Kişinin bürcünə görə yataqda çılğına döndərməyin YOLLARI

Kişinin bürcünə görə yataqda çılğına döndərməyin YOLLARIKişilər bürclərə inanmaya bilər. Amma onların xarakterini bürclərinə görə təyin edərək yataqda çılğına döndərmək mümkündür. Uğur qazanan qadın görəndə başlarını itirirlər Qoç kişiləri ovun özündən çox ovlanma prosesini və bu zaman yaşadıqları həyəcanı sevirlər. Ona təslim olmazdan əvvəl, sözün əsl mənasında, süründürməlisiniz. Sizin dərdinizdən dəli olmaq onların çox xoşuna gəlir. Daha sonra onu nə qədər sevdiyinizi və xoş sözlər deyin. Qoç bürcünün kişiləri karyerasında uğur qazanmış qadınlar görəndə başını itirirlər. Gözlənilməz sürprizləri və yataqda çox ehtiraslı qadınları sevirlər. Aradabir cinsi münasibətləri yataq otağından kənara çıxarın Buğa bürcünün kişiləri şəfqətli və qoruyucudur. Ailəsinin mükəmməl olmasını istəyirlər. Ailə, yuva onun üçün çox əhəmiyyətlidir. Yataqda olduğu kimi, evdə də hər şeyin yaxşı və qaydasında olmasını istəyirlər. Onun etimadını qazanmaq üçün öz evinizə dəvət edin və nə qədər sakit, səliqəli evdə yaşadığınızı ona göstərin. Evdəki səliqə-sahmanı görəndən sonra onun axtardığı insan olduğunuzu anlayacaq. Bundan başqa, cinsi münasibətləri yalnız yataq otağında yaşamayın. Gün ərzində onu qucaqlayın və erotik mesajlar atın. Ona şəhvani hisslər ötürün Kişi əkizlər üçün qadınlar çox seksual məxluqlardır. Əkizlər hər mənada rəqabət apara biləcəkləri qadın arzulayırlar. Onun zarafatlarına gülən xanımları çox bəyənirlər. İşdə ondan daha böyük uğur qazanan qadınlar əkizləri məmnun edir. Ona təsir etmək istəyirsinizsə, şəhvani hisslər ötürməlisiniz. Ona çox müvəffəqiyyətli və güclü olduğunu sübut edən qadınları əkizlər heç zaman tərk etmirlər. Onu ehtiraslandıran alt paltarları geyin Xərçəng kişiləri evinə bağlı və çox romantik olurlar. Anası onun üçün ən müqəddəs varlıqdır. Bu səbəbdən də, ona hərdən ana şəfqəti və ana qayğısı ilə yanaşmalısınız. Mehriban və səmimi qadınlardan daha çox zövq alırlar. Bu qadınlar xərçəng bürclərinə özünü güvəndə hiss etməsinə kömək edir. Amma diqqət və qayğını lazım olduğundan artıq göstərməyin. Onu başdan çıxarmaq istəyirsinizsə, ağıllı qadın olmağınız kifayətdir. Planlı, dəqiq və təmiz olun. Yataqda ona iltifatlar edin və onu ehtiraslandıran alt paltarları geyinməkdən çəkinməyin. Şam işığında açılan romantik süfrə onları həyacanlandırır Şir bürcünün kişilərinə təsir etmək üçün eqosunu sığallayın. Qısqanclıq da onu təhrik etməyə kifayətdir. Ona nə qədər bağlı olduğunuzu göstərin və onu bölüşmək istəmədiyinizi söyləyin. Ehtirasını alovlandıran sürprizlər və şam işığında açılan romantik süfrə onları həyacanlandırır. Qızaları sirli qadınlar cəlb edir Qız bürcünün kişilərini isə çalışqan və ağıllı qadınlar başdan çıxarır. Onları bir çox problemi təkbaşına həll edən güclü xanımlar cəlb edir. Qız bürcünün kişiləri tərif eşitməyi çox sevirlər. Bu səbəbdən, ona davamlı olaraq gözəl sözlər söyləyin. Gördüyü hər işin uğurunu və onun tərəfindən sevildiyiniz üçün özünüzü şanslı hiss etdiyinizi ifadə edin. Qız bürcünün kişiləri sirli qadınları sevirlər. Çünki sirli hesab etdikləri qadınları təhlil etmək qız bürcləri üçün ən azı sevişmək qədər təhrikedicidir. Onları gözəl qoxularla başdan çıxarmaq olar Tərəzi bürcünün kişiləri ona heyran olmağınızı istəyirlər. Daim tərifləmək və ona tanrı kimi baxmaq Tərəzi bürclüləri məmnun edir. Anası haqqında nə düşündüyünüzdən asılı olmayaraq, həmişə yaxşı sözlər söyləyin. Onların anasına olan düşkünlüyü ən kiçik səhvizdə tərk olunmağınızla nəticələnə bilər. Tərəzi