"Mədə-bağırsaq xəstəliklərində..."

Fəsil dəyişkənlikləri ilə əlaqədar bir çox xəstəliklər kəskinləşmə mərhələsindədir. Onlar daha çox yuxarı tənəffüs yolu sistemi xəstəlikləridir - allergik rinit, astma, yuxarı tənəffüs yolu infeksiyası və s. Bəzi mədə-bağırsaq sistemi xəstəliklərinin də, xüsusilə qastritin yaz aylarında kəsinləşdiyini görürük. Mütləq şəkildə bu dönəmlərdə bir çox proseslər olur ki, vətəndaşlar onlara diqqət etməlidirlər. Mədə-bağırsaq xəstəliklərində gizli gedən simptomlar aşkarlanır, ya da ki, heç bir simptomu olmayanlarda yeni əlamətin üzə çıxmasına şahid oluruq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev nazirliyin instaqram hesabındakı canlı yayımda deyib.
Z.Quliyev immuniteti gücləndirmə üsullarından bəhs edərək qeyd edib: "İmmuniteti hansı qidaların gücləndirməsindən ziyadə hər zaman balanslı qidalanmaq daha yaxşıdır. Təkcə düzgün qidalanmaqla immun sistemim güclü olacaq demək mümkün deyil. Burada bir çox faktor var ki, onların hamısı birlikdə dəyərləndirilməlidir. Yuxu rejiminə əməl edilməli, bol miqdarda maye qəbul edilməli - burada bəzi xəstəliklər var ki, xüsusilə ürək-damar sistemi xəstəliklərində çox maye qəbul etmək zərər ola bilər - balanslı qidalanmalı, hər şeyi öz mövsümündə yeməli, xüsusən də bir qidaya daha çox üstünlük verilib digər qidaların qəbulu azaldılmamalıdır. Meyvə-tərəvəzlərdən mövsümünə uyğun olaraq maksimum dərəcədə istifadə olunmalıdır. Həftədə bir dəfə balıq əti yeyilməsi mütləqdir, hazır yağlarda qızardılmış, hisə verilmiş qidalardan maksimum dərəcədə uzaq durulması məqsədəuyğundur. Qidaların bol su ilə qaynadıb bişirdikdən sonra qəbul edilməsi tövsiyə olunur.
Bədəndəki hər hansı bir mineral və ya vitamin çatışmazlığını dərman vasitələri ilə bərpa etmək məqsədəuyğundur. Lakin bunu hər hansı analiz və həkim məsləhəti olmadan özbaşına qəbul edərkən onun faydadan çox zərər verəcəyini unutmamaq lazımdır. Ona görə də pasiyent immun sistemində hər hansı bir problem olduğunu düşünürsə, həkimə müraciət etməli, gərəkli analizləri verməli və əskik olan hormon, vitamin və mikroelementin bərpası istiqamətində mütəxəssisin tövsiyə etdiyi dərmanları qəbul etməlidir. Bəzən özbaşına alınan dərman bizə faydadan çox zərər verə bilər. Bunu təcrübədə görürük. Ciddi şəkildə vitamin toksikasiyası, yəni vitaminlərin bədəndə aşırı dərəcədə çox olması simptomları ilə qarşılaşırıq".
Həkim-terapevt avitaminoz xəstəliyindən də danışaraq deyib ki, qış aylarında Günəş şüalarından maksimum az istifadə edildiyinə görə bu dönəmdə D vitamini çatışmazlığına tez-tez rast gəlinir: "Buna görə də xüsusilə qış aylarında vətəndaşlara qan analizlərinin nəticəsinə uyğun olaraq D vitamini qəbul etməsini tövsiyə edirik. D vitamini bütün hüceyrələrimiz, o cümlədən sağlam immun sistemimiz üçün çox vacibdir. Bəzən xəstələrimizdə maqnezium, kalium çatışmazlığı ilə də qarşılaşırıq. Ət yeməklərindən uzaq duranlarda, mədə-bağırsaq sistemi problemi olanlarda B12 vitaminin çatışmazlığını görürük. Bu da özünü bir çox simptomla büruzə verə bilər. Həmin əlamətlər yaddaşın zəifləməsi, əzələlərdə ağrılar, anemiyanın yaranması və sairədir. Eyni zamanda C vitamini çatışmazlığı zamanı diş ətində qanamalar müşahidə edirik. Qısacası, hər bir vitaminin çatışmazlığına bağlı avitaminoz müşahidə oluna bilər. Bu səbəbdən mütləq simptomlara uyğun olaraq analizlər verib, nəticələrə əsasən müalicə almaq daha məqsədəuyğundur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 870   Tarix: 17 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

Orqanizmi qalxan kimi qoruyan RESEPT

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. . -a istinadən bildirir ki, ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəv

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Qara sarımsağın faydaları

Uzaq Şərq mətbəxində tez-tez rast gəlinən və faydalarına görə Avropada geniş istifadə edilən qara sarımsağın faydalarını bilirsinizmi?. unikal-a istinadən xəbər verir ki, bir çox faydası olan bu qida Koreya və Çində uzu

.

Çoxlu qəhvə içmək varikoz yaradır

Varikozu olan və ya bu xəstəliyə irsi meyli olan insanlara qəhvə olmaz. "Medicina"-ya istinadən xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov danışıb:. "Venaların genişlənməsi venoz damarın naziləşməsidir

.

Gözəllik prosedurları üçün ən ideal yaş dövrü hansıdır?

Rusiyalı kosmetoloq Yekaterina Şostak xüsusi inyeksiyaların köməyi ilə cavanlaşmaq üçün hansı yaşın daha uyğun olduğunu açıqlayıb. -a istinadən bildirir ki, inyeksiya ilə üz dərisini cavanlaşdırmaq üçün ən uyğun yaş menopauzada

.

Bu şəxslər hər gün yumurta yeməlidir

a istinadən yumurtanın faydalarını təqdim edir:. Gündə hansı miqdarda spirtli içki xərçəng riskini artırır?. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları . - Uzun müddət tox tutur. - Güclü bir protein

.

Pomidorları soyuq su ilə sulamaq olarmı? – Bağbanlar bilməlidir

Bəzi bağbanlar pomidorlarını soyuq su ilə sulayırlar və sonra az məhsula isə təəccüblənirlər.   -a istinadən xəbər verir ki, məsələ ilə bağlı aqronom Anastasiya Kovrizhnux danışıb. . Onun sözlərinə görə, heç bir halda pomidorlar

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

turlar.az

sonxeber.az qadin dunyasi kosmetik vasiteler yemek reseptleri qadınlar və kişilər maraqli sekiller paltar olmaq qadınlarda erroziya kosmetika sekisler xlor lekesi şəhid haxista bahar