Koronavirusa yoluxma riskini azaltmaq üçün ürək-damar xəstələri düzgün qidalanmalıdırlar

Koronavirusa yoluxma riskini azaltmaq üçün ürək-damar xəstələri düzgün qidalanmalıdırlarÜrək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksəkdir. COVID-19 virusu ürək-damar sisteminə təsir göstərərək xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çox təəssüf ki, yaşlı və ürək-damar problemləri ilə yanaşı digər xroniki xəstəliyi olanlarda infeksiyanın gedişatı daha ağır fəsadlar törədir.
Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, ürək-damar xəstəliklərinin inkişafına meyvə-tərəvəzlərin az, duz və doymuş turşuların isə həddindən artıq istehlakı, gündəlik qəbul edilən qidaların tərkibində lifin azlığı və ya olmaması, balanslaşdırılmamış qidalanma kimi amillər təsir edir. Artıq çəki və piylənmə, qanda yağların səviyyəsinin yüksəlməsi, yüksək qan təzyiqi xəstəliyin baş vermə ehtimalını artıran risk faktorlarındandır. Ürək-damar xəstəliklərinin inkişafı həyat tərzi, xüsusən tütünçəkmə, mütəmadi alkoqol qəbulu, az fiziki aktivlik, eləcə də emosional gərginlik kimi amillərlə sıx əlaqəlidir. Xəstəliyin yaranma səbəbləri arasında irsi meyillilik, yaş və cins də böyük rol oynayır. Xəstəlik daha çox 40 yaşdan yuxarı olanlarda müşahidə edilir. Həmçinin kişilərlə müqayisədə qadınlarda xəstəliyin əmələ gəlməsi riski daha aşağıdır.
Koronavirusa qarşı ən yaxşı müdafiə vasitəsi müvafiq qabaqlayıcı tədbir və tövsiyələrə ciddi əməl edilməklə yanaşı, güclü immun sistemidir. Havalar soyuduqca virusun daha da aktivləşəcəyini nəzərə alsaq, immun sistemini gücləndirməklə orqanizmin COVID-19 infeksiyasına qarşı müdafiə qabiliyyətini artırmaq olar. İmmun sistemin fəaliyyətində fiziki cəhətdən aktivlik, normal yuxu rejimi və balanslı şəkildə qidalanma mühüm rol oynayır.
Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və sağlam qidalanma zamanı bir sıra şərtlərə əməl olunmalıdır:
- Qidanı gündə 5-6 dəfə olmaqla kiçik porsiyalarla qəbul etmək lazımdır.
- Gün ərzində istifadə edilən duzun miqdarı azaldılmalıdır. Duz bədəndə artıq mayenin toplanması ilə ödemin yaranmasına və qan təzyiqinin artmasına səbəb olur.
- Heyvan mənşəli yağların qəbulunu azaltmaq lazımdır. Konservləşdirilmiş ət, yağlı quş əti, kolbasa və s. məhsullar xolesterolla zəngin olduğu üçün qan damarlarına yığılaraq ürəyi qidalandıran damarların funksiyasının pozulmasına səbəb ola bilər.
- Gün ərzində 1,5-2 litr su qəbul edilməlidir.
- Spirtli və şirin içkilərdən imtina olunmalıdır.
- Kaliumla zəngin qidalar (banan, üzüm, kivi, gavalı, ərik və onların şirəsi, quru meyvələr, itburnu, həmçinin kartof, kələm, balqabaq) ürək üçün olduqca faydalıdır.
- Tərkibində maqnezium duzları ilə zəngin olan qidaların (çovdar və buğda kəpəkli çörəklər, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat) istehlakına üstünlük verilməlidir.
- Balıq tərkibindəki Omeqa-3 sayəsində sağlamlığa faydalı olan vacib məhsullardandır və qida rasionunda əsas yer tutmalıdır.
- Yatmazdan əvvəl yaranmış aclıq hissini aradan qaldırmaq üçün 1 stəkan kefir içilə və ya 1 ədəd alma yeyilməsi məsləhət görülür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 903   Tarix: 20 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Küncüt əzməsinə limon əlavə edin – 10 qat daha faydalı

Ancaq dietoloqlar tahinə biraz limon şirəsi əlavə etməyi məsləhət görürlər. Çünki tərkibində dəmir olan tahini limon kimi C vitamini ehtiva edən təbii turşulu qida ilə birləşdirdikdə faydası 10 dəfə artır. Tahinin tərkibind

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Kivini qabığı ilə yeyin: Daha FAYDALIDIR

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Kəklikotunun çoxsaylı faydaları

Kəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənlər

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

turlar.az

sonxeber.az kosmetik vasiteler adlarin menasi yaz geyimleri 2024 hicab ortukleri cennet almasinin hazirlanmasi qadini ehtiraslandiran sozler kontrasepsiya və abort kosmetika gülməli hakıştalar tərəzi bürcü oglan evi saglam qidalanma dostluq