Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilər

Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilərMakiyaj materiallarının bəzi dermatoloji yan təsirləri ola bilər.
Dəri və zöhrəvi xəstəliklər mütəxəssisi Prof. Dr. Deniz Seçkin makiyaj məhsullarından istifadə edərkən bəzi məqamlara diqqət yetirmək lazım olduğunu bildirib.
"Makiyaj etmək bir çox qadın və gənc qızlar üçün gündəlik həyatının bir hissəsidir. Makiyaj məhsullarına bağlı olaraq müxtəlif dermatoloji yan təsirlər meydana gələ bilər. Bu yan təsirlərdən ən əhəmiyyətlisi makiyaj məhsullarına bağlı allergik dəri töküntüləridir. Bu allergik reaksiyalar xüsusilə makiyaj vasitələrinin təmasda olduğu yerlərdə dəridə qızartı, qaşınma və kəpək kimi özünü göstərir. Göz qapaqları və göz ətrafındakı dəri nazik və həssas olduğundan bu bölgələrdə allergik reaksiyalar daha çox olur. Əgər daha əvvəl bir şəxsdə makiyaj məhsullarına görə allergik reaksiya yaranıbsa və bu reaksiyaya səbəb olan maddə dəri testi ilə aşkar edilibsə, həmin şəxs daha diqqətli olmalıdır. Alınan məhsulların etiketini yoxlamalı, allergik maddənin məhsulda olub-olmadığına baxılmalıdır",-deyə həkim bildirib.
Onun sözlərinə görə, xüsusilə yağlı örtücülər və tonal kremlər üz dərisindəki məsamələri bağlaya bilər, bu da yağlı dərili insanlarda və sızanaqların, qara nöqtələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu səbəbdən dərisi yağlı olan və sızanaqlara meylli insanlar örtücü və qatı məhsullardan istifadə etməməlidirlər.
"Günəş şüalarına (ultrabənövşəyi) məruz qalma dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Bu səbəbdən bayıra çıxmazdan əvvəl günəş kremindən istifadə etmək məqsədəuyğundur. Makiyajdan əvvəl günəş kremindən istifadə etmək istəməyən insanlar ultrabənövşəyi şüalardan qoruyan makiyaj məhsullarından da istifadə edə bilərlər. Digər mühüm məsələ isə makiyaj materiallarının insanın öz dəri tipinə uyğun olmasıdır",-deyə dermatoloq əlavə edib.
Həkim onu da xüsusi vurğulayıb ki, makiyaj məhsulları alarkən istifadə müddətini yoxlamaq lazımdır. İstifadə müddəti bitmiş məhsullar istifadə edilməməlidir. Bu məhsulların tərkibində zamanla bakteriya ola bilər və xüsusilə göz ətrafı və kirpiklər üçün istifadə edilən məhsullar kirpiklərdə və gözün konyunktiva təbəqəsində infeksiyalara səbəb ola bilər. Makiyaj məhsullarını başqası ilə paylaşmamaq və ən azı həftədə bir dəfə makiyaj üçün istifadə edilən fırçaları təmizləmək lazımdır.
medicalmedia.az 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3584   Tarix: 22 iyun 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

turlar.az

sonxeber.az qaşların formalari toy makiyaji sekilleri maskalar qaynar qazan qaymaqlı krem cins şalvar ilk öpüş kosmetika məsəllər masqalar vətən həsrəti veten haqqinda atalar sozleri veten