Kolbasa ilə pendirli börək

Kolbasa ilə pendirli börəkƏrzaqlar: Kolbasa ilə pendirli börək

4 ədəd hazır yuxa
1 st süd
1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.)
2 yumurta (sarısı üzünə)
Küncüt

İç:

Kolbasa
Pendir

Hazırlanması:

Südü, yağı və yumurta ağını çalırıq.

Kolbasa ilə pendirli börəkYuxanın birini sərib südlü qarışıqdan isladırıq.

Kolbasa ilə pendirli börəkİkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.

Kolbasa ilə pendirli börəkİslanmış yuxanı səkkiz hissəyə bölürük. Pendir ilə kolbasanı  yuxanın enlı tərəfinə düzürük.

Kolbasa ilə pendirli börəkEnli tərəfdən başlayaraq yuxanın yanlarını içəri verib rulon kimi bükürük. Qaba kağız sərib, börəkləri yığırıq. Üstünə yumurta çəkib, küncüt səpirik.

Kolbasa ilə pendirli börək220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Kolbasa ilə pendirli börəkQalan iki yuxanı da eyni qayda ilə düzəldirik.

Kolbasa ilə pendirli börəkNuş olsun!

Duzlu xəmir işləri   Baxılıb: 2235   Tarix: 07 oktyabr 2013  
f Paylaş


DİGƏR XƏBƏRLƏR

Qiyməli gül börək

7 oktyabr 2013 825
mp3 yukle
Mp3 yukle sayti