KREDİTİ OLANLARIN DİQQƏTİNƏ! Dövlət bu bankın borclarını...

KREDİTİ OLANLARIN DİQQƏTİNƏ! Dövlət bu bankın borclarını...Beynəlxalq Bank müflis olacaqmı? Bleflərin toqquşması və ya xarici kreditorlar ən iri bankımıza hansı səs çoxluğu ilə rəhm etməlidir?

Xanim.az xəbər verir ki, vətəndaşları maraqlandıran bu kimi sualları bank üzrə ekspert Əkrəm Həsənov cavablandırıb. Onun sözlərinə görə, xarici kreditorlar güzəştə getməsə ölkədə bu kimi hallar baş verəcək:

"Bir həftə öncə məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankı (ABB) bizi aldadıb. 1 mlrd. dollardan çox zərəri olan bu bankın ödəmə qabiliyyəti yoxdur, buna görə də xarici borclarını artıq ödəmir. Bu səbəbdən də öhdəliklərinin restrukturizasiyasını (şərtlərinin dəyişdirilməsini) elan etdi. Lakin bu restrukturizasiyanın həqiqi mahiyyətini bizə tam açıqlamadı. Dedi ki, sadəcə 18 kreditor qarşısında olan 3,337 mlrd. dollar məbləğindəki borcu dövlətin üzərinə keçəcək, vəssalam. Amma 23 may tarixində Londonda xarici kreditorlarla görüşdən sızan məlumata əsasən dövlət ABB-nin borclarını o şərtlə üzərinə götürməyə hazırdır ki, həmin borclar üzrə kreditorlar bizə güzəştlərə (məbləğdə, müddətdə, faiz dərəcəsində) getsin. Başqa sözlə, dövlət ABB-nin borclarını olduğu kimi üzərinə götürməyə hazır deyil. Bankın ilkin məlumatı yalan idi!

Bəs əgər xarici kreditorlar güzəştə getməsə, nə baş verəcək? İki variantdan biri:

1) dövlət borcları tam və olduğu kimi üzərinə götürəcək ki, bankı xilas etsin (və bu halda belə çıxacaq ki, hökumət xarici kreditorlarla danışıqlarda uduzdu);

2) bank müflis elan olunacaq.

Əslində, ikinci variantın baş verməsi ehtimalı azdır, çünki ABB-nin müflisliyi ölkəmizin maliyyə sisteminə ciddi zərbə olacaq. Bunu xarici kreditorlar da gözəl bilir və buna görə də danışıqlarda çox sərt mövqe nümayiş etdirəcəklər. Yəni hökumətimizin xarici kreditorlara "xox gəlməsi" ("Baxın ha! Razı olmasaz, bankı müflis elan edərik və pulunuz tam batar!") uğursuz ola bilər. Xarici kreditorlar soyuqqanlı cavab verə bilər: "Müflis elan edin, baxaq görək necə edirsiz!" Yəni hər iki tərəf blef edə bilər: hökumətimiz özünü elə apara bilər ki, guya bankın müflisliyindən qorxmur, xarici kreditorlar isə pullarının tam bata bilməsindən qorxmadıqlarını nümayiş etdirə bilər. Bir sözlə, gözümüzün qarşısında əsl triller baş verir!

Bu fonda digər mühüm məsələ xarici kreditorların qərarının hansı səs çoxluğu ilə qəbul edilməsidir. ABB və onun cari "rejissoru" olan Maliyyə Bazarlarına Nəzarət Palatası deyir ki, guya tələblərin ən azı 2/3 hissəsinə (3,337 mlrd. dollardan təxmini 2,235 mlrd. dollar edir) malik olan kreditorların razılığı kifayətdir. Xatırladıram ki, 1 mlrd. dollar tələbinin sahibi elə bizim Neft Fondumuzdur. Deməli, 17 xarici kreditora aid olan qalan 2,337 mlrd. dollar tələbinin yarıdan bir az çoxunun sahibi razılıq versə, bütün 3,337 mlrd. dollar tələbi hökumətimizin təklifi əsasında restrukturizasiya olunacaq və azlıqda qalanların mövqeyinin əhəmiyyəti olmayacaq. İstisna deyil ki, hökumətimiz 2/3 səs çoxluğunu qazanmaq üçün müəyyən xarici kreditorlarla artıq separat razılığa gəlib.

Lakin bu mövqenin hüquqi əsasları çox şübhəlidir. Belə ki, ABB və Palata "Banklar haqqında" Qanuna bu ilin aprel ayında tez-tələsik daxil edilmiş 57-11.11-ci maddəyə istinad edir. Həmin maddədə həqiqətən deyilir: "Tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlar tərəfindən restrukturizasiya planının təsdiq edilməsi üçün restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki hissəsinə malik olan kreditorların razılığı tələb edilir".

