Kişi sonsuzluğunun bir səbəbi-Prostat vəzi

Kişi sonsuzluğunun bir səbəbi-Prostat vəziProstat vəzi – kişi cinsiyyət sistemi orqanlarından biridir. Sidik kisəsinin alt hissəsində yerləşən prostat vəzi sidik axarının yuxarı hissəsini əhatə edir. Məhz buna görə də prostat vəzinin ölçüləri artmış olduqda, sidik ifrazı prosesində müxtəlif pozğunluqlar əmələ gəlir. Prostat vəzinin ölçüləri, forması, sıxlığı hər bir nəfər üçün fərdi olur və kişinin yaşından asılı olaraq dəyişilir.

Prostat vəzinin əsas vəzifəsi xüsusi tərkibli sekret (şirə) ifraz etməkdir. Bu şirə spermanı nisbətən durulaşdıraraq spermatozoidlərin həyat qabiliyyətini və hərəkətliliyini təmin edir. Bu şirənin tərkibində zülallar, karbohidratlar, yağlar, elektrolitlər və hormonlar olur. Bundan başqa, prostat vəzi əsas kişi hormonu olan testosteronun hazırlanmasında da iştirak edir, həmçinin normal ereksiya mexanizminin fəaliyyətini təmin edir.

Prostatit - prostat vəzinin iltihabi və ödemli xəstəliyidir. Bu, 20-50 yaşlarında olan kişilər arasında ən çox rast gəlinən uroloji xəstəlikdir.

Prostatitin əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardır:

1) cinsi yolla keçən infeksiyalar — xlamidiya, ureaplazma, mikoplazma, herpes virusu, sitomeqalovirus, trixomonadalar, qonokoklar, Kandida qrupundan olan göbələklər, bağırsaq çöpləri;

2) kiçik çanaq orqanlarında olan qan dövranı pozğunluqları (prostat vəzidə olan durğunluqlar son nəticədə onun iltihablaşmasına səbəb olur). Bu pozğunluqlar əsasən oturaq iş və həyat tərzi nəticəsində (sürücülər, idarə işçiləri, hökumət qulluqçularında), uzun müddət ərzində cinsi əlaqədə olmadıqda və s. bu kimi hallarda baş verir;

3) bədənin tez-tez soyuqlaması (ekstrimal istirahət həvəskarlarında – serfinq, xizəksürmə və s. idmanları);

4) fiziki və sinir gərginlikləri.

Prostatit xəstəliyi özünü sidik kanalının daralması səbəbindən meydana çıxan sidik ifrazının bir sıra müxtəlif pozğunluqları ilə büruzə verir:

- sidik ifrazına başlamağın çətinləşməsi;

- qırıq-qırıq sidik ifrazı;

- sidik axınının zəif olması;

- damcı-damcı sidik ifrazı;

- sidik kisəsinin tam boşalmaması hissiyyatı;

- tezləşmiş sidik ifrazının olması (xüsusən də gecə saatlarında).

Sadalanan bu əlamətlərdən savayı, kişilərdə qarının aşağı hissəsində, qasıq nahiyələrində, beldə, budların içəri tərəfində olan ağrı hissiyyatları, həmçinin müxtəlif seksual pozğunluqlar da baş verə bilər.

Yadda saxlayin ki, sidik ifrazı aktının pozulması və ağrıların olması ancaq prostatit xəstəliyində deyil, prostat vəzinin adenomasında və xərçəngində də təsadüf edilir! Məhz buna görə, özünüzdə bu əlamətləri hiss etmiş olsanız, təcili olaraq həkim-uroloqa və ya androloqa müraciət edin! Bilmək lazımdır ki, hər bir kişi il ərzində 2 dəfə olmaqla uroloq-androloqa müraciət etməklə profilaktik müayinələrdən keçməlidir!

Vaxtında və düzgün müalicə olunmadığı hallarda kəskin prostatit xəstəliyi xroniki formaya keçə bilər. Bu isə kişilər üçün daha təhlükəli hesab edilir. Bir çox hallarda, prostatit heç bir əlamət olmadan gizli şəkildə keçərək, tədricən xroniki xarakter alır. Xroniki prostatit kəskinləşdiyi halda xəstənin bədən temperaturu 38-390C yüksəlir, aralıq nahiyəsində kəskin ağrılar yaranır, hətta bəzi hallarda prostat vəzinin absesi (vəzi toxumasının irinli əriməsi) də inkişaf etmiş olur.

Prostatit bir çox hallarda kişi sonsuzluğuna da səbəb ola bilər. Çünki iltihabi prosesə məruz qalan prostat vəzi spermatozoidlərin hərəkətliliyini təmin etmək üçün kifayət qədər keyfiyyətli sekret (şirə) ifraz edə bilmir.

İstənilən digər xəstəliklər kimi, yaranmasının ilkin dövrlərində aşkar edilmiş olan prostatit gecikmiş formalara nisbətən çox asanlıqla müalicə olunur. Bundan başqa, xəstəliyin müasir müalicə üsulları da prostatitin müxtəlif qorxulu fəsadlarının inkişaf etməsinin qarşısını almağa imkan verir.

Bəs prostatit xəstəliyinin müalicəsi necə aparılır? Əlbəttə ki, bu, ilk növbədə xəstəliyin əmələ gəlməsi səbəbindən asılıdır. Bundan asılı olaraq, antibakterial, antivirus preparatları, damarların tonusunu yaxşılaşdıran dərman preparatları, fizioterapevtik müalicə üsulları (ultrasəs, refleksoterapiya, zəli ilə müalicə), həmçinin ümumi möhkəmləndirici dərmanlar (vitaminlər, immunomodulyatorlar), prostat vəzinin masajı və s. vasitələrdən istifadə edilir. Xəstəliyin müalicə taktikası hər bir halda həkim uroloq-androloq tərəfindən müəyyən edilir.

Prostatit xəstəliyinin profilaktikası üçün sidik-cinsiyyət sisteminin hər bir yoluxucu və iltihabi xəstəliklərini vaxtında müalicə etmək, mütəmadi olaraq həkim androloqa müraciət etməklə profilaktik müayinələrdən keçmək, düzgün qidalanmaq (kəskin və yağlı qidaların qəbulunu məhdudlaşdırmaq), spirtli içkilərdən və siqaretdən imtina etmək, normal sabit bədən çəkisini saxlamaq, bədəni soyuqdan qorumaq, mümkün olan qədər hərəkətli olmaq və digər bu kimi qoruyucu üsullardan istifadə etmək lazımdır. Bundan başqa, uzunmüddətli fasilələr vermədən mütəmadi olaraq cinsi həyat keçirilməsi də məsləhət görülür. Bu, spermanın daimi dövr etməsi və prostat vəzinin qanla aktiv şəkildə təmin edilməsi üçün vacib hesab edilir.

Sağlamlıq     Baxılıb: 2903   Tarix: 24 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

turlar.az

sonxeber.az yaz geyimleri 2024 gözəllik məhsulları makiyaj etmek qaydalari intim haqda qan qruplari haqqinda melumat dəri xərçənginin əlamətləri genc aile kosmetika qiz evi haxista novruz hakisdalari lakonizm qadin saglamlig balıq