Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlik

Lavaşdan hazırlanan ruletlər üçün 20 dadlı içlikLavaşdan sadə və asan başa gələn çox dadlı ruletlər hazırlamaq olar.
20 müxtəlif tərkibə malik içliklər isə ruletlərə daha çox ləzzət və gözəl görünüş qatacaq.
Lazım olan məhsullar:
- Lavaş
İçliklər:
1. Ev kəsmiyi (200 qram), 2 diş sarımsaq, duz, göyərti və biraz mayonez.
2. Krab çubuqları (1 paket), soyutma yumurta, sürtgəcdən keçirilmiş pendir, 2 diş sarımsaq, mayonez və göyərti.
3. Soğanla qızardılmış şampinyon göbələyi, 1 qab "Yantar" tipli krem pendir, göyərti. Əgər acı xoşlayırsınızsa, biraz xırdalanmış marinad xiyarlarından əlavə edə bilərsiniz.
4. Ev kəsmiyi, sarımsaq, göyərti, sürtgəcdən keçirilmiş pendir və duzlu xiyar.
5. 1 qab adıgey pendirini əllərinizlə xırdalayın, göyərti, mayonez və koreya kökü əlavə edin.
6. Az duzlu qırmızı balığı doğrayın, göyərti və təzə xiyar əlavə edin.
7. Qaynadılmış düyü, soyutma yumurta, göyərti, mayonez.
8. Balıq konservini yağda çəngəllə əzin, sürtgəcdən keçirilmiş pendir və göyərti əlavə edin.
9. Kolbasa, soyutma yumurta, koreya kökü və mayonez.
10. Kiçik kublar şəklində doğranmış bərk pendir və vetçina, sürtgəcdən keçirilmiş sarımsaq və təzə xiyar, mayonez.
11. Qızarmış soğan və bolqar bibəri, kəsilmiş duzlu xiyar, qızarmış toyuq əti, sarımsaq, təzə pomidor.
12. Sürtgəcdən keçirilmiş xiyar və kök, hisə verilmiş ət tikələri, mayonez və göyərti.
13. Sürtgəcdən keçirilmiş çuğundur, kök, sarımsaq, qoz və mayonez.
14. Qızardılmış soğan, şirin bibər və ət qiyməsi, sürtgəcdən keçirilmiş bərk pendir.
15. Krem pendir, soğan, sarımsaq və bibərdən hazırlanan qarışım.
16. Soyutma yumurta, soğanla qızardılmış göbələk, sürtgəcdən keçirilmiş pendir və göyərti.
17. Şirin bibər, soğan, pomidor və sarımsaq bitki yağında qızardılır və blenderdə məcun halına gətirilir.
18. Toyuq ciyəri qızardılır, yağlı qaymaq əlavə olunur, zövqə görə duz və istiot vurulur və blenderdə çalınır, mikrodalğalı sobada qızdırılır.
19. 1 paket krab çubuğu, 100 qram bərk növ pendir, 2-3 soyutma yumurta, 1 paket mayonez və göyərti.
20. Bişirilmiş krevetlər çəngəllə əzilir, kərə yağı və sarımsaq əlavə edilir.
Hazırlanma qaydası:
Qeyd olunan içliklərdən hər hansı birini lavaşın içinə qoyun və bütün səth boyu bərabər yayın. Sonra rulet şəklində yuvarlayın. Ruleti halqalara doğrayın. Boşqaba qoyun və göyərti ilə bəzəyin.

Saglamolun.Az

Mətbəx     Baxılıb: 3390   Tarix: 13 iyun 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

turlar.az

sonxeber.az geyim şəkilləri yemek reseptleri geyim seçimi daglar haqqinda ayaqların şişməsi cümə gününün duası qatiqli sirniyyat kosmetika fitat səməd vurğun burcler bayraq usaq seirleri