Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzindəNövbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifadə olunmağa başlanacaq.
Məktəb formalarının təsvirləri "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarı ilə tənzimlənir. Bununla belə, məktəbli formalarının seçilməsi müvafiq məktəbin Pedoqoji Şurasının qərarı ilə müəyyən edilir.
Milli.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən Referans.az-ın sorğusuna cavab olaraq bildirikib ki, məktəbli formaları ilə bağlı qərar yalnız dövlət ümumi təhsil müəssisələrinə şamil edilir. Özəl ümumi təhsil müəssisələri bu məsələni öz nizamnamələrinə uyğun şəkildə tənzimləyirlər.
Bakıda yerləşən ümumi təhsil müəssisələrindən aldığımız məlumata görə, bəzi məktəblər artıq formaların təsvirinə qərar verib, bir hissəsi isə təxminən bir həftə ərzində yekun qərar verəcəyini bildirir.
Keçən il tədris ilinin başlamasına yaxın tarixlərdə məktəb formalarının satışı ilə məşğul olan müəssisələrdə izdiham müşahidə edildi. Bu il də belə bir halın yaşanması istisna deyil. Məsələ ilə bağlı Bakı Tikiş Evi Referans.az-a bildirib ki, məktəbli formalarının satışı ilboyu davam edir:
"Məktəblər özləri formaların necə olacağını qərarlaşdırıb valideynlərə bildirirlər və valideynlər gəlib formanı alırlar. Bizim məktəblərlə bu məsələ ilə bağlı əlaqəmiz yoxdur. Keçən il qərar gec verildiyinə görə biraz çətinlik oldu. Amma indi heç də elə bir çətinlik yoxdur. Bütün ölçülərdə və rənglərdə məktəb formaları bizdə mövcuddur. Şəhərin 10 nöqtəsində bizim mağazalarımız var. Bəzi metrolara yaxın ərazilərdə, Maştağa, Mərdəkan, Sahil, Qaradağ və s. bu kimi qəsəbələrdə ".
Əlavə olaraq, Bakı Tikiş Evi valideynlərə övladları üçün məktəbli formaları almağı son günlərə saxlamamağı tövsiyə edib.
Milli.Az

Maraqlı     Baxılıb: 5095   Tarix: 02 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

.

Bağça müdiri olmaq istəyənlər üçün imtahan keçirilir

Bu gün məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir. "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrin

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

turlar.az

sonxeber.az yay geyimləri 2024 yay kolleksiyasi kosmetik vasiteler intim haqda hicablı xanımlar baliq yagi cins salvarlar facebook kosmetika tut ağacı tutdudu qizliq perdesi haxisda aydin sani cinsi