Mərhum xalq artisti Yaşar Nuri ilə bağlı SENSASİON SÖZLƏR - Sən demə...

Mərhum xalq artisti Yaşar Nuri ilə bağlı SENSASİON SÖZLƏR - Sən demə...Məcnun Hacıbəyli: "Əliabbas Qədirov çox savadsız, idarəetmə sistemini, kresloda oturmağı bilməyən bir insan idi"

O, yaddaşlarda, əsasən teatr və televiziya tamaşalarında yaratdığı obrazlarla qalıb. Məcnun Hacıbəyli insanların yaddaşından, az qala silinəcəyi bir vaxtda, onun ölüm xəbəri yayıldı və gündəm dəyişdi. Xoşbəxtlikdən sənətkarın ölüm xəbəri yalan oldu.

Sənətkar hazırda ata yurdu olan Qubanın İkinci Nügədi kəndində yaşayır. Sağlamlığından heç bir şikayəti yoxdur.

Aktyor Sputnik Azərbaycan-a müsahibəsində, üzləşdiyi haqsızlıqlardan, başına gələnlərdən və keçmişdəki digər diqqətçəkən məqamlardan danışıb.

— Aktyor sənətinin məşhur olmadığı bir dövrdə necə oldu ki, bu sənəti seçdiniz?

— Sumqayıt şəhərində zavodda işləyirdim. Günlərin birində işdən çıxıb şəhəri gəzirdim. Küçədə asılan afişaların birində Quba Dövlət Teatrının aktyorlarının tamaşa göstərəcəklərini gördüm. Tamaşa təqdim olunan günü bilet alıb, tamaşaya baxdım. Tamaşaya baxan zaman oradakı aktyorlardan daha yaxşı obraz yaradacağıma əmin idim. Sonra işdən icazə alıb Quba Dövlət Teatrının direktorunun qəbuluna gəldim. Direktorla görüş zamanı, 10-cu sinfi bitirdiyimi, texniki məktəb oxuduğumu və zavodda işlədiyimi bildirdim. İsrarla aktyor olmaq istədiyimi dedim. O isə, cavabında səsimin olub-olmamasını soruşdu. Mənim də qalın səsim vardı. Direktor bayatı-şiraz oxumağımı istədi. Səsim onun xoşuna gəldi və məni Quba Dövlət Teatrına aktyor kimi qəbul etdi. Beləliklə, mənim aktyor kimi fəaliyyətim başladı. O, dövrdə aktyora qız vermirdilər. Bu səbəbdən işdən çıxdım. Ailə qurduqdan sonra yenidən işimə qayıtdım.

Müəyyən müddət keçdi. Tofiq Kazımov Quba teatrında tamaşa qurdu. Həmin vaxt Tofiq Kazımov Azərbaycan Milli Dram Teatrının rejissoru idi. Onunla bərabər rəssam da gəlmişdi. O rəssamla dostluq etdik. Adı İzzət idi. O, mənə dedi ki, "yaxşı səsin var, mütləq Asəf Zeynallı adına musiqi məktəbində oxumalısan". Onunla birlikdə Bakıya gəldim. İzzətin qohumu var idi, getdik onun yanına ki, mənim musiqi məktəbinə qəbul olunmağıma köməklik etsin. O isə, ora "əli çatmadığını" dedi.
Sonra İzzətlə Tofiq Kazımovun yanına gəldik. İzzət məni Tofiq Kazımova təqdim edib dedi: "Tofiq müəllim, yaxşı səsi var, istəyir ki, musiqi məktəbinə qəbul olunsun". Tofiq Kazımov mənə baxıb zarafatyana "Məcnun məktəb oxumaqdan yorulmamısan?! Arada institutda da təhsil al. Mirzağa Əliyev adına Teatr İnstitutunda səni gözləyirəm" deyib getdi. Sənədlərimi hazırlayıb instituta təqdim etdim. Qabiliyyət imtahanı zamanı qəbul komissiyasının sədri Tofiq Kazımov idi. Qəbul komissiyasının üzvləri mənə sual verdilər ki, "hansısa səhnədə çıxış etmisən?" Mən isə Quba teatrının aktyoru olduğumu bildirdim. Oynadığım rolları onlara dedim. Səsimi yoxladılar və məni instituta qəbul etdilər. Beləliklə, aktyor olaraq ali təhsil də aldım

— Belə istedadlı aktyor niyə çox az sayda filmlərdə rol alıb?
— Teatrda maaş az idi. Mən teatrda işlədiyim zamanı, 16 il zavodda gecə növbəsində fəhlə işlədim. Bunu heç kim bilmirdi. Filmlərə çəkilmək üçün kinostudiyaya getmək və hansısa rejissorun yanında gəzmək lazım idi ki, səni görsünlər, tanısınlar. Şahmar Ələkbərov məni çoxdan tanıyırdı və rejissoru olduğu "Qəzəlxan" filminə məni dəvət etdi. Filmin operatoru rus idi. Operator Şahmara sual verdi ki, "Bu aktyor indiyə kimi harada idi? Niyə bu aktyoru filmlərə çəkməyiblər?". Şahmar dedi ki, "bizdə yaramaz insanlar çoxdur, ona görə bu aktyor filmlərə çəkilmədi". Film çəkən rejissorların əksəriyyəti dostu, qohumu, tanışı olan, onlara yaltaqlanan, rüşvət verən aktyorlara üstünlük verirdilər. Bu səbəblərdən mən filmlərə demək olar ki, çəkilmədim.
— Aktyorlar rüşvət verib filmə çəkilirdilər?
— Bəli, rüşvət verib filmə çəkilirdilər. Belə ki, rejissor aktyora çatacaq məbləğin ½ və ya 1/3 hissəsini özünə götürürdü. Çünki bu, əvvəldən aktyorla razılaşdırılırdı. Bu səbəblərdən Azərbaycanda film sahəsi inkişaf etmədi.
— Məcnun müəllim, bəs teatrlarımız bu gün niyə tamaşaçı toplaya bilmir?
— Teatra marağın olmamasının birinci səbəbi televiziyalardır. Çünki hazırda bizim telekanallara baxanda tamaşaya baxmış kimi varsan. Şou verilişlər, lazımsız insanların bir-biriylə etdikləri qalmaqallar tamaşaçı toplaya bilir. Bu səbəbdən artıq teatra ehtiyac qalmır. İşlədiyim dövrdə Bəxtiyar Vahabzadənin əsərlərindən birinin tamaşası hazırlandı. Tamaşa öncəsi Bəxtiyar müəllim biletlərin əksəriyyətini qohumları, tanışları, yazıçı yoldaşları üçün özü almışdı. Hər aktyor üçün isə 4 bilet verilmişdi. Elə vəziyyət yarandı ki, ailə üzvlərimdən heç kim tamaşaya gələ bilmirdi. Bu səbəbdən biletləri gətirib kassirə təqdim etdim ki, bunları da sat, yarı pulu sənin, yarısı mənim. Kassir cavabında hələ iki bilet satıldığını dedi. Təsəvvür edin, tamaşanın başlanmasına saatlar qalıb, amma bilet satılmayıb. Bu, biabırçılıq idi. Nə qədər ki, teatr sahəsində teatr işini bilməyənlər işləyəcək, o qədər də teatrlar tamaşaçısız qalacaq.
— Teatrdan çıxma səbəbiniz nə idi?
— Həyat yoldaşım vəfat edəndən sonra evimi satıb övladlarım üçün ev aldım. Özüm isə kəndə qayıtmaq istədim. Həmin vaxt Akademik Milli Dram Teatrının direktoru Həsənağa Turabov idi. Turabova vəziyyəti izah etdim. O isə, mənə ev alacağına söz verib, teatrdan getməməyimi istədi. İlk olaraq teatrın binasında bir otağı boşaltdırıb, içərisini təmir etdirib mənə verdi. Həyat yoldaşım rəhmətə gedəndən sonra bir xanımla dostluq edirdim. Turabov dedi ki, "onsuz da hamımız bilirik, arada gəlsin yeməyinə, paltarının yuyulmasına köməklik etsin". Və beləcə bir müddət işimə davam etdim.

