Körpənin ağlaması ziyanlıdırmı?

Körpənin ağlaması ziyanlıdırmı?Həyatın ilk 3 ayı ərzində körpələrin əksəriyyəti çox ağlayır. Bu təbii haldır. Uşaq onun üçün yeni olan mühitə öyrəşir.
Bu öyrəşmə müəyyən vaxt tələb edir. Digər tərəfdən ana da bu müddət ərzində uşağı anlamağa, onun nə istədiyini başa düşməyə öyrənir.
Əvvəllər belə hesab olunurdu ki, uzunmüddətli ağlama uşağın səhhəti üçün ziyanlı deyil. Müasir pediatriyada bu fikir yanlış sayılır. Uzunmüddətli ağlama uşağın sinir sisteminə mənfi təsir edir, onun normal inkişafına mane olur, hətta gələcəkdə onun xasiyyətinin formalaşmasına təsir edir. Tədqiqatçılar hesab edirlər ki, əgər körpənin ağlamağına daim reaksiya verilmirsə, daha sonra belə körpələrdən laqeyd, digər insanların hisslərinə əhəmiyyət verməyən, həyata və insanlara çətinliklə uyğunlaşan insanlar formalaşır.
Körpənin uzunmüddətli ağlamağı onun tək sinir sisteminə deyil, nəfəsalma sisteminə də mənfi təsir edir. Uzunmüddətli ağlama zamanı ağ ciyərlərin aşağı hissələrinin ventiləsiya prosesi (oksigenlə təchiz olunması) pozulur. Bu isə pnevmoniya, pnevmoskleroz və s. kimi ağır ağ ciyər pozulmaların riskini artırır.
Beləliklə, "uşaq ağlayanda onun ağciyərləri açılır" kimi iddia tam yanlışdır.
Əvvəllər belə hesab olunurdu ki, əgər ana uşağın ağlamağına dərhal reaksiya verərsə,  uşağın xasiyyəti korlanacaq, uşaq ərköyün böyüyəcək. Lakin körpə uşaqlara bu aid deyil. Əksinə körpəni ananın laqeydliyi korlaya bilər.
Bütün bu səbəbləri nəzərə alaraq ana uşağın ağlamağına dərhal reaksiya verməli, onun  ehtiyacını ödəməlidir.
Sağlam körpə səbəbsiz ağlamır. Ağlamağın səbəbi arasında: körpə ana üçün darıxır; körpə acdır; körpəni qarın köpü narahart edir (adətən 3-4 ayına kimi); körpəni nəm və çirkli əsgilər narahat edir; körpənin dərisində problemlər var və bu ona diskomfort verir; körpəyə soyuqdur və ya istidir; körpə yorulub, lakin yuxuya gedə bilmir.
Bundan əlavə havanın dəyişilməsi, havada təzyiqin artması, Gündə baş verən dəyişikliklər sə körpəyə təsir edir. Ananın pis əhval-ruhiyyəsi, ananın gərgin və əsəbi olması uşağa mənfi təsir edir və uşaq daha narahat, ağlağan olur.
Körpə ağladıqda ana buna dərhal reaksiya verməli, uşağı qucağına almalıdır, bezini dəyişməli, dərinin vəziyyətinə fikir verməlidir (bişməcələr varsa - dəriyə xüsusi krem çəkin). Uşağı köp narahat edirsə, ona masaj edin, qarının üzərinə isti əsgi qoyun (isti ütü ilə ütüləyin və sonra qarnına qoyun), körpəni qarının üzərinə qoyun. Bu vasitələr bağırsaq yelin daha tez və asan çıxmasına kömək edir.
Əmizdirmə uşağı sakitləşmək və yuxuya vermək üçün ən yaxşı vasitədir (ağlamağın səbəbindən asılı olmayaraq).
Bir çox uşaqları çimmə çox yaxşı sakitləşdirir.
Əgər bütün cəhdlərinizə baxmayaraq körpə ağlamağa davam edirsə, pediatrla məsləhətləşin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1066   Tarix: 19 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı

Yaponiyanın Toregem Biopharma startapı dişlərin böyüməsi üçün dünyada ilk dərmanın sınaqlarını elan edərək stomatologiya sahəsinə inqilabi töhfə verib. .   -a istinadən xəbər verir ki, bu dərman, yaradıcılarının iddia etdiy

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Alçanı belə yemək olmaz - XƏBƏRDARLIQ

Yaşıl alça C vitamini, lif, potasium, A vitamini ilə zəngindir. Diş və sümükləri qoruyur. Tərkibindəki sitrik asid vücuddakı laktik asidi təsirsiz hala gətirə bildiyi üçün yorğunluğun qarşısını alır. Lakin bizdə alçanı çoxlar

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

30 dəqiqədən artıq telefonla danışmaq

Gündə 30 dəqiqədən artıq telefonla danışmaq və sosial şəbəkələrdə vaxt keçirmək təzyiqə təsir edir. -a istinadən xəbər verir ki, kardioloq Yevgeni Şlyaxto telefonun müasiir insanlara təzyiq problemi yaratmasından danışıb:

.

Qarğıdalı alanda bunlara DİQQƏT EDİN

Bir çox insan qarğıdalının vacib komponentlərdən biri olduğu salatlar hazırlayır.   -a istinadən xəbər verir ki, bununla belə, həqiqətən yüksək keyfiyyətli məhsul tapmaq həmişə mümkün deyil. Bəs, bunun üçün nə etmək lazımdır?

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən bildirir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Bu insanlara kartof püresi yemək olmaz

Dünyanın ən məşhur tərəvəzlərindən biri olan kartof vitaminlər, minerallar və qida maddələri ilə zəngindir. Bununla belə, onun faydalı xüsusiyyətləri hazırlanma üsulundan asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn

.

Darçının möcüzəvi faydaları: Gündə 1 qram... - FOTO

Şirniyyatdan yeməklərə və hətta bitki çaylarına qədər bir çox yemək və içkilərdə geniş istifadə edilən darçın sağlamlıq üçün də çox faydalı olan qiymətli ədviyyatdır. Ləzzət məqsədləri üçün istifadəsi ilə yanaşı, sağlamlığ

turlar.az

sonxeber.az geyim dəbləri qadin sayti geyim necə seçməli qlazok yumurta dolmalar sac duzumleri sepsis xesteliyi kosmetika suni mayalanma xanim.az pehriz kahfe fali novruz hakısdası