Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞF

Körpələrin göbəkbağından alınan qan yaşlı siçanları cavanlaşdırıb - İNANILMAZ KƏŞFMüəyyən yaşdan sonra insan beyni ləng işləməyə başlayır. Bunun səbəbini araşdıran alimlər göbəkbağından alınan qanın tərkibindəki zülalın insanı canlaşdırdığını bildiriblər.

Xanim.az xəbər verir ki, daha əvvəl yeniyetmələrdən götürülmüş qan yaşlı siçanların yaddaşını və cəldliyini yaxşılaşdıra bilib. İndi isə son araşdırmalar nəticəsində məlum olub ki, körpə uşaqların göbəkbağından götürülmüş qan daha güclü cavanlaşdırıcı effektə malikdir.

Stenfordsk Universitetindən olan Cozef Kastellano həmkarları ilə birlikdə apardığı müşahidələr nəticəsində bu qənaətə gəlib. O, 3 müxtəlif yaş qrupundan olan insanlardan - körpələr, 22 yaşına qədər olan gənc insanlar və yaşı təxminən 66-ya qədər olan yaşlı nəsildən qan alıb. Eksperiment yaşı təqribən 50 yaşlı insana bərabər olan siçanlar üzərində aparılıb. İnsanlardan alınan qan plazmasını siçana yeritdikdən sonra ciddi dəyişikliklər müşahidə olunub.

Ən effektiv nəticə göbəkdən alınan qan plazmasının siçanlarda göstərdiyi dəyişiklik olub. Eksperimentdən sonra labirint şəkilli yola buraxılan siçanlar oradan çıxışı daha tez yadda saxlayıb və tapıb. Onların hərəkətlərində gözə çarpacaq dərəcədə cəldlik müşahidə olunub.

66 yaşa qədər olan insanlardan alınan nümunələr heç bir effekt verməyib.

Kastellano və komandası müəyyən edib ki, göbək nahiyəsindən alınan qanın plazmasında TIMP2 (kodlaşdırılmış protein) daha çoxdur. Tərkibində zülal olan plazma müəyyən yaş dövründən sonra ciddi şəkildə azalır. Bu səbəbdən körpələrdən alınan qanın tərkibində TİMP2 səviyyəsi çox yüksək olduğu üçün siçanların fiziki qabiliyyətini və beyin hüceyrələrini daha tez qidalandırıb. Eyni zamanda, siçanlarda itirilmiş bacarıqlar bərpa olub.

Qan plazmalarının idrak qabiliyyətinin yaxşılaşdırılmasına göstərdiyi təsir anlaşılmaz olaraq qalıb. Lakin alimlər qeyd edir ki, plazmanın şəffaf hissəsində yerləşən və rəngsiz mayenin tərkibində olan maddələr bəzən alzheimer xəstəliyinin inkişafını sürətləndirir.

Yaş dövrü ilə əlaqədar zülalın azalması idrak qabiliyyətinin zəifləməsinə səbəb olur. Alzheimer xəstəliyi ilə mübarizədə göbəkdən alınan qan plazmasının ağır dərman preparatlarından daha çox effektli ola biləcəyi düşünülür. Çünki zülal labaratoriya şəraitində daha tez və asan şəkildə sintezləşdirlir.

Qan plazmasının və dərman preparatlarının dəqiq tərkibi üzərində çalışan Kastellano və komandası iki üsuldan hansının beyinə daha tez və bərpaedici təsir göstərəcəyini araşdırır. (publika.az)

Maraqlı     Baxılıb: 2302   Tarix: 25 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Azərbaycanlı şagirdlər ABŞ-da üzümüzü ağ etdilər - FOTO

ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri olan Yale Universitetində keçirilən "The World Scholars Cup" beynəlxalq bilik olimpiadasında iştirak edən Oksbric Akademiyasının azərbaycanlı şagirdləri 2 qızıl, 15 gümü

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

turlar.az

sonxeber.az sade makiyaj sekilleri geyim necə seçməli həkim məsləhəti piroqlar 2024 yaz geyimleri bayatilar cins şalvar kosmetika ziyafet geyimleri hekaye janri novruz bayramına aid bakışta nagillar efsane