Körpənin göbəyinə necə qulluq etməli?

Körpənin göbəyinə necə qulluq etməli?Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur. Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.

Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.

gob1

Diqqətinizi çəkmək istədiyimiz bir digər məqam isə körpələrin çimizdirilməsi ilə əlaqədardır. Bəzi valideynlər körpədə göbək düşmədən onu çimizdirməzlər. Bu yanlış bir düşüncədir. Belə ki, körpə dünyaya gəldikdən 24 saat sonra çimizdirilə bilər, hətta çimizdirilməlidir də. Göbək 20-ci gündə, hətta bəzən 1 ayında da düşə bilər. Bu vaxta qədər gözləmək doğru deyildir. Əgər göbək körpənin 20-ci günündən sonra düşməzsə həkimə müraciət edilməlidir. Onu da qeyd edək ki, gec-gec çimizdirilən körpələrin dərilərində bişməcə və səpkilərə daha tez-tez rast gəlinir. Çimizdirilən körpə özünü daha yaxşı, rahat hiss edir, yaxşı əmir və rahat yatır. Körpəni çimizdirərkən onun göbəyini bağlamağa ehtiyac yoxdur. Çimizdirildikdən sonra körpənin göbəyi yaxşıca qurulanmalıdır. Əgər göbək ətrafında qızartı, pis qoxulu yaşıl axıntı, davamlı bir şəkildə qanama halları olarsa bu zaman təcili həkimə müraciət edilməlidir. Lakin bununla belə göbək düşdüyündə az miqdarda qanama, yüngül axıntı da ola bilər ki, bu da normaldır.
vib.az

Xəbərlər     Baxılıb: 2413   Tarix: 08 fevral 2017
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı

Britaniya alimləri xərçəngin müalicəsində yenilik ediblər. -ə istinadən bildirir ki, onlar melanomaya qarşı unikal mRNT vaksini hazırlayıblar. Belə ki, onkoloji xəstəliklər hələ də ölüm səbəbləri siyahısında aparıcı yerlərdə

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Yuxusuzluq piylənməyə səbəb olur

Piylənməyə səbəb olan bir çox faktorlar vardır. -a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın v

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

turlar.az

sonxeber.az hamilelikde qidalanma maskalar kosmetika mehsullari milli yeməklər 2024 cu ilin modasi qadın məsləhətxanaları qazan katleti kosmetika sperma novruza aid hakista xanim.az vətənə aid bayatılar kokelmek