Körpənin göbəyinə necə qulluq etməli? Pediatr məsləhətləri

Körpənin göbəyinə necə qulluq etməli? Pediatr məsləhətləriAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokoluna əsasən yeni doğulmuş körpələrin göbək güdülünün təmiz və quru saxlanılması kifayətdir, hər hansı vasitələrlə işlədilməsinə ehtiyac yoxdur.
Yenə də hər şeyi nəzərə alaraq profilaktik olaraq 70%-li spirtlə təmizlənməsi tövsiyyə oluna bilər. Qısaca olaraq desək, göbək güdülünü çox sayda məhlullar (perekis, zelyonka, ksereform və s.) ilə təmizləməyə, boyamağa ehtiyac yoxdur.
Göbək güdülünü təmiz və quru saxlasanız öz-özünə quruyub düşəcək və daha tez sağalacaqdır. Göbək güdülünün təmiz və quru qalması üçün bezi bağlayarkən göbək kordonunun çöldə (bezdən kənarda) qalmasına xüsusi diqqət edin ki, sidik və nəcis korpənin göbəyini bulamasın.
Diqqətinizi çəkmək istədiyimiz bir digər məqam isə körpələrin çimizdirilməsi ilə əlaqədardır. Bəzi valideynlər körpədə göbək düşmədən onu çimizdirməzlər. Bu yanlış bir düşüncədir. Belə ki, körpə dünyaya gəldikdən 24 saat sonra çimizdirilə bilər, hətta çimizdirilməlidir də. Göbək 20-ci gündə, hətta bəzən 1 ayında da düşə bilər. Bu vaxta qədər gözləmək doğru deyildir. Əgər göbək körpənin 20-ci günündən sonra düşməzsə həkimə müraciət edilməlidir. Onu da qeyd edək ki, gec-gec çimizdirilən körpələrin dərilərində bişməcə və səpkilərə daha tez-tez rast gəlinir. Çimizdirilən körpə özünü daha yaxşı, rahat hiss edir, yaxşı əmir və rahat yatır. Körpəni çimizdirərkən onun göbəyini bağlamağa ehtiyac yoxdur.
Çimizdirildikdən sonra körpənin göbəyi yaxşıca qurulanmalıdır. Əgər göbək ətrafında qızartı, pis qoxulu yaşıl axıntı, davamlı bir şəkildə qanama halları olarsa bu zaman təcili həkimə müraciət edilməlidir. Lakin bununla belə göbək düşdüyündə az miqdarda qanama, yüngül axıntı da ola bilər ki, bu da normaldır.
Müəllif: Altay Abdullaoğlu
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 925   Tarix: 14 dekabr 2021
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

turlar.az

sonxeber.az adlarin menasi kosmetik vasiteler qadin dunyasi zirincin faydasi soz ehtiyati artirmaq sulu yeməklər ideal toy kosmetika gozellik burcler haqisda pomidor vətən haqqında atalar sözləri