Kişilərin utandıb deyə bilmədiyi PROBLEM: 10 MƏSLƏHƏT SU KİMİ LAZIMDIR

Kişilərin utandıb deyə bilmədiyi PROBLEM: 10 MƏSLƏHƏT SU KİMİ LAZIMDIRAndroloq-seksopatoloq Orxan Ağabəyovun məqaləsini təqdim edirik.
Erkən boşalma (erkən eyakulyasiya) – hər iki partnyorun seksual məmnunluq almaları üçün kifayət edəcək dərəcədə cinsi aktın müddətinə kişinin nəzarət edə bilmədiyi vəziyyətdir. Erkən eyakulyasiya kişilərdə ən geniş yayılmış seksual problemdir (40% hallarda rast gəlinir).
Erkən boşalma – çox incə kişi problemidir. Azərbaycanda bu cür problemləri olan əksər kişilər mütəxəssislərə çox nadir hallarda müraciət edirlər və ümid edirlər ki, "hər şey öz – özünə keçib gedəcək" və ya sadəcə bilmirlər ki, erkən eyakulyasiya müvəffəqiyyətlə müalicə olunur. Erkən boşalma yalnız tibbi deyil, həm də ictimai problemdir, çünki onun mövcud olması kişilərdə öz-özünə qiymət vermə və həyat keyfiyyətinin azalmasına səbəb olur, partnyora mənfi təsir göstərir və cinsi münasibətləri korlayır.
Sağlam kişilərdə cinsi akt orta hesabla 7.3 dəqiqə davam edir. Lakin erkən eyakulyasiyanı yalnız cinsi aktın müddətinə görə qiymətləndirmək olmaz. Orqazma 2 dəqiqədən də az vaxta çatan bir qadın üçün 2 dəqiqə müddətli cinsi akt ilə kişi tamamilə sağlam kimi qiymətləndirilə bilər. Orqazma çatmaq üçün 10 dəqiqədən artıq vaxt tələb olunan qadın üçün 7.3 dəqiqəlik cinsi akt zamanı kişi erkən eyakulyasiyalı kimi qiymətləndirilə bilər.
Səbəblər
• Cinsi əlaqədən uzun müddət ərzində çəkinmə və ya cinsi əlaqələrin və masturbasiyanın aşağı tezliyi, bunun nəticəsində cinsi ehtirasın artması baş verir;
• Cinsi akt zamanı ereksiyanın vəziyyətinə görə narahatlıq və qorxu, öz partnyorunu razı salmamaq səbəbindən həyəcan;
• Koitusun aparılması üçün pis, əlverişsiz şərtlər səbəbindən ("ayaqüstü seks") baş verən eyakulyasiyanın tezləşməsinə görə vərdiş;
• Qadının intensiv, ehtirası oyadan təsiri (onun böyük cazibədarlığı, bədən hərəkətləri);
• Enurez;
• Kişi cinsiyyət sisteminin iltihabi xəstəlikləri (prostatitlər, vezikulitlər);
• Penisin dərisinin həddən artıq həssaslığı;
• Cinsi həyata başlayarkən həyəcan və spermanın boşalmasına nəzarət etmə təcrübəsinin olmaması;
• Uğursuzluğun beyindən çıxmayan gözləmə sindromu (bir dəfə baş vermiş uğursuzluq gələn dəfə də təkrarlanmağı gözləməyə vadar edir), bəzi digər fobiyalar və nevrozlar.
Müalicə
1. Xəstəliyin səbəbi olmuş iltihabi xəstəliklərin müalicəsi.
2. Cinsi, psixoloji, davranış terapiyası, özünü tənzimləmə və yayındırma metodu.
3. Həddən artıq həssaslığın konservativ müalicəsi – prezervativ və keyləşdirici məlhəmlər vasitəsilə aparılır.
4. Farmakoterapiya – antidepressantlar, anksiolitiklər və potensiyanın yaxşılaşdırılması üçün istifadə olunan preparatların vasitəsilə aparılır.
5. Cərrahi müalicə – birləşdirici pərdənin plastikası, sünnət və penisin başının mikrocərrahi denervasiyası.
Tövsiyələr
1. Uzun müddətli çəkinmə dövrləri olmadan müntəzəm cinsi həyat yaşayın. Məqsədə uyğundur ki, kişi bunu etmək qabiliyyətindədirsə, cinsi akt təkrarlansın (bir gün ərzində). Bu zaman kişidə cinsi əlaqənin müddəti uzanır, qadında isə orqazm sürətlənir, çünki onda birinci yaxınlıqdan sonra ehtiras qorunub saxlanılır.
2. Ayrı-ayrı hallarda yayındırma metodundan istifadə etmək olar: cinsi akt zamanı kişi öz diqqətini ayrı istiqamətə yönəldir: məişət problemləri haqqında fikirləşir və s.
3. Aktın uzadılması o zaman mümkündür ki, kişi cinsi orqanın dərin daxil edilməsi zamanı yalnız qısa təkanlar verir. Bu zaman ən həssas hissə olan cinsi orqanın başı uşaqlıq yolunun daha geniş hissəsi sahəsində qalır, burada o, daha az qıcıqlanma alır.
4. Cinsi aktı friksiyaların (sürtünmənin) vaxtaşırı dayandırılması zaman uzatmaq olar. Bu zaman qadının erogen zonalarının stimulyasiyasını davam etdirmək lazımdır. Əgər bu zaman ereksiya zəifləyirsə, friksiyaları davam etdirmək lazımdır.
5. Yüksək həssaslığı olan kişilərə prezervativdən (xüsusilə də qalın), eləcə də keyləşdirici məlhəmlərdən istifadə etmək tövsiyə olunur.
6. Əgər kişi cavandırsa, cinsi aktdan əvvəl masturbasiya edə bilər və ya stimulyasiyanı qadına həvalə edə bilər. Əgər hətta birinci dəfə o, orqazma sayılı saniyələrdə çatsa belə, ikinci dəfə həzz almaq üçün ona daha çox zaman tələb olunacaq, deməli, cinsi akt daha uzun olacaqdır.
7. Məlum olduğu kimi, kişilərdə cinsi əlaqə zamanı görmə qabiliyyəti böyük rol oynayır. Buna görə də cinsi akt zamanı bir müddət gözləri bağlamaq yaxşıdır. Əgər siz hiss etsəniz ki, yenə də özünüzə nəzarət edirsiniz, gözləri açmaq olar.
8. Bundan başqa, orqazm yaxınlaşdığı zaman kişi, cinsi orqanı uşaqlıq yolundan (vaginadan) çıxarıb, baş barmağı cinsi orqanın başının özülünə qoyub, şəhadət və orta barmaqlarla isə yuxarıdan və aşağıdan 3-4 saniyəlik müddətə sıxa bilər, bununla da bir neçə müddətdən sonra o, cinsi aktı davam etdirmək imkanını əldə edəcəkdir.
9. Spermanın boşalmasının uzadılmasına yayındırıcı manevr kimi pozanın dəyişdirilməsi kömək edir. Tez-tez dayanaraq və pozanı dəyişdirərək, siz aldığınız stimulyasiyanın intensivliyini zəiflədirsiniz, bu da cinsi aktı uzatmağa imkan verir. Ümumiyyətlə, elə bir poza tapmaq yaxşı olardı ki, sizin üçün eyakulyasiyanı saxlamaq asan olsun.
10. Kişiyə cinsi aktı uzatmağa çox zaman adət edilmiş tələskənlik mane olduğuna görə, orqazmın yaxınlaşması zaman ona stressi qaldırmaq üçün edilən hərəkətləri etmək tövsiyə olunur: dərindən nəfəs almaq və qısa müddətə tənəffüsü saxlamaq. Nəbz daha zəif atmağa başlayacaq, həyəcan və ehtiras sakitləşəcək və spermanın boşalması baş verməyəcəkdir.
Nəticə çıxararaq demək olar ki, erkən boşalma problemi böyük əksəriyyət hallarda tam və ya heç olmazsa, qismən həll olunur və yaxınlıq üçün münasib şərtlər yaranır. Problemin həllindən qaçmayın, fəal olun. Hər şey super olacaq!
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1871   Tarix: 08 aprel 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Porno asılılığı nədir? - Qadınlar ərlərinə niyə qadağan edir? - ARAŞDIRMA

