Menstruasiya zamanı niyə çimmək olmaz?

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.

İntim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Bəs, qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1-ci qayda. Əfsuslar olsun ki, uşaqlıq yolunun öz-özünü təmizləyən orqan olduğunu qadınların çox az bir hissəsi bilir. Bunu bilmədikləri üçün uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa ("sprinsovka") vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan da istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta əksinə olaraq çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna, daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olurlar. Beləliklə, qadınların əsas intim gigiyena qaydalarından ən başlıcası – xarici cinsi üzvləri əvvəlcədən təmiz yuyulmuş əllərlə öndən arxa tərəfə olmaqla (arxa tərəfdə yerləşən düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) axar su axıtmaqla yüngül şəkildə yaxalanmasıdır (yuyulması yox!!). Uşaqlıq yolunun yuyulması (və ya oraya maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün xüsusi gellər hazırlanmışdır. Onlar dərini yumşaqcasına təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür.

Hər dəfə tualetə getdikdən sonra, yatmamışdan qabaq və səhər oyanandan sonra, həmçinin hər intim yaxınlıqdan sonra qadınlar bu gellərdən istifadə etməklə, xarici cinsiyyət üzvlərini yüngülcə yaxalamalıdırlar. Əlbəttə ki, bunu hər dəfə etmək mümkün olmur – qadınlar işləyir, təhsil alır, ezamiyyətə gedir və s. Belə hallar üçün xüsusi nəm intim gigiyena salfetlərı (adi nəm salfetlərlə qarışdırmayın!) hazırlanmışdır. Bu intim gigiyena salfetlərınə tərkibində spirt olmadığı üçün dərini qıcıqlandırmayan xüsusi antiseptik mayelər ("lasyon") hopdurulmuş olur. Hopdurulmuş mayenin tərkibində nəmləndirici bitki yağları (çay ağacı yağı və s.), sakitləşdirici müalicəvi otların ekstraktı (aloye vera, çobanyastığı və s.) və intim yerlərin dərisinin qızarmasının və qıcıqlandırılmasının qarşısını alan süd turşusu daxildir.

3-cü qayda. Qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı qida mühitinə çevrilirlər. Qadın bezlərini nə qədər çox müddət ərzində saxlayırsınızsa, onların xeyri getdikcə o qədər də azalmış, cinsi orqanların iltihabının artması ehtimalı isə yüksəlmiş olur. Sizdə allergik meyllilik olduğu halda, aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etməyiniz məsləhət görülür.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun əmələ gəlməsinə səbəb ola bilər! Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə artması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: qadın bezlərini vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyəsini yaxalamaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün "çox yaxşı" bir şərait yaranmış olur.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4-cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın cinsi orqanlarının müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi isə qəti şəkildə əks-göstərişdir: o, nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlir. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi "müasir" – nazik zolaq şəklində olan qadın alt paltarları ("strinq" və "tanqa") isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranını pozmuş olur.
Korpem.net
Menstruasiya zamanı niyə çimmək olmaz?Menstruasiya zamanı niyə çimmək olmaz?Menstruasiya zamanı niyə çimmək olmaz?

Sağlamlıq     Baxılıb: 35982   Tarix: 31 mart 2016
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Günəş yanıqlarında istifadə olunan effektiv üsullar

Xüsusilə yay aylarında tətildə günəş vannası qəbul edərkən günəş yanığı baş verə bilər. Günəş kremi istifadəetmədən günəş vannası qəbul edərkən günəş yanığı əmələ gəlir və bu, insanı çox narahat edir. Bir çox insan günə

.

Doğuşdan sonra intim əlaqə niyə bitir?

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizlik və disfunksiya ilə üzləşirlər. "Medicina" xəbər verir ki, alimlərin fikrincə, 70% qadın uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlıqlarının dəyişdiyini görür

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

turlar.az

sonxeber.az kosmetoloq yay kolleksiyasi geyim dəbləri peçenye reseptləri sızanaqlara qarşı maska kartof maskasi uz ucun psixoloji məsləhətlər kosmetika baliq veten haqqinda atalar sozu sac duzumleri babasil qoğalın nağlı