Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldıElm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu) istehsalını məhdudlaşdırmağa imkan verir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Karolina ştatındakı "True You Weight Loss" özəl tibb klinikasının alimləri bəyan ediblər.
Bildirilib ki, piylənmənin müalicəsinin yeni eksperimental üsulu xəstənin mədəsinə kamera ilə tibbi jqut və toxumanı qorumaq üçün xüsusi maye doldurulmuş rezervuarı daxil etməklə həyata keçirilir. Endoskop, həmçinin mədənin yuxarı hissəsinin selikli qişasını (bu zonada aclıq hormonu istehsal olunur) qismən "yandırmaq" üçün istifadə olunan qızdırıcı elementlərlə təchiz edilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu prosedur minimal invazivdir - bunun üçün mədənin hissələrinin cərrahi yolla çıxarılması, tikiş və ya orqana müxtəlif doldurucuların (balonların) daxil edilməsi tələb olunmur.
Eksperimental terapiya artıq 10 könüllü üzərində sınaqdan keçirilib. Belə bir müdaxilədən sonra pasiyentlərin bədənində qrelinin aktivliyi 40% azalıb. Eyni zamanda, bütün iştirakçılar yeməklərini azaltdıqları üçün çəki itirmə prosesinə başlanıb.
Tədqiqat bu ay qastroenteroloqlar, diyetoloqlar və tədqiqatçıların "Həzm sistemi Xəstəlikləri Həftəsində" (DDW) təqdim olunacaq.
Alimlər, həmçinin tədqiqatlara və bu cür müalicənin uzunmüddətli təhlükəsizliyini qiymətləndirməyə davam etmək niyyətindədirlər.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 645   Tarix: 10 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitdikdən sonra niyə kökəlirik?

"Siqareti buraxdıqdan sonra çəki artımı siqareti tərgitmə faktı ilə deyil, pis qidalanma vərdişləri (şəkər, duz və qızardılmış qidalardan sui-istifadə) ilə əlaqələndirilir". "Unikal"a istinadən xəbər veri

.

Banan yeməyin faydaları və zərərləri

Banan sağlam pəhrizin əsas elementi olan liflə zəngindir. Banan istehlak etməyin faydaları çox böyükdür və sağlamlığın müxtəlif aspektlərini əhatə edir.   -a istinadən bildirir ki, banan sağlam pəhrizin əsas elementi ola

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər

Kifayət qədər yuxunuzu alıb, səhər rahat oyanmaq istəyirsinizsə, bəzi addımları yerinə yetirməlisiniz. .   -a istinadən xəbər verir ki, qadgetlarınızı bir kənara qoyub yatmazdan bir saat əvvəl kitab götürsəniz, yəqin ki

.

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   -a istinadən xəbər verir ki, psixoloqlar əlaqənizi yaxşı vəziyyətdə saxlamağınıza kömək edəcək əsas aspektlər

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

turlar.az

sonxeber.az geymler 2024 toy gecesi toy makiyajlari qadın parfumeriya insani ariqladan qidalar kakos yaginin saca faydalari veten haqqinda atalar sözləri kosmetika qiz evi haxista novruz hakista terezi saglam qidalanma veten seirleri