Cütlüklər arasında problemli, lakin danışılmayan məsələlərdən biri də porno filmlərə baxmaqdır. Məlumata görə, pornoya baxanlar əsasən kişilərdir. Adətən, qadınlar bunu problem hesab edirlər. Onların fikrincə, bu hərəkə

.

Yuxuda orqazm: səbəblər və xüsusiyyətlər

Yuxuda orqazmın səbəbləri sonuna kimi öyrənilməmişdir. Biri aydındır: kişilərdə və qadınlarda o yuxuda müxtəlif xarakteri daşıyır və müxtəlif səbəblərlə çağırıla bilər. Yuxuda orqazmın ən sadə variantı cinsiyyət yetişməs

.

İntim üçün ən uyğun saat - Qadınlarda cinsi istək 23:00, kişilərdə isə

Qadın və kişi münasibətlərində önəmli rol daşıyan amil cinsi münasibətdir.  . Lakin cinsi istəyin saatları qadın və kişilərdə fərqlidir.  .  xəbər verir ki, araşdırmalar nəticəsində qadın və kişilərdə sevişmə üçün ən uyğu

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

turlar.az

sonxeber.az toy makiyajlari yaz geyimleri 2024 gozel gorunmek dondurmalar aloy gulunun faydasi qadın saytı gənc ailə kosmetika sağlamlıq gözəllik porno gulmeli hakista terezi