Kosmetoloqa getmədən evdə gözəlləşin – QAYDALAR

Kosmetoloqa getmədən evdə gözəlləşin – QAYDALARHər qadın gözəl və baxımlı dəriyə sahib olmaq istəyir. Bunun üçün bir-birindən fərqli üsullar sınayır. Lakin baxımlı və gözəl olmaq üçün hökmən bahalı məhsullar istifadə etməyə lüzum yoxdur. Kosmetoloqa getmədən, artıq pul xərcləmədən, ev şəraitində də gözəlləşmək mümkündür. Təbii ki, bəzi qaydalara əməl etməklə. Ailem.az onları təqdim edir.

Bol su üçün: Bol su içmək dərini daxildən nəmləndirir. Sağlamlıq baxımından probleminiz yoxdursa, gündə 2 litr su içməkdə fayda var. Çay və qəhvə yerinə su için. Çünki çay, qəhvə kimi içkilər sidik gətirici təsirə malikdir, bədəndə olan suyun itkisinə səbəb olur.

Nəmləndirici krem ​​istifadə edin: Xüsusilə quruyan, qabıqlanan və yaşlanan dərini bu təsirlərdən qoruyur. Həm gözaltına, həm də bütün dəriyə tətbiq olunan növləri var. Təbii nəmləndirici tərkibli (xüsusilə zeytun yağlı) olanları istifadə edin.

Bütün fəsillərdə qoruyucu vurun: Ləkə və yaşlanmadan qorunmaq üçün günəş qoruyucular yalnız yayda deyil, qışda da istifadə edilməlidir. Bunları seçərkən kimyəvi filtrlərlə yanaşı, əlavə olaraq fiziki filtrli də olmasına diqqət edin.

Yağlı dərilər tez-tez təmizlənməlidir: Yağlanma akne yaranmasına və mikrob törəməsinə zəmin yaradır. Bu səbəbdən də yağlı dəri tez-tez yuyulmalıdır. Sabun şərt deyil, əsas odur istifadə etdiyiniz məhsul antiseptik və təbii olsun.

Qidalanma əhəmiyyətlidir: Tərəvəz, meyvə kimi vitaminlərlə zəngin yemək yeyin. Kifayət etmirsə, vitamin qəbul edə bilərsiniz. Bu baxımdan biotin, C və E vitaminləri və sinkin əhəmiyyəti böyükdür.

Siqaretdən uzaq durun: Çay, qəhvədən az istifadə edin. Siqaretdən da qəti uzaq dayanın.

İdman edin: İdman və məşq çox əhəmiyyətlidir. Ancaq dəri sağlamlığı üçün idman və məşq salonları yerinə açıq havada idmanı seçin.

Gözəllik və Moda     Baxılıb: 2609   Tarix: 17 may 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

turlar.az

sonxeber.az geyim dəbləri qadin sayti toy gecesi onkologiya salatlar və qəlyanaltılar qiz usagini acmaq sevgi dünyası kosmetika bedii edebiyyat arxadan olmag irem derici statuslar vetene aid bayati