Kişilər qadınlara nisbətən daha tez karlaşır – Qarşısını belə alın

Kişilər qadınlara nisbətən daha tez karlaşır – Qarşısını belə alınEşitmə itkisi hər yaşda ola bilər. Lakin bu risk yaşalmışlarda, məhz kişilərdə qadınlara müqayisədə daha yüksəkdir. Elə ki, 65-74 yaşlı kişilərin 10 faizindən çoxunun müəyyən dərəcədə eşitmə itkisi yaşadığı təxmin edilir. Alimlərə görə bir çox eşitmə itkisini geri qaytarmaq çətindir.
Milli.Az lent.az-a istinadən bildirir ki, ancaq eşitmənin azalmasının qarşısını almaq, hətta yaxşılaşdırmaq üçün istehlakı məsləhət görülən bir çox qida var ki, bunlardan bəziləri belədir:
-Ənginar: Ənginar ümumilikdə folat adlanan vitamin B9 baxımından zəngin qida olduğundan eşitmə qabiliyyətini gücləndirir.
-Kartof: Kartof ölçülü istehlak edildikdə həm eşitmə qabiliyyətini gücləndirir həm də qulağın içində zədə yaranmasının qarşısını alır.
-Mərcimək: Tərkibində B vitamini və dəmir olan mərcimək qulaq sağlamlığının qorunması üçün ən faydalı qidalar arasında iştirak edir.
-Avokado: Avokado maqnezium və fol turşusu baxımından zəngindir. Bu səbəbdən eşitmə qabiliyyətini gücləndirmək üçün istehlakı tövsiyə olunur.
-Balıq: Balıq omeqa baxımından ən zəngin qidadır. Tərkibində omeqa olan qidaların istehlakı eşitmə problemlərini aradan qaldırır.
-Kətan toxumu: Vitamin B eşitmə sağlamlığı üçün böyük təsir göstərir. Xüsusilə kətan toxumu kimi vitamin B baxımından zəngin qidalar istehlak etdikdə, qulaqlarda cingilti, ağrı və eşitmə itkisi böyük nisbətdə azalır.
-Qoz: Qoz omeqa və B vitaminləri ilə zəngin qida olduğu üçün eşitmə itkisinin qarşısı alınır.
-Göbələk: Göbələk tərkibində vitamin D olan faydalı qidalardan biridir. Çünkü vitamin D qulağın içindəki zərif və kiçik sümüklərin sağlamlığını qoruyur.
-Yumurta: Zülal qaynağı olan yumurta sayəsində qulaqdakı toxumalar zədələnməz.
-Süd: Süt eşitmə qabiliyyətini qoruyan faydalı qidalar arasında iştirak edir.
-İkiayaqlı ginkqo ekstraktı: Ginkqo ekstraktı beyində qan dövranını artırır və damar qırılmalarının qarşısını alır. Bu xüsusiyyətinə görə beyində qan dövranın zəifliyi, başgicəllənmə, yaddaş problemləri, konsentrasiya, eşitmə itkisi, tinnitus və vertiqo kimi xəstəliklərin müalicəsi üçün istifadəsi məsləhətdir. Səs-küydən qaynaqlanan eşitmə itkisinin qarşısını almaq və tinnitus probleminindən xilas olmaq üçün gündə 60-240 mq ginkqo ekstraktın qəbulu tövsiyə olunur.
-Marjoram bitkisi: Yeməklərdə ədviyyat kimi istifadə olunan Marjoram bitkisi qulaqda qan dövranın zəif olması səbəbindən yaranan eşitmə itkisinin qarşısını alır. Qan təzyiqini də aşağı salan bu bitki eşitmə itkisinin müalicisi üçün çay kimi dəmlənib gündə iki stəkan içilməlidir. Ancaq 10 gündən çox istifadə etməmək məsləhətdir.
-Alma sirkəsi: Alma sirkəsi; Maqnezium, kalium, sink və manqanla zəngindir. Bu minerallardan hər hansı biri çatışmayanda eşitmə itkisi baş verə bilər.
Bu səbəbdən eşitmə itkisini azaltmaq və ya qarşısını almaq üçün alma sirkəsi istehlak edilməlidir.
Sərbəst radikalların mənfi təsirlərini azaldan güclü antioksidantlar ehtiva etdiyi də bilinən alma sirkəsindən bir qaşıq  bir stəkan suya əlavə edilərək gündə iki dəfə istehlak edilməlidir.
-Soğan: Soğan tərkibindəki antioksidantlara görə ilbiz zədələnməsi və eşitmə itkisinin qarşısının alınması başda olmaqla daimi və müvəqqəti eşitmə itkisinin müalicəsində, travma və qulaq pərdəsi yırtıqlarında, qulaq problemlərinə səbəb olan hava təzyiqi dəyişikliklərində də təsirlidir. Bunun üçün bir litr suda 300 qram soğan 12 saat saxlanılır. Daha sonra süzülərək gündə bir stəkan içilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 908   Tarix: 19 aprel 2023
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Qan təzyiqini aşağı salan ən güclü vasitə - Dağlarda bitir

Dağ sarımsağı adlanan yabanı sarımsaq növü sağlamlığa bir çox faydası ilə diqqət çəkir.   -a istinadən xəbər verir ki, dağ sarımsağının faydalarını bilənlər onu tapanda kilolarla alırlar. Bu bitkinin ürək və bağırsaqlar

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Xroniki bel ağrılarının çarəsi tapıldı

Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar. -a istinadən bildirir ki, ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yen

.

Təhlükəli səviyyədə civə miqdarı olan balıq növləri açıqlandı

Braziliya, Fransa, Kanada, ABŞ və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu müxtəlif balıq və vəhşi təbiət növlərində civə ilə çirklənmənin ilk qlobal təhlilini aparıb. . -a istinadən xəbər verir ki, tədqiqat "Ecotoxicology"

.

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   -a istinadən xəbər verir ki, həkim Andrey Kondraxin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Həftədə neçə dəfə makaron yemək olar?

Makaronlar sağlam pəhrizin tərkibində ola bilər. Bir şərtlə ki, makaron bərk buğda növündən olsun. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Uitni Linzenmeyer faydalı pasta və makarondan qaçmamağı tövsiy

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

turlar.az

sonxeber.az gozel gorunmek donlar 2024 geyim necə seçməli cinsi elaqe küftələr kakos yagi dirnaq berkiden maskalar kosmetika lakonizim haxisda sevda qaynanaya aid zencefil