KÖKƏLİB ARIQLAYANLARIN PROBLEMİ: STRİYA NƏDİR? – KOSMETOLOQ RƏYİ

KÖKƏLİB ARIQLAYANLARIN PROBLEMİ: STRİYA NƏDİR? – KOSMETOLOQ RƏYİ"Dərim çatlayıb elə bil". Bu problemdən şikayət edən çox insana rast gələ bilərsiniz. Əslində bu çatların adı striyadı, yəni dəridə aşırı dartılma nəticəsində əmələ gələn çapıq toxumasıdır. Striyanın ciddi bir dəri problemi olduğunu deyən həkim-kosmetoloq, dermatoloq Günay Mikayılova müalicəsinin mümkün olduğunu bildirir. Beləliklə, kosmetoloqun striya problemi və ondan çıxış yolları haqqında fikirlərini təqdim edir.

Dərinin elastikliyi pozulduqda və normadan artıq dartıldıqda çatlar əmələ gəlir. Bu çatların əsas yerləşmə yerləri qarın, budların üstü, omba, qollar və sinədir. Mütəxəssis "çat" deyilən problemin əslində çapıq olduğunu deyir: "Tibbdə bu, çapıq toxumasıdır. Çapıqların klassifikasiyasına görə, striyalar atrofik çapıqlar sinfinə daxildir. Estetik görünüşdə diskomfort yaradır. Onları tamamilə aradan götürmək mümkün deyil. Lakin müəyyən müalicə növləri ilə qismən aradan götürmək olur. Striyalar əvvəl qırmızı olur. Çapıq kimi yetişdikdə isə ağarır. Yetişmiş çapıq ağ rəngli olur. Biz xəstəyə baxan kimi striyanın yeni və ya köhnə olduğunu aşkar edə bilirik".

G. Mikayılova müasir dövrdə striyanın bir çox müalicə üsulları olduğunu əlavə edir. Bununla yanaşı, müraciətin müddətindən asılı olaraq effektivliyi də fərqlidir. İlkin mərhələlərdə, yəni çapıqlar yeni yarandıqda müalicə effektiv olur. Artıq ağarmış, yəni köhnəlmiş çapıqların müalicəsi isə müalicəni daha güclü və uzun müddətli edir: "Lakin bu o demək deyil ki, biz köhnəlmiş çatlarla mübarizə aparmırıq. İlk növbədə yetişkin, köhnə striyaları yeni striyaya keçiririk, yəni yeni çapıq halına gətiririk. Bu isə lazer cilalanması proseduru ilə həyata keçirilir. Striyalar qızarmağa başlayır. Sonra isə qızarmış çapıqlarla mübarizə aparırıq. Bu isə elə dolayısı ilə striyanı müalicə etmək deməkdir".

Kosmetoloq kompleks müalicənin vacib olduğunu vurğulayır. Yalnız bir üsul bu problemlə mübarizə aparmağa kifayət etmir: "Müalicədə yalnız iynə və dərman yetərli deyil. Əgər biz bir pasientə kompleks yanaşmasaq, heç bir effekt almarıq. Bu işdə bir az da səbrli olmaq lazımdır".

Tam müalicə müddəti təqribən 8-9 ay davam edir. Müalicə kursuna lazer cilalanması, mezoterapiya, ozonoterapiya daxildir: "Ozonoterapiya həmin striyaların içinə O3, yəni ozon yeridilməsidir. Bu isə mezoinyeksiyalar halında həyata keçirilir. Bu üsul nəticəsində dəridə kollagen sintezi sürətlənir. Bu isə təbii ki, bərpa olunma proseslərinin də sürətlənməsi deməkdir. Eyni zamanda tərkibi hialuron turşusu olan mezoterapevtik kokteyllər müalicə kursuna daxil edilir. Bundan əlavə, damar divarlarını bərkidici preparatlar da kokteyllərin tərkibinə qoşulur ki, bu da çapığın normala qayıtmasına gətirib çıxarır. Bu prosedurlar həftədə 1 dəfə, 10 gündən bir tətbiq edilir. Lakin ayda bir dəfə tətbiq edilən dərmanlar da var".

Müalicə kursuna kollagen tərkibli dərmanlar da daxildir. Lakin kosmetoloq bu dərmanları tətbiq etməzdən əvvəl pasientin allergiya səviyyəsinin yoxlanmasını vacib hesab edir: "Kollagen tərkibli dərmanların effektivliyi çox yüksək səviyyədədir. Kənardan yeridilən kollagen yeni kollagen liflərinin sintezinə gətirib çıxarır. Bu iynə isə 2 həftədən bir vurulur və 4-6 seans həyata keçirilir".

Kursun ayrılmaz hissəsi olan fraksional lazer proseduru lazer cilalanmasıdır. Bütün sadalanan müalicə üsulları və dermatoloqun striyanın növünə əsasən təyin etdiyi digər prosedurlar striya ilə mübarizənin effektivliyini yüksək səviyyədə artırır.

Kökəlmə və arıqlama

Dəridə çatların yaranmasına ilk növbədə aşırı kökəlmə gətirib çıxarır: "Birdən-birə kökələn və arıqlayan insanlarda striyalar üzə çıxır. Çünki kökələn və arıqlayan zaman dərinin elastikliyi pozulur. Dəri tez bir zamanda yığılan artıq çəkiyə öyrəşə bilmir və dartılır. Dərinin elastikliyi irsi haldır. Məsələn, elə kök insanlar var ki, dərisində cüzi də olsa, çat yoxdur. Lakin elə arıq insanlar var ki, bir az kökələn kimi dərisində çatlar əmələ gəlir. Bu, onu göstərir ki, irsi olaraq dərisinin elastikliyi zəifdir və dəri lazım olan qədər dartılıb yığıla bilmir".

Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi problemləri də striyaların əmələ gəlməsində rol oynayır. Qalxanabənzər vəzidə olan dəyişikliklər dərinin elastikliyini aşağı salır.

Böyrəküstü vəzi

Böyrəküstü vəzidə problem yaşayan insanlarda da dəridə dəyişikliklər müşahidə edilir: "Böyrəküstü vəzidə adenoma olduqda kortizol deyilən hormonun səviyyəsi qalxır. Bu halda isə nəinki striya, eyni zamanda başqa problemlər, məsələn, giperpiqmentasiyalar, üzdə ödəm və s. ortaya çıxır".

Hamiləlik

Xanım hamiləliyə hazırlaşırsa, qarın hissəsində çatların əmələ gəlməməsi üçün tədbirlər görməlidir: "Məlumdur ki, hamiləlik dövründə xanımlar artıq çəki alır. Ona görə də hamiləlik dövründə xüsusi yumşaldıcı yağlar, nəmləndirici, qidalandırıcı kremlər istifadə edilməlidir. Düzdür, bu üsul az kömək edir. Lakin nisbətən ciddi striyanın yaranmasının qarşısını alır".

Dərinin elastikliyinin artırılmasının digər yolu da masaj, kontrast vannalar, yəni isti sudan soyuq suya keçmə üsulu, üzgüçülük, gün ərzində bol miqdarda su içmək, düzgün qidalanma, sağlam və aktiv həyat tərzidir.

Gözəllik və Moda     Baxılıb: 1551   Tarix: 05 avqust 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

turlar.az

sonxeber.az toy makiyaji sekilleri makiyaj etmek qaydalari geyim və ayaqqabılar dadlı yemək seksual duru yeməklər bilik haqqinda atalar sözləri kosmetika gülməli hakıştalar novruz bayramı klitor turpun nağlı saglam qidalanma