Köp və qaz sancısı əlehinə təbii qidalar - XALQ TƏBABƏTİ

Köp və qaz sancısı əlehinə təbii qidalar - XALQ TƏBABƏTİKöp qarın boşluğunda qazların toplanması nəticəsində yaranır. Bağırsaq bakteriyaları tərəfindən udulan hava və qəbul edilən qidalar ilə birgə ağızdan alınan hava həm mədədə, həm də bağırsaqlarda köpün yaranmasına və nəticədə qaz sancısına səbəb olur.
Köp nəticəsində qaz sancısının yaranmasına amil olan əsas səbəblər:
Qidaya qarşı allergiya
Uzun müddət hərəkətsiz qalmaq
Hava udmaq
İstifadə müddəti bitmiş qidalardan istifadə etmək
Lifli qidaların həddindən artıq istehlakı
Böyük dişləmələrdə yemək istehlakı
Yeməkləri kifayət qədər çeynəmədən udmaq
Bağırsaqlarda sağlamlıq problemləri
Bədənin uzun müddət soyuğa məruz qalması, xüsusilə ayaq və qarın bölgəsi
Çox yağlı və ədviyyatlı qidalar qəbul etmək
Südün həddindən artıq istehlakı
Həddindən artıq qazlı və şəkərli içkilərdən istifadə etmək
Zərərli vərdişlər
Köp nəticəsində yaranan qaz sancısı üçün faydalı olan və ümumiyyətlə tövsiyə edilən təbii vəsaitlər isə bunlardır:
Zəncəfil
Zəncəfil qaz sancısını, xüsusən də qaz səbəbiylə qarında his edilən ağrıları azaldan ən təsirli bitki mənşəli reseptlər arasındadır. Ancaq zəncəfil də həddindən artıq istehlak edildikdə mədə ağrılarına səbəb ola bilər. Buna görə də ehtiyatla istifadə edilməlidir. Təzə zəncəfili soyulub sürtgəcdən keçirdikdən, və ya nazik dilimlərə kəsib çaydanda qara çay kimi dəmləyərək içdikdə qaz sancısı azalır. Zəncəfil çayı dəmlənərkən çini çaydandan istifadə etmək məsləhətdir. Dəmlənmiş çay çox gözləmədən içilməlidir. Zəncəfil çayı hazırlayarkən çaydana limon dilimləri də əlavə etmək olar.
Zirə
Bir çimdik zirə 1 stəkan qaynar suya əlavə edilir, dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Yeməklərndən sonra içilir. 1 çay qaşığı zirə südə qarışdırıb içmək də çay qədər faydalıdır.
Sirkə
Bir stəkan ilıq suya təxminən 1 xörək qaşığı alma sirkəsi əlavə edib içmək sancını azaldır.
Razyana toxumu
Bir cimdik razyana toxumu çeynəmək və ya çay kimi dəmləyib içmək qaz sancıasına faydalıdır.
Darçın
Darçın ağrı kəsici təsirinə görə qaz səbəbi ilə yaranan qarın ağrısını kəsər, mədə və bağırsaqların rahatlamasına kömək edər. Zəncəfil kimi çayını dəmləyib içmək və ya qatığa əlavə edib yemək məsləhətdir.
Darçın çayı, darçın tozundan olduğu kimi qabığından da hazırlamaq olar. Darçın qabığından çay dəmlənərkən qabıqlar suda yuyulduqdan sonra üzərinə qaynadılmış su tökülür və dəmlənməsi üçün 10 dəqiqə gözlənir. Ancaq qabıqlar suda qaynadılmamalıdır. Əks təqdirdə darçın qabığı həm vitaminini, həm də dadını itirəcək. Toz darçından çay isə 1 stəkan suya 1,5 çay qaşığı toz darçın əlavə edilərək hazırlanır. Dəmlənmiş darçınlı çayı şirinləşdirmək üçün baldan istifadə etmək olar.
Çörək soda
Qaz sancısını azaltmaq üçün bir stəkan ilıq suya 1 və ya yarım çay qaşığı Çörək soda əlavə edib qarışdırdıqdan içmək məsləhətdir.
İsti su torbası
İsti su torbasını ağrılı nahiyəyə qoyub 5 dəqiqə gözləmək faydalıdır.
Məşq
Arxa üstə uzanıb yarım oturaq hərəkətlər etmək və ya ayaqları dizdən büküb qarnına çəkərək məşq etmək ağrının azalmasına səbəb olar.
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1510   Tarix: 18 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

sonxeber.az reseptler aksessuarlar kosmetika mehsullari maraqli sekiller hakıştalar sizanaqlara qarsi uz maskalari qargidali salati kosmetika sağlıq novruz bayramına aid hakıştalar novruz bayramina aid hakisdalar prostat atalar sözləri