Limonu ayaqqabınıza qoyub bir gecə saxlayın,çünki...

Limonu ayaqqabınıza qoyub bir gecə saxlayın,çünki...Limonun sağlığa faydalı tərəfləri olduğunu bilirik. Çox sayda yeməklərin və içkilərin reseptində istifadə edilməsindən əlavə, bir çox fərqli tərəfləri də var.

Cebhe.info limonun ərzaq kimi istehlakdan başqa gündəlik həyatda istifadə edilə biləcək üsullarını təqdim edir:

Bir limon qabığını soyub 150 milli sirkədə bir gecə saxlayın. Səhəri gün qarışıma 150 milli su əlavə edib sprey başlıqlı bir qaba yığıb ev təmizliyində istifadə etmək olar.

Mətbəxdə doğramaq üçün istifadə edilən lövhəni yuyucu vasitələrlə təmizləmək yerinə, ikiyə bölünən limonla təmizləyin. Bunu iki dəfə təkrarlayın.

Ağ paltarınızı karbonat və limon suyu qarışımın qoyaraq daha da ağartmaq olar. Bundan sonra paltarlarınızı paltaryuyan maşında yuya bilərsiz.

Dırnaqları gücləndirmək üçün yarım limonu ilıq suya əlavə edib, əlləri 10 dəqiqə ərzində həmin suda saxlayın.

Limonu dəri ləkələrinə və çillərə sürtməklə onlardan qurtula bilərsiniz. Bir limonu iki yerə bölüb üzə çəkin, bir neçə dəqiqədən sonra ilıq su ilə üzünüzü yuyun. Daha sonra üz dərinizi nəmləndirməyi unutmayın.

"Rakvina"ya karbonat çəkib limon qabığı ilə ovuşdurun. Bu işləm hamam aksesuarlarını təzə kimi parıldadacaq.

Təzə limon qabıqlarını ayaqqabıların içinə qoyub bir gecə saxlayın. Səhər ayaqqabılardan ətrafa təravətli qoxu yayılacaq.

Qoltuq altındakı qaralmanı limondan daha yaxşı ağardacaq bir şey yoxdur. Limonun içindəki asit qoltuqaltındakı ölü hüceyrələri soyaraq yox edər. Hər gün duşdan əvvəl qoltuqaltına yarım limon sürüb bir neçə dəqiqədən sonra duş alın. Nəticəni 7 gün ərzində görmək mümkündür.

Maraqlı   Baxılıb: 190   Tarix: 06 noyabr 2017  
f Paylaş




DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti