Kişilərin əsas problemi olan tez boşalmanın Müalicə NÖVLƏRİ

Kişilərin əsas problemi olan tez boşalmanın Müalicə NÖVLƏRİStatistikaya görə hər üç kişidən biri qısa cinsi əlaqə problemi ilə üzləşir.

qadınsaytı.az xarici mətbuata istinadən xəbər verir ki, vaxtından əvvəl eakulyasiya (boşalma) bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez eakulyasiya cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir.

Aparılan araşdırmalara əsasən kişinin vaxtından tez eakulyasiyası 3 yerə bölünür:

1. penis vaginaya girmədən öncə boşalması – yüksək dərəcədə erkən boşalma;
2. penis vaginada olarkən 1 dəqiqə, və ya daha az zamanda boşalma – orta dərəcə erkən boşalma;
3. penis vaginada olarkən 1-5 dəqiqə arasında olan boşalma – erkən boşalma.

Qadına görə orta hesabla seksin müddəti ideal vaxt 5-15 dəqiqə arası hesab edilir. Lakin yenə qeyd edildiyi kimi, cütlükdən asılıdır. Kişi eakulyasiya müddətini uzatmaq üçün templərdə müəyyən dəyişikliklər etməlidir.

Başqa sözlə desək, cinsi əlaqə zamanı kişilərin vaxtından əvvəl eakulyasiyası, kişinin cinsi əlaqənin davamiyyətini kifayət qədər davam etdirə bilməyib, partnyorunu təmin edə bilməməsi vəziyyətidir. Bu izahat Ümumidünya Səhiyyə Təşkilatının izahatıdır və burada cinsi əlaqənin davamiyyətinin kəmiyyət ölçüsü nəzərə alınmayıb. Ona görə də çox ciddi sual yaranır. Normal cinsi əlaqə nə qədər davam etməlidir? Bu suala dolğun cavabın olmaması vaxtından əvvəl qurtarmanın dəqiq diaqnostikasını çətinləşdirir. Yəni, həkim nə vaxt vaxtından əvvəl qurtarma diaqnozu qoymalıdır, mübahisəlidir.

Digər tərəfdən, qadının da anorqazmiyadan (orqazma çata bilməməsi) əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.

Bəzi hallarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eakulyasiyanın başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baş verirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur. Lakin sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissləri keçirirlər. Orta göstərici kişinin cinsi əlaqənsinin minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur.

Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin daha çox olduğu aydın olar. Bu vəziyyət cinsi məmnunluğun olmamasına, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənin itməsinə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi əlaqə zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi əlaqədən yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın baş verməməsinə gətirib çıxarır.

Vaxtından əvvəl eakulyasiyanın əsas səbəbləri:

Uzunmüddətli cinsi fasilədən sonra, cinsi oyanıqlıq yüksəldiyindən çox vaxt cinsi akta başlamazdan qabaq eakulyasiya ola bilər;
Prostat vəzinin və sidik axarlarının xroniki iltihabı xəstəlikləri;
Cinsi akt zamanı kişinin özünü diskomfort hiss etməsi, vaxtından əvvəl boşalacağına özünü psixoloji kökləməsi;
Kişi cinsi orqan başının həssas olması;
Mədəni səviyyənin aşağı olması (qadını məmnunetmə məsuliyyətini hiss etməmə).

Vaxtından əvvəl eakulyasiya necə müalicə olunur?

Hal-hazırkı dövrdə vaxtından əvvəl eakulyasiyanın müalicəsinə 4 yanaşma var:
1. Yerli müalicə (cinsi orqana bilavasitə təsir edən dərmanlarla);
2. Seks-terapiya;
3. Farmakoterapiya (dərmanın daxilə qəbul edilməsilə müalicə);
4. Cərrahi müalicə.

Qeyd etmək lazımdır ki, 1-ci və 3-cü müalicə üsulları problemin müvvəqəti həlli hesab olunur və yalnız dərman qəbulu müddətində effektlidir, daim dərman qəbulu tələb edir.

Seks-terapiya ən təhlükəsiz üsul hesab olunur, amma bəzi çatışmazlıqları da var. Bu çatışmazlıqlara effektin gec meydana çıxmasını və müalicədə cinsi partnyorun da iştirakının da tələb olunması aiddir.

Cərrahi müalicə qısa müddətdə arzuolunan effekti əldə etməyə imkan verir. Həm də, əməliyyatdan əvvəl həkim cərrahi əməliyyatın effektli olub-olmayacağını təyin edə bilir.

Yerli müalicə necə aparılır?

Bu müalicə üsulunda keyləşdirici (anestetik) dərmanlardan istifadə olunur. Anastetiklər cinsi üzvü bir qədər keyləşdirərək, cinsi aktın davamiyyətini uzadır. Bu metodun 2 forması var:

Anestetik vurulmuş prezervativlərdən istifadə ("long love" prezervativləri);
Anestetik saxlayan xüsusi gel və kremlərin birbaşa cinsi orqanın başına vurulması.

Seks-terapiya

Bu metod vaxtından qabaq eakulyasiyanın müalicəsində istifadə olunan, kompleks üsullar toplusudur ki, eakulyasiyanın başlamasını nəzarətdə saxlamağa imkan verir. Bu üsul çox effektlidir və cinsi əlaqəni 10 dəqiqəyə qədər uzatmağa imkan verir.