kişiləri bədənindən hər zaman təbii və gözəl qoxular gələn qadınları çox sevirlər. Yəni, onu başdan çıxarmaq üçün fərqli ətirlərdən istifadə edin. Onlarla hər şeyə hazır olmalısınız Əqrəb bürclü kişiləri hər zövqü və hər macəranı dadmağa hazır qadınlar cəlb edir. Yataqda çox yaradıcı olan əqrəb kişiləri qadınını da buna uyğun seçir. Sekslə məşğul olmağı ən az onun qədər sevməlisiniz. Ehtirası artıran krujevalı alt paltarları və seks oyuncaqları onu başdan çıxarır. Həmçinin, gündəlik həyatda da erotik mesaj və fotoşəkillər onların çox xoşuna gəlir. Baxımlı qadınları sevən əqrəb kişiləri üçün həmişə cəlbedici olmalısınız. Əks halda, sizdən tez bezəcək və başqa qadın "ovuna" çıxacaqlar. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın Oxatan bürcünün kişiləri də güclü qadınlarla maraqlanır. Özünə güvənən, uğurlu karyerası olan qadınlar görəndə ağlı başından çıxan Oxatan kişi açıqsözlülüyü sevir. Sizi incitdiyi, ya da səhv bir söz söylədiyi zaman bunu ona açıq-aydın deyin. O, müstəqil insan olduğunuzu və ona ehtiyacınız olmadığını bilməlidir. Ağıllı və ecazkar qadınlar Oxatan kişiləri başdan çıxarmağa bəs edir. Bundan başqa, yataqda nələrdən xoşu gəldiyini bilən qadınlar onları tam qane edir. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın. Yataqda sərhəd tanımayanları sevirlər Oğlaq bürcündən olanların gözünə girmək üçün şəfqətli ana, seksual və özündən əmin qadın olmalısınız. Ona arxa-dayaq olan qadınları çox bəyənirlər. Lakin yataqda sərhədləri olmayan qadın arzusunda olurlar. Yataqda "Kama Sutra" mövqelərinə bələd deyilsinizsə, Dolçaya yaxın durmayın Dolça bürcünün kişilərini bədəninizdən əvvəl, ağlınızla cəlb etməlisiniz. Onu davranışınızla cəlb edin. Müstəqilliyinə düşkün olan sutökən bürcləri bunu məhdudlaşdıran qadınlardan uzaq gəzirlər. Ona görə də, qısqanclığın sutökən bürcləri üçün dünyadakı ən lazımsız duyğulardan biri olması təəccüblü deyil. Onu itirmək istəmirsinizsə, əsla qısqanmayın. Yaradıcı olan Sutökənlər yataqda da yeni pozaları sınaqdan keçirməyi xoşlayır. Bu üzdən "Kama Sutra" mövqelərinə tez-tez müraciət edin. Bir az şəfqət, bir az da dəcəllik... Balıq bürcünün kişiləri sirli və həssas qadınları sevirlər. Yataqda çox nəzakətli və etibarlıdırlar. Ancaq eyni fədakarlığı sizdən də gözləyirlər. Onu sevgi ilə qucaqlamaq və yataqda bir az dəcəllik etmək xoşlarına gəlir. Bu bürc altında doğulanlar üçün onlara inam müdhiş təhrik faktorudur. Balıq bürcünün kişiləri xəyallarını gerçəkləşdirməyə cəsarət edə bilmirlər. Buna görə də onları cəsarətləndirən xanımları sevirlər. Daim onun yanında olduğunuzu və arzularınızı birlikdə reallaşdıracağınızı deyin.// körpəm

Maraqlı     Baxılıb: 15216   Tarix: 08 noyabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Neptunun halqalarının fotosu çəkildi - FOTO

"James-Webb" kosmik teleskopu Günəş sisteminin ən uzaq planeti olan Neptunun halqalarının fotosunu yerə yollayıb. Fotonu NASA yayıb. Bildirilir ki, Neptun planetinin ən yaxın fotosunu 1989-cu ildə Voyager-1 kosmi

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

Lütfi Zadənin doğum günüdür - FOTO

Dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anım günüdür. Kaliforniya Universitetinin məşhur professorunun bu gün 102 yaşı tamam olur. 1921-ci il fevralı

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

turlar.az

sonxeber.az toy makiyaji sekilleri donlar 2024 gözəllik məhsulları alin yazisi xanim qafarova seksual hereketler gavali haqqinda xina sozleri kosmetika qiz burcu geyim novruz bayramına aid bahar uşaq şeirləri