Mayonez haqqında həqiqət

Mayonez haqqında həqiqətHal-hazırda mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Mayonezin dadı bizim çoxumuzun zövqünə o qədər xoşdur ki, biz hiss etmədən ondan "süi-istifadə etməyə" başlayırıq.
Beləliklə, bizim pərəstiş etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?
Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70-80 % olmalıdır. Bizim supermarketlərimizdə satılan mayonez heç də hər zaman bu standartlara uyğun deyil.
Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Malın etiketini diqqətlə oxuyaraq Siz lazım olan məlumatları ala bilərsiniz.
Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir. Təəssüf ki, hal-hazırda mayonezlərin çoxusunun tərkibində bu xeyirli yağ yox, modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.
Belə yağların mayonezin tərkibində olub-olmadığını necə bilmək olar? Bu sualın cavabını mayonezin etiketində tapa bilərsiniz. Əgər məhsulun tərkibində "yüksək keyfiyyətli bitki piyi" ("высококачественный растительный жир") varsa, deməli, burada təbii bitki yağından söhbət gedə bilməz. Onun yerini bu konkret məhsulda kimyəvi modifikasiya olunmuş yağlar tutur ki, bu yağların molekulları təbiətdə yoxdur.
Belə mayonezi əlavə olunmuş qida mədə-bağırsaq traktında çox çətinlikdə həzm olunur ki, onun fermentləri trans-piylərinin molekullarını parçalamaq iqtidarında deyillər. Nəticədə onlar orqanizmdən xaric edilmir və qara ciyərdə, mədəalti vəzidə, damarların divarlarında xolesterin yığınları şəklində yığılır.
Bu təhlükə "yüngül" mayonezləri sevənlər üçün daha realdır. Vaxt keçdikcə belə mayonezlərə olan "sevgi" ateroskleroz, artıq çəki, endokrin problemləri, ürəyin işemik xəstəliyi  və s. problemlərə gətirib çıxara bilər.
Hətta mayonez keyfiyyətli, təbii bitki yağı ilə hazırlanmış olarsa, ondan tez-tez istifadə etmək olmaz. Hər şey qədərində lazımdır.
Trans-piylərdən əlavə mayonezə emulqatorlar da əlavə olunur ki, mayonezin konsistensiyası uzun müddət ərzində həmcins qalsın. Bu emulqator şəklində tez-tez soya lesitini istifadə olunur. Soya paxlalı bitkilərə aid olan bitkidir. Lakin hal-hazırda bütün dünyada daha tez-tez qenetik səviyyəsində modifikasiya olunmuş (dəyişdirilmiş) soyadan istifadə olunur ki, orqanizmə mənfi təsir edə bilər və bu təsir hətta bir neçə nəsldən sonra özünü göstərə bilər.
Mayonezdə dad gücləndiriciləri də istifadə olunur. Bunlar kimyəvi maddələr olub mədə-bağırsaq sisteminə mənfi təsir edir. Uşaqlar, hamilə qadınlar, yaşlılar, qastrit, mədə xorası, pankreatit xəstəliyi olan insanlar üçün dad gücləndiriciləri tam əks-göstərişdir. Dad gücləndiricilərin mənfi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu maddələr məhsula alışma yaradır.
Mayonezin tərkibinə daxil olan konservantlar da orqanizm üçün ziyanlı maddələrdir. Onların bir çox hissəsi orqanizmdə yığılır. Bu səbəbdən də mayonez seçərkən saxlama müddəti daha az olan məhsula üstünlük verin.
Bütün yuxarıda qeyd olunanlar bizə belə bir nəticəyə gəlməyə imkan yaradır - mayonez  heç də xeyirli məhsul deyil və onun qidalarda təz-tez istifadə edilməsi səhhətimizdə mənfi nəticələrə gətirib çıxara bilər.
Əgər Siz mayonezsiz həyatınızı təsvir edə bilmirsinizsə, bu halda ev şəraitində hazırlanan mayonezin resepti ilə tanış olun.
Yumurta - 4 dənə
Zeytun yağı - ½ l
Şəkər tozu - 1 ç.q.
Duz - 2 ç.q.
Xardal - 2 ç.q.
Üzüm sirkəsi - 2 x.q.
Qara istiot - zövqə görə
Yumurtanın sarısını ağından ayırın və xardal, duz və istiotla yaxşı-yaxşı çalın. Sonra çalmağı davam edib kütləyə damcılarla zeytun yağını əlavə edin. Kütləyə yağın 1/3 hissəsi daxil edəndən sonra yağı nazik şırnaqla tökmək olar.
Axırda kütlə həmcins və qatı olmalı, qabın divarlarından asanlıqla ayrılmalıdır. Bundan sonra mayonezə sirkə ələvə etmək lazımdır.
Ev şəraitində hazırlanan mayonezi soyuducuda 72 saat ərzində saxlamaq olar.
Nuş olsun!
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 859   Tarix: 19 dekabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan AÇIQLAMA

Son vaxtlar elektron siqaretdən istifadə edənlərin sayı artıb. Əvvəllər mağaza piştaxtalarında az görünən bu tip siqaretlərə indi qəzet köşklərində, market və hətta aksesuar satılan dükanlarda belə rast gəlinir.   -a istinadən xəbə

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Səhərlər meyvə şirəsi içmək hansı orqanı məhv edir?

Filmlərdə səhər yeməyi süfrələrində meyvə şirəsini tez-tez görürük. Səhərlər meyvə şirəsi içmək bir çox insanın rutininə çevrilib. Lakin bu vərdiş əslində heç də məsum deyil. -a istinadən xəbər verir ki, ekspertlər səhə

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

turlar.az

sonxeber.az hamilelikde qidalanma qis geyimləri 2024 geymler 2024 virtual dərslər aparici serxan keremoglu qidalanma qaydaları vətən haqqında bayatılar kosmetika tərəzi bürcü mekteb uşaq şeirləri webnem tovuzlu atalar sözü