Ən geniş yayılmış metod cinsi orqanın başının sıxılması və "start-stop" üsuludur. Birinci metodda eakulyasiyanın başlayacağını hiss edən kimi cinsi aktı müvəqqəti dayandırıb, cinsi orqanın başını bir qədər sıxıb buraxmağa əsaslanır. Bu qıcıqlanmanın bir qədər azalmasına və bir qədər sonra yenidən cinsi əlaqəyə başlayıb, növbəti qurtarma hissiyatına kimi davam etdirilir. Bunu bir neçə dəfə təkrarlamaq olar.

"Start-stop" üsulunda cinsi əlaqə qurtarma hissiyyatı yaranana kimi davam etdirilir, sonra dayanıb seksdən fikir yayındırılır. Yenidən növbəti əlaqəyə başlayıb, fasilələrə davam etdirilir. Bu üsul əvvəllər nəticəsiz ola bilər, amma daimi istifadə etdikdə 4-6 aydan sonra əla effekt verir. Əvvəllər bu metodun nəticəsiz olması pasientlərdə inamsızlıq yaratmamalıdır. Üsulun çatışmayan cəhəti odur ki, cinsi partnyor da buna anlayışlı yanaşmalıdır. Amma əksər vaxt bu mümkün olmur.

Dərmanlarla müalicə (farmakoterapiya)

Bəzi dərman preparatlarının (neyroleptiklər, benzidiazepin törəmələri, alfa-adrenoblokatorlar) vaxtından əvvəl eakulyasiyanın müalicəsində effektli olduğu çoxdan məlumdur. Lakin onların çoxlu arzuolunmaz təsirləri olduğundan bu məqsədlə istifadə olunmur. Hazırkı dövrdə vaxtından əvvəl eakulyasiyanın müalicəsində antidepressantlar qrupundan olan bəzi dərmanlar istifadə olunur. Bu preparatların effekti çox yüksəkdir, cinsi əlaqənin davametmə müddətini 4-6 dəfə artırır. Bu metodun mənfi cəhəti pasientin daimi psixoterapevt nəzarətində olmağa məcbur olmasıdır. Bu dərmanların qəbulunun dayandırılması cinsi aktın davamiyyətinin sürətlə azalmasına səbəb olur.

Cərrahi müalicə

Sünnət olunmayan insanlarda vaxtından əvvəl eakulyasiyanın müalicəsində pasientlərə sünnət olunmaq məsləhət görülür. Sünnət olunmuş şəxslərdə cinsi orqanın başı daim alt paltara sürtünməyə məruz qaldığından hissiyyatlılığı azalır, ona görə də vaxtından əvvəl qurtarma riski bir qədər azalmış olur. Sünnət olunmuşların cinsi əlaqəsi olunmayanlara nisbətən 2-3 dəfə davamiyyətli olur!

Digər bir cərrahi üsul cinsi orqan başının mikrocərrahi üsulla denervasiya (sinirsizləşdirilmə) olunmasıdır. Bu operasiya zamanı cinsi orqan başına gələn kiçik hissi sinirlər kəsilir. Bu isə cinsi orqan başının daimi keyləşmiş vəziyyətdə qalmasına səbəb olur. Bu halda cinsi aktın davametmə müddəti təxminən 30-40 dəqiqəyə qədər uzanır. Amma təqribən 6 aydan sonra kəsilmiş sinirlərin yerinə digərləri bərpa olunur və əvvəlki hissiyyat bərpa olunur.

Beyində yaranmış dominant impuls sinirlər bərpa olduqdan sonra da cinsi aktın davamlı olmasına cavabdeh olur. Ancaq vaxt keçdikdən sonra tədricən cinsi aktın davametmə müddəti azalır. Bu əməliyyat çox cüzi travmatik əməliyyat hesab olunur, pasientlərə bərpa olunma tələb olunmur. Amma bu metod yeni olduğundan kifayət qədər dəqiq öyrənilməmişdir. İnsan həyatda ən çox bir yeməkdən, bir də cinsi əlaqədən zövq alır. Özünüzü bu hissdən məhrum etməyin. (kayzen.az)

Ailə və Uşaq     Baxılıb: 8721   Tarix: 07 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Süni ana bətnində körpələr dünyaya gələcək - ŞOK PROQNOZ

Yaponiyanın Kyuşu Universitetində çalışan alimlər laboratoriya şəraitində süni bətn içərisində yetişdirilərək "doğulacaq" körpələrin 2028-ci ilə qədər mümkün ola biləcəyini açıqlayıblar. . Tədqiqatçılar özlərini

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

40 ədəd saqqız udan 5 yaşlı balaca oğlan həkimləri şoka saldı

ABŞ-ın Ohayo ştatında yaşayan 5 yaşlı uşaq ümumilikdə 40 saqqız udub. Belə ki, ana təcili yardıma zəng edərək azyaşlı oğlunun böyük bir qutu şəkərsiz saqqız yediyini bildirib. Amma ona mədə problemi olduğu zaman xəstəxanay

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

turlar.az

sonxeber.az toy gecesi yaz geyimleri 2024 makiyaj etmek qaydalari makaronlar kökəlmə sirləri yataqda seks 3 baci dolmasi kosmetika ariqlamaq sac modelleri video tərəzi bürcü vetene aid bayati