Körpənin normal yuxusu onun sağlam böyüməsi üçün çox vacibdir

Körpənin normal yuxusu onun sağlam böyüməsi üçün çox vacibdirUşaqların sağlam böyüməsi üçün zəruri olan amillərdən biri də gecə yuxusudur. Böyüyən orqanizmin fiziki və psixomotor inkişafında yuxu əhəmiyyətli rol oynayır. Aparılan araşdırmalar göstərir ki, vaxtında yatmaq uşaqların normal böyüməsinə və yaddaşa müsbət təsir göstərir.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Yeni doğulan körpələr günün 17 saatını yuxuda keçirir. Onlar gündüz 8, gecə 9 saata qədər yatırlar. Üç aylıq körpələr 3-4 saat gündüz. 12 saat gecə olmaqla 15-16 saatı yuxuda keçirirlər. Uşaq böyüdükcə yuxu saatları da dəyişir. 6 yaşından yuxarı uşaqların yuxu rejimi onların fizikli aktivliyi də nəzərə alınmaqla müəyyən edilir. Uşaqlar axşam saat 9-dan gec olmayaraq yatmalıdırlar".
Yuxusu qaçan uşaqları yatırtmaq üçün cəhd edən valideynlər də az deyil. Həkim-pediatr deyib ki, uşağın gecə yatmaması onun sağlamlığı ilə əlaqədar hansısa problemə görə də ola bilər. Belə olan halda həkimə müraciət etmək məsləhətdir.
Uşağın tez və rahat yuxuya getməsi üçün rejim də vacib amillərdən sayılır. Hər gün eyni vaxtda yatmaq zamanla vərdişə çevrilir. Uşaqların yatması üçün otaqda təmiz havanın vacibliyini qeyd edən mütəxəssislər yatmamışdan öncə pəncərəni açmağı və otağın havasını dəyişməyi məsləhət görürlər. Yatmazdan əvvəl qida qəbulu da tövsiyə edilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1314   Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Çox bişmiş yumurta təhlükəlidir - XƏBƏRDARLIQ

Bir çox insan yumurtanın nə qədər sağlam olduğunu bilir. Yumurta zülal və əvəzolunmaz amin turşuları ilə zəngindir. Lakin yumurtanın uzun müddət bişirilməsi zamanı yaranan toksinlər bəzi insanlarda zəhərlənməyə və hətta boğulmalar

.

Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur. Alçanı

.

Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA

Xərçəngin əsas səbəbləri genetik xüsusiyyətlər və ətraf mühit faktorlarıdır. Xərçəngə səbəb ola biləcək ekoloji faktorları azaltmaq bizim əlimizdədir. . Prof. Dr. Uğur Coşkun ümumi sağlamlığı dəstəkləmək və xəstəliklərdə

.

Energetik içkilər yuxunu qaçırmır - Sürücülərə təhlükə

Gecə yolda yatmamaq üçün sükan arxasında energetik içki içmək təhlükəlidir.   -a istinadən xəbər verir ki, həkim Tatyana Romanenko yuxulamağa qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir. Onlar da kofein tərkiblidir

.

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəstə 29 yaşlı iflic olan Noland Arbo olub. Çip implantasiya edildikdən 10

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Xəstəliklərə nəzarət və qarşısının alınması məlumatına görə, 40-59 yaş arası böyüklərin 17 faizi xolesterolunu azaltmaq üçün statin qəbul edir.   -a istinadən xəbər verir ki, ümumi xolesterolu azaltmağın təsirli yolu yüksə

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

turlar.az

sonxeber.az donlar 2024 gozel gorunmek gözəllik məhsulları milli yemekler silikon dodaq mantı reseptleri testosteron nədir kosmetika vətən ariqlamaq haxışda qiz adlari hakista