək. Məsələn, uşaqda otit (orta qulağın iltihabı) inkişaf etmişdir. Həkim uşağa "ampisillin" təyin edib. 3 aydan sonra bu uşaq bronxit xəstəliyinə tutulub və ana uşağa müstəqil şəkildə ampisillin "təyin etməyə" qərar verib (axı keçən dəfə ampisillin uşağa kömək edib!). Nəticədə uşaqda allergik reaksiya baş verib.

Dərmanın qəbul forması da sensibilizasiyanın və allergik reaksiyanın inkişafında böyük rol oynayır. Belə ki, dərmanın peroral (həb, suspensiya və s.) qəbulu zamanı sensubilizasiya və allergik reaksiyanın riski daha az, parenteral (inyeksiyalar şəklində) qəbulu zamanı isə daha çox olur. Məhz bu səbəbdən həkimlər uşaqlara dərmanları əksər hallarda həb və ya suspensiya şəklində təyin edirlər.

Əgər ana hamiləlik zamanı hər hansı dərman qəbul edibsə, bu o deməkdir ki, uşaq bu dərmana sensibilizasiya alıb və doğulduqdan sonra bu dərmanın qəbulu uşaqda allergik reaksiyaya səbəb ola bilər.

Bu səbəbdən hamiləlik zamanı ana yalnız həkim tərəfindən təyin olunan dərmanları qəbul etməli və bu dərmanların adlarını yazıb saxlamalıdır. Əgər körpə doğulduqdan sonra ona hər hansı müalicə təyin olunarsa, ana mütləq hamiləlik zamanı istifadə etdiyi dərmanlar haqqında həkimə məlumat verrməlidir. Bu uşaqda ağır allergik reaksiyaların baş verməsinin qarşısını alacaq.

Həmçinin əmizdirmə zamanı ana tərəfindən qəbul olunan dərmanlar da uşaqda sensibilizasiyaya səbəb olur. Bunu da nəzərə almaq lazımdır.

Valideynlərdə hər hansı dərman preparatına qarşı allergik reaksiya olduqda bu uşaqda bu dərmana qarşı reaksiya riskini artırır.

Əgər uşaqda bu və ya digər dərman preparatına qarşı allergik reaksiya olubsa, bu o deməkdir ki, növbəti dəfə bu preparatın qəbulu daha ağır reaksiyaya səbəb olacaq.

Qara ciyər və böyrək xəstəlikləri allergik reaksiyaların riskini artırır.

Beləliklə, uşağı ağır allergik reaksiyalardan qorumaq istəyirsinizsə, bu qaydalara əməl edin:

- heç bir halda müstəqil şəkildə (həkimlə məsləhətləşmədən) uşağa heç bir dərman preparatını verməyin;

- uşağa verilən bütün dərman preparatların adını və verilmə tarixini yazıb saxlayın və uşağa hər hansı dərman təyin olunduqda bu siyahını həkimə göstərin;

- əgər uşaqda hər hansı dərmana qarşı allergik reaksiya olubsa, bu dərmanın adını yazıb saxlayın;

- heç bir halda inyeksiya şəklində istifadə üçün nəzərdə tutulmuş dərmanları yerli vasitə kimi istifadə etməyin (bəzi analar uşaqda boğaz xəstəlikləri zamanı şprisə penisillin yığıb uşağın boğazını yuyurlar - bu yolverilməzdir!).

Mənbə: komarovskiy.net

Ailə və Uşaq     Baxılıb: 2505   Tarix: 30 may 2015
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

turlar.az

sonxeber.az kosmetik vasiteler kosmetika mehsullari geyim seçimi küncüt yağı 1 hefteye 5 kq ariqlamaq cəlil məmmədquluzadə dil haqqinda atalar sozleri kosmetika qızlıq pərdəsi aysel sanama qizliq perdesi novruz bayramina aid hakistalar