Amma sözügedən maddə Mülki Məcəllənin 421.1-ci və 522.2-ci maddələrinə ziddir (aprel ayında qanuna düzəlişlər qəbul ediləndən bu barədə dəfələrlə fikrimi bildirmişəm). Belə ki, 421.1-ci maddədə deyilir: "Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür". 522.2-ci maddədə isə vurğulanır: "Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur". Yəni Məcəlləyə əsasən qərar 2/3 səs çoxluğu ilə deyil, yekdil qəbul edilməlidir. Xatırladıram ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.5-ci maddəsinə müvafiq olaraq Mülki Məcəllə digər məcəllə və qanunlardan üstün hüquqi qüvvəyə malikdir, buna görə də "Banklar haqqında" Qanunun sözügedən maddəsi əhəmiyyətsizdir. Bir sözlə, ABB-nin bütün kreditorlarının razılığı tələb olunur. İstisna deyil ki, bu səbəbdən azlıqda qalmış xarici kreditorlar 2/3 səs çoxluğu ilə qəbul edilmiş qərarı mübahisələndirə bilər. Bu halda məsələ şişə, böhran dərinləşə və nəticədə ABB-nin müflis elan olunması yenidən gündəmə gələ bilər.

ABB-nin mümkün müflisliyi kimin üçün təhlükəlidir? Yalnız xarici kreditorlar üçünmü? Xeyr! Bu bankda pulu olan bütün fərdi sahibkarlar və hüquqi şəxslər üçün! Onlar real olaraq pullarını itirə bilər! Fiziki şəxslər üçün isə təhlükə yoxdur! Çünki əmanətlərin sığortalanması ilə yanaşı dövlət ABB-nin əsas səhmdarı kimi Mülki Məcəllənin 950.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin əmanətlərinin qaytarılmasına görə məsuliyyət daşıyır. Buna görə də bu problem həllini tapanadək ABB-nin korporativ müştərilərinin (kreditorlarının) başı ciddi dərddədir".

Xəbərlər     Baxılıb: 3283   Tarix: 30 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqiniz bu qədər olduqda dərman İÇMƏYİN – Həkim AÇIQLADI

Həkim Elena Malışeva təzyiqi azaltmaq üçün spirtdən imtina etməyi tövsiyə edib. -a istinadən xəbər verir ki, o bu mövzuda "YouTube" kanalında yer alan videoda danışıb. "Təzyiqiniz 130-dan 140-a, 80-dən 90-

.

Qarın yağlarını əridən 6 QİDA

Daha çox oturaq həyat tərzi, balanssız qidalanma vərdişləri və genetik faktorlar qarın nahiyəsində yağlarına səbəb ola bilər. Ancaq bu yağları sağlam qidalanma ilə əritmək mümkün ola bilər.   -a istinadən qarın yağını azald

.

Zeytun yağının içinə limon sıxıb içsəniz

Ən sağlam yağlar arasında yer alan zeytun yağı istehlakı ilə bir çox fayda təmin edir. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Bu barədə -ə istinadən xəbər verir. Sağlam həyat vərdişlərini

.

İnsan hər gün ağlasa nə olar?

Duyğularınızı daim nəzarətdə saxlamaq və ağlamağa imkan verməmək son dərəcə zərərlidir. Ancaq hər gün uzun müddət ağlamaq sağlamlığa zərər verə bilər. İnsan hər gün ağlasa nə olar?. -a istinadla xəbər verir ki, tez-tez ağlama

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Novruz bayramından sonra hansı xəstəliklər kəskinləşir?

Bayram günlərində hər evdə masalarda məcməyi dolu şirniyyat, qoz-fındıq, müxtəlif çərəzlər qoyuldu. Ailənin bütün üzvləri uşaqdan tutmuş yaşlıya kimi çayla paxlava, şəkərbura, qoğal yeyəcək, tez-tez də ağzına ləbləbi atacaq

.

Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur

Termal üsulla işlənmiş kolbasaları yemək sağlamlığa son dərəcə zərərlidir. Amma bununla yanaşı, insanlar üstəlik kolbasını qızardıb yeyir. .   -a istinadən bildirir ki, kolbasaları qızartmaq və ya qaynatmaq olmaz. Bəs, bun

.

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi

Yaponların suşidən tutmuş salatlara qədər demək olar ki, hər reseptdə istifadə etdiyi küncüt qida dəyəri yüksək olan toxumdur. Tərkibindəki vitaminlər, minerallar, antioksidanlar və yağ turşuları sayəsində bir çox sağlamlı

.

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Bəs ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nələr etməliyik?. Bununla bağlı saytımız

turlar.az

sonxeber.az geyim və ayaqqabılar yemek reseptleri reseptler körpə və ona qulluq hamiləlik və analıq toy donlari 2024 toy dəbi kosmetika xanım az usaq geyimleri insan maraqli hakistalar pomidor