Turabov direktor vəzifəsindən azad olundu. Onun əvəzinə isə savadsız və istedadsız insan olan Əliabbas Qədirov direktor təyin olundu. Əliabbas vəzifəsinin icrasına başlayan gündən teatrda olan otağı tərk etməyimi istədi. Mən isə ümumiyyətlə teatrı tərk edəcəyimi bildirib ərizə yazdım. Lakin o, ərizəmin üstünü yazmadı. Bir neçə tanınmış aktyor və rejissoru yanıma göndərdi ki, işdən çıxmayım, ancaq otağı tərk edim. Əliabbas Qədirovun dövründə teatrı tərk etməyə məcbur oldum. Əliabbas Qədirov çox savadsız, idarəetmə sistemini, kresloda oturmağı bilməyən bir insan idi. Mən həmişə ağır işlərdə işləmişəm. Ona görə də teatrı tərk edib rayona qayıtdım.
Əliabbasdan sonra teatra yeni təyin olunan direktor iclas edən zaman məni soruşub. Ona bildiriblər ki, "Məcnun çoxdan ərizə yazıb işdən gedib. İndi rayonda yaşayır". Bir həftədən sonra məni yanına çağırdı və dedi: "Məcnun, sənin kimi peşəkar aktyorlar azdır. Sənsə teatrı tərk edib getmisən. Səbəb nə idi?" Teatrı tərk etmə səbəbini olduğu kimi danışdım. Məni dinlədikdən sonra dedi: "Ərizə yaz, səni işə yenidən qəbul edirəm". Beləliklə, yenidən səhnəyə qayıtdım. 4 il fəaliyyət göstərdim və aktyor kimi fəaliyyətimin 40 ili tamam oldu. 75 yaşım olanda fikirləşdim ki, bu yaşda da artistlik etmək olar?! Teatrı tərk etməyimin zamanıdır. Ərizə yazıb işdən azad olunub, doğma kəndimə gəldim.

"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik"
İsrafil İsrafilov teatra direktor təyin olunduqdan sonra məni yanına çağırtdırdı. Bildirdi ki, 40 illik fəaliyyətimlə bağlı mənə teatrın büdcəsindən aylıq 200 manat pul veriləcək. Çox sağ olsun, sənətimə qiymət verdi. Azərpaşa Nemətov isə direktor təyin olunanda həmin mükafatı dayandırdı. Teatr büdcəsinin az olmasını əsas gətirdi.

— Uzun illərdən sonra teatrdan, səhnədən ayrı qalmaq sizə çətin deyil ki?
— Xeyr. Mən möhkəm xarakterli insanam. Teatrda yaxşı aktyorlar da qalmayıb. Yaxşılar bu həyatdan köçüb getdilər. İndi teatr var?! Hansı teatr üçün darıxasan?!
— Hazırda səhnəmizdə olan aktyorlardan istedadına görə hansını fərqləndirirsiniz?
— İndi aktyor adı altında çıxış edirlər. Lakin elə bir istedadlı aktyor yoxdur. Çünki universitet aktyor yetişdirmədi. Bizim dövrümüzdə instituta qəbul zamanı zahiri görkəmə, danışığa, boya baxıb sonra aktyorluğa qəbul edirdilər. İndiki aktyorlara baxırsan, nə zahiri görkəmi, nə danışığı, nə də istedadı var. Soruşsan, deyəcək ki, aktyorluğu qırmızı diplomla bitirmişəm. Rüşvət verib aktyor olmaq olmaz. Bu, gələcəkdə teatr, kino prosesinə çox mənfi təsir göstərəcək.
— Yaratdığınız obrazlardan hansını daha çox sevirsiniz?
— Bir çox obrazlarım var ki, onları çox sevirəm. Ən çox sevdiyim obraz "Yastı təpə" tamaşasındakı Qulam obrazı idi. O obrazı oynamaqdan yorulmurdum.
— Rol aldığınız tamaşalardan hansını bəyənirsiniz?
— "Yarımştat" televiziya tamaşasını daha çox bəyənirəm. Çünki o tamaşada rol alan hər kəs məşhurluq qazandı. Bizi hər kəs tanıdı və sevdi.
— Bir çox sənəd adamları spirtli içkiyə meylli olur, bəs siz?
— Sənət adamlarında istedadla bərabər ağıl da olmalıdır. Bəzilərində isə ağıl olmur. Bəli, içki yaxşıdır. Qədərindən çox olanda isə içki adamı dəli və yararsız edir. Qədərində olanda adamı iştaha gətirir, yanaqları qızardır, insanı dözümlü edir.
Yaşar Nuri çox içirdi, həmişə ona iradımı bildirirdim ki, belə içmək səni məhv edəcək. O isə cavabında "ölmək istəyirəm" deyirdi. Heç kimə qulaq asmadı. O, 16 yaş məndən kiçik idi. Amma özünə baxmadı. Az yaşamasına səbəb isə içki düşkünü olmağı idi. Yaşarla 30 ilin dostu idik.

Xəbərlər     Baxılıb: 3359   Tarix: 09 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Qələmlə yazmağı unuduruq, beyin passivləşir

Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir. -a istinadən xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb. Əsasən klaviatura, telefon və kompüter istifadə edilir

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az toy makiyaji sekilleri sac duzumleri yay geyimləri 2024 praktik xercengden qoruyan qidalar limonun faydasi 2024 qonaq otagi kosmetika masturbasiya əqrəb novruz bayramına aid hakıştalar zencefil sağlamlıq