Limonlu xırçıltılı toyuq budları

Limonlu xırçıltılı toyuq budlarıToyuq budlarından hazırlanan ləzzətli yemək.

Sizə lazım olacaq:

2 xörək qaşığı sütrkəcdən keçirilmiş limon qabığı

½ fincan limon şirəsi

3 xörək qaşığı şəkər tozu

1/3 stəkan qatıq

1,5 kq toyuq budları

Duz, döyülmüş istiot

2 fincan suxarı

1 çay qaşığı qurudulmuş kəklikotu

1 çimdik qırmızı istiot

¼ fincan mayonez

Zeytun yağı

Hazırlanması:

1. 1 xörək qaşığı limon qabığı və limon şirəsini böyük bir kasaya tökün. 1 stəkan su və şəkər tozu töküb qarışdırın, sonra qatıq əlavə edin.

2. Çəngəli budlara bir neçə yerdən batırıb, duz və istiotlayın. Budları marinada batırın, qaba qoyub qapaqla bağlayın və bir gecə soyuducuda saxlayın.

3. Sobanı 200 dərəcə qızdırın. Toyuq budlarını soyuducudan çıxarın. Kəklik otu, suxarı, xırdalanmış limon qabıqları, qırmızı istiot, 1 çay qaşığı duz və bir qədər qara istiotu böyük bağlı plastik paketin içərisinə qoyun. Paketin qapağını bağlayıb, silkələyin ki, içərisindəkilər yaxşı qarışa bilsinlər.

4. Sobanın üst qatına folqa kağızı qoyub, zeytun yağı sürtün. Budları marinadın içərisindən çıxarıb, üzərinə mayonez sürtün. Budları suxarılı qarışığa batırıb sobaya qoyun.

5. Budların üzərinə zeytun yağı çiləyin. Qızılı rəng alana qədər, 35 dəqiqə bişirin, sonra o biri tərəfini çevirib qəhvəyi rəng alana qədər 35-40 dəqiqə bişirin.

Mətbəx     Baxılıb: 4283   Tarix: 27 mart 2015
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Padimcan pancake resepti

Nə vaxtsa badımcanlı pancake alacaqsınız? Damağınızı qıracaq dadlı bir reseptlə buradayıq. Çalışdığımız dadlardan birindən badımcanlı pancake resepti. Gündüz masası üçün, çayın yanında, qonaqlarınıza yemək və ya isti qəlyanalt

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

turlar.az

sonxeber.az hamiləlik həkim məsləhəti hamilelikde qidalanma morugun faydalari anaya aid atalar sozu ilk cinsi əlaqə soyuqdəymədən necə qorunmalı kosmetika buga burcu əqrəb yumurta bayatılarımızda vətən həsrəti vetene aid bayati