Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər...

Koronavirusa qarşı peyvəndləmə ilə bağlı VACİB MƏQAMLAR – hazırlıq, əks-göstərişlər...Yanvarda Azərbaycanda koronavirusa qarşı peyvəndlənmə başlaya bilər. Peyvənd insanın orqaniminə və xüsusilə də immun sisteminə çox ciddi "müdaxilə"dir.
Bu səbəbdən peyvəndə gedən insan bəzi vacib qaydaları bilməlidir ki, peyvənddən sonra hər hansı fəsad yaranmasın.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, bu haqda tanınmış rusiyalı həkim-infeksionist Yevgeniy Timakov məlumat verib.
Həkim bildirib ki, vaksinasiya zamanı insanda heç bir soyuqdəymə simptomu olmamalıdır. Həmçinin xroniki xəstəliyin kəskinləşməsi zamanı da peyvənd vurdurmaq olmaz.
"İnsanda zökəm, öskürək, qızdırma, halsızlıq kimi simptomlar, vaksinasiyadan 1 ay əvvəl xroniki xəstəliklərin kəskinləşməsi olmamalıdır" - Timakov xəbərdarlıq edib.
İnsan peyvəndlənmədən 1 ay əvvəl hər hansı kəskin reseptor virus xəstəliyi, qrip keçiribsə, peyvəndin vurulması taxirə salınmalıdır. Bu xəstəliklər immunitetin müvəqqəti zəiflənməsinə səbəb olur ki, bu insanlarda peyvənd fəsadlara səbəb ola bilər.
Peyvənddən 3 gün əvvəl çoxlu miqdarda spirtli içkiləri qəbul etmək olmaz. Həmçinin ağır qidalar, fast-fudla da ehtiyatlı olmaq lazımdır.
"İnsan peyvəndə psixoloji olaraq hazır olmalıdır. İnsan çox qorxursa, onda peyvənddən sonra təzyiq qalxa bilər, başgicəllənməsi, hətta bayılma ola bilər" - həkim bildirib.
Allergiyaya meylli insanlar peyvənddən 1 gün əvvəl və sonra antihistamin həb qəbul edə bilərlər. Qızdırmanın qalxmasına meylli olanlar peyvənddən sonra yatmazdan qabaq parasetamol qəbul edə bilərlər.
Həkim qeyd edib ki, peyvənddən əvvəl kovidə PZR-test vermək lazımdır. Bu infeksiyanın simptomsuz formasını inkar etməyə kömək edəcək. Həmçinin həkim peyvənddən əvvəl IgG и IgM anticismlərə, peyvənddən sonra isə IgG anticismə analiz verməyi tövsiyə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1115   Tarix: 09 yanvar 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır. "medicina"ya istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fiki

.

Elektron siqaretlərin ciddi fəsadları - Həkimdən XƏBƏRDARLIQ

"Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir". -a istinadən bildiri

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

turlar.az

sonxeber.az gelinlikler toy gecesi geyim dəbləri atalar sözləri veten haqqinda yuxusuzluq kökəlmə sirləri şirniyyatlar kosmetika cinsi əlaqə oglan evi ziyafet geyimleri novruz hakısdası haxista