"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLAR

Dekabrın 18-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşadığı yataqxanada oğlu tərəfindən qətlə yetirilən 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızının valideynləri hadisəylə bağlı yeni iddialar səsləndiriblər.

Qadinsayti.az lent.az-a istinadən məlumatına görə, oğlu tərəfindən güllələnərək öldürülən M.Qurbanovanın atası Nurəddin Qurbanov bildirib ki, qızı Eldar Əliyevlə evli olduğu müddətdə daim əziyyət çəkib: "Biz bu işin belə qalmasına imkan verməyəcəyik. Qızım 20 il idi, zülm çəkirdi. Bu illəri dözdük. Axırda da belə bir vəziyyətə gətirib çıxardılar. Düşmən düşmənə bunu etməzdi. Yuxuda olarkən tüfəngi başına dirəyib atəş açıb. Heç bir yerdə qadına qarşı belə şey görülməyib".

Mərhumun anası Elmira Qurbanova isə bildirib ki, qızının ailəsində daim problemlər olub:"Mənim nər kimi balamı onlar qətlə yetirib. Yoldaşının ayıq olduğu gün olmurdu. Həmişə içirdi, ailəyə baxmırdı. Neçə dəfə qızımı bıçaqlamışdılar da. Amma Mədinə gizlədirdi, hər dəfə nəyəsə görə ehtiyatsızlıqdan xəsarət aldığını deyirdi. Artıq təngə gəlmişdi, məhkəməyə boşanmaq üçün müraciət etmişdi. Bu ayın 19-u məhkəmə olacaqdı. Amma bir gün qabaq, yəni ayın 18-i öldürdülər. Gör, onların necə sirri, necə bir zibil işi olub ki, qızı boşanmağa imkan vermədən öldürdülər. Həm də qızım bacısına deyibmiş ki, məktublar yazmışam, şkafa qoymuşam. Əgər mənə nə isə olsa, bilin ki, məni öldürüblər. Həm də hadisəni gizlətməyə çalışırdılar. Lap mənim balam tərbiyəsiz idi, əxlaqsız idi, buraxardınız gəlsin mənim yanıma. Mən onu gözümün içində saxlayacaqdım. Neçə dəfə polisə zəng edilib, amma gəlmirdilər. Mən istəyirəm, tələb edirəm ki, qızımın üstündən o söz götürülsün. Çünki mənim qızım qeyrətli qadın olub. İstəyirəm ki, bu işi təşkil edənlər - uşağın atası da, babası da tutulsun".

Oğlu tərəfindən qətlə yetirilən qadının qardaşı Elməddin Qurbanov da valideynlərinin dediklərini təsdiqləyib və bu cinayətin tək bacısı oğlu Maarif Əliyev tərəfindən törədilmədiyini deyib: "Orda qurğu qurulub. Bacıma da, uşaqlarına da yəqin, nə isə içirdiblər ki, onlar hələ axşam saat 8-9-da yuxuya gedib. O vaxt kim yuxuya gedər ki?!. Əgər elə bir hal var idisə, Mədinənin binamusluğunu görmüşdülərsə, gəlib bizə deyərdilər, biz özümüz tədbir görərdik".

Hadisənin şahidi olan ailənin böyük övladı, mərhum M.Qurbanovanın böyük qızı Fatimə Əliyeva da hadisənin əvvəlcədən planlaşdırıldığını iddia edib: "Hadisədən bir gün əvvəl atamla anam dalaşmışdı. Anam çıxıb getmək istəyirdi, atam qolundan tutub kresloya atdı. Yenə durub qaçmaq istəyəndə də imkan vermədi. Səhəri gün hər şey normal idi. Qardaşımla babam nə isə danışırdılar. Qardaşım dedi ki, zəhər versək ölməyə bilər, həkimlər mədəsini yuyub sağaldacaqlar. Sonra dedi, "bıçaqlamağa da qorxuram ki, qan görərəm, tüfəngi nə vaxt verə bilərsən?". Amma söhbətin dəqiq nədən getdiyini həmin vaxt bilmirdim. Nəyin baş verəcəyini, nə planlaşdırıldığını bilmirdim. Həm də həmin gün qardaşım ancaq gülürdü, səhərdən həmin hadisəyədək ancaq gülürdü".

Fatimə hadisəni belə nəql edib: "Hadisə vaxtına gəlincə, anamla kiçik bacım divanda yatmışdılar. Bacımı ayağının altında uzandırmışdı, özü də yuxuya getmişdi. Anama dedim ki, dur get, razı olmadı, mən də kresloda oturduğum yerdə yuxuya getmişəm. Qardaşım kresloda oturmuşdu, babam da həmin otaqda uzanmışdı. Bir də yuxudan ayılanda gördüm kimsə qapıdan qaçdı. Anama baxdım elə bildim yatıb, yerdə də tüfəng vardı. Bir də baxanda gördüm hər tərəf qandı, qışqırıb qaçdım".

Söhbətə müdaxilə edən Elmira Qurbanova: "Hadisədən 2-3 gün əvvəl Mədinənin kiçik oğluna babası silahını təmizlətdirib yağlatdırıb. Çünki istəmirmiş silahda öz əlinin izi qalsın. Bu hadisəni uşaq özbaşına törətməyib. Onu kim başa salıbsa, silahı kim veribsə, hamısının cəzalandırılmasını tələb edirəm".

Qeyd edək ki, dekabrın 18-də Füzuli rayon sakini, 1979-cu il təvəllüdlü Mədinə Qurbanovanın oğlu 16 yaşlı Maarif Əliyev tərəfindən güllələnərək qətlə yetirilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. Hadisəni törətmiş M.Əliyev həbs edilib.
"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLAR"Mədinə tərbiyəsiz, əxlaqsız idi..." - Zabratda oğlu tərəfindən güllələnən gəlinin anası/FOTOLAR

Xəbərlər     Baxılıb: 2038   Tarix: 23 dekabr 2016
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zeytun yağının içinə limon sıxıb içsəniz

Ən sağlam yağlar arasında yer alan zeytun yağı istehlakı ilə bir çox fayda təmin edir. Zeytun yağının tək başına faydaları ilə yanaşı, alternativ istifadəsi də var. Bu barədə -ə istinadən xəbər verir. Sağlam həyat vərdişlərini

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanı

.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Qatığı daha faydalı etməyin yolu

Şəfa mənbəyi olan qatığın içinə 1 qaşıq kətan toxumu əlavə etdikdə, verdiyi güclü təsirlərə inanmayacaqsınız. Toxumlar sağlamlığımız üçün vacib vitamin və minerallar təmin edən qidalardır. Omeqa-3 yağ turşuları, lif, zülal

.

Necə qidalansaq, mədəmiz də bayram edər?

Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlə

turlar.az

sonxeber.az yay kolleksiyasi qaşların formalari toy makiyajlari qas duzeltme vətən haqqında bayatılar sifahi xalq edebiyyati haqqinda findiq yaginin faydalari kosmetika bayatı dostluq oglaq oxatan uşaq nece olur