Körpəyə hansı D3 vitamini verilməlidir? – Həkimlərin ən çox yol verdiyi səhvlər

Körpəyə hansı D3 vitamini verilməlidir? – Həkimlərin ən çox yol verdiyi səhvlərD vitamini, sümüklərin inkişafı, hüceyrələrin böyüməsində önəmli rol oynayır. Əgər orqanizmdə vitamin çatışmazlığı olarsa, bu, sümüklərdə bir sıra dəyişkənliyə gətirib çıxarar ki onlardan ən vacibi raxit xəstəliyidir. Bunun üçün vitaminin normal miqdarda qəbulu şərtdir.
Günümüzdə apteklərdə bir çox D3 tərkibli vitaminlər satılır. Hər pediatr isə eyni dərman preparatını yazmır. Bu da alıcılarda çaşqınlıq yaradır.
Mövzu ilə bağlı Medicina.az-a pediatr Xəyalə Quliyeva açıqlama verib. Həkimin sözlərinə görə, bu preparatı alan zaman tərkibinin yalnız D3 olduğuna önəm vermək lazımdır.
"Valideynlər ciblərinə uyğun istənilən D3 vitaminini ala bilər. Bahalı, ucuzluğu və ya hansı firmanın olması fərq etməz" - deyə pediatr bildirib.
Son zamanlar "Akvadetrim" və "Simbavit" dərmanları ən çox alınan D3 vitaminləri sırasındadır. Hansının daha keyfiyyətli olması isə valideynlərdə sual doğurur. Bəziləri akvadetrim vitamininin tərkibində spirt olduğunu və buna görə məsləhətli olmadığını deyirlər. Digər qisim isə simbaviti pisləyərək digər preparatı üstün tutur.
X.Quliyeva valideynlərin bosuna narahat olduqlarını və sözügedən vitaminlərin arasında elə bir böyük fərqin olmadığını vurğulayıb.
"Akvadetrimin tərkibində olan spirt benzil spirtidir ki bu da təhlükə törətmir. Valideynlər etil spirti ilə benzil spirtini qarışdırmasınlar. Bu tərkibdə olan spirt bir çox şirniyyatların daxilinə qatılır. Bunun bu qədər şişirdilməsi düzgün deyil. Uşaqlar üçün heç bir təhlükədən söz gedə bilməz. Bir çox dərmanların da tərkibinə qatılır. Akvadetrim normal preparatdır və istifadə edilməsinin heç bir zərərli təsiri yoxdur".
"Bəzi valideynlər ixtiyari olaraq (bəzən isə zökəm bronxit və ya pnevmoniya olduğu zaman ana özbaşına kəsir), bəziləri isə həkim göstərişi əsasında bu vitaminin verilməsini dayandırır. Bu düzgündür" sualını cavablandıran X.Quliyeva bunun yanlış hərəkət olduğunu vurğulayıb.
"Uşaq o zaman bu tələbatı tam ödəmiş olur ki, heç bir paltar geyinmədən yalnız pampers ilə yarım saat, 1 saat günəş şüaları altında qalsın. Analar əksər zaman uşağını geyindirərək, papaq taxaraq gəzdirir. Bununla da körpə lazımı D vitamini ala bilmir. Südəmər körpəyə isə xüsusilə verilməlidir. Əksər D vitamini gün ərzində bir qaşıq suda təyin olunan miqdarda həll olunaraq verilir, yeməkdən öncə və ya sonra olmasının fərqi yoxdur" -deyə pediatr bildirib.
Qeyd edək ki, D3 vitamini körpəyə iki həftəsindən başlayaraq 2 yaşına qədər verilməlidir. Almaniyada bu göstərici 5, Türkiyədə 3 yaşına kimidir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 828   Tarix: 25 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA

ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozu

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

turlar.az

sonxeber.az geyim və ayaqqabılar toy gecesi donlar 2024 süfrə mədəniyyəti yay donları 2024 sızanaqlara qarşı maska şirniyyat resepti kosmetika sac duzumleri haxisdalar novruz bayramina aid hakisdalar xlor lekesi hakistalar