Məşhur fransız həkim arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ - MÜTLƏQ OXUYUN!

Məşhur fransız həkim arıqlamağın ən asan YOLUNU GÖSTƏRDİ - MÜTLƏQ OXUYUN!Fransa dietoloqu və həkimi Pyer Dükan ənənəvi rus mətbəxinə üstünlük verməyi və sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara biləcək yeni hollivud pəhrizlərindən çəkinməyi tövsiyə edib.
Publika.az xəbər verir ki, bir neçə gün əvvəl Rusiyanın qonağı olan dietoloq bu barədə İTAR-TASS-a müsahibəsində danışıb. O, hesab edir ki, Rusiya mətbəxi faydalı inqrediyentlərlə zəngindir: "Ümumiyyətlə, Rusiyada mətbəx mədəniyyəti çox yaxşıdır. Məsələn, mən borşu çox sevirəm, hər dəfə bura gələndə yeyirəm. Həmçinin kiçik küftə ilə bişirilən qarabaşağı da xoşlayıram".
O bildirib ki, ruslar öz qida mədəniyyətini və öz ənənələrini qoruyub saxlamağa çalışırlar: "Amma digər tərəfdən Amerika təsiri hiss olunur. Pitsa və ya dondurulmuş yarımfabrikatlar alan adam bilmir ki, bu məhsulların tərkibinə nələr daxildir. Müasir insanın həyatı çox ağırdır. Biz həmişə tələsirik, stress keçiririk, ailəmizlə daha az vaxt keçirir və hərəkətsiz həyat tərzi sürürük. Bütün bunlar ona gətirib çıxarır ki, insanlar yeməklərdə kompensasiya tapmağa çalışır. Ancaq məsələ burasındadır ki, adamlar çox yeyir, məhsulların qida dəyəri və keyfiyyəti aşağı düşüb".
Təhlükəli pəhrizlər
Dükan bildirib ki, bəzi pəhrizlər orqanizm üçün çox zərərlidir, məsələn, yalnız meyvələrə əsaslanan Hollivud pəhrizi. Mütəxəssisin fikrincə, əsas inqrediyenti kələm olan şorbalar da zərərlidir: "İndi hərə bir pəhriz hazırlayır. Amma bu, yolverilməzdir, çünki dietologiya tibbin bir hissəsidir və sağlamlıq düzgün qidalanma məsələləri ilə bağlıdır. Daha sonra dietoloq əlavə edib ki, bir-iki gün oruc tutmaq olar, amma mütəmadi olaraq oruc tutmaq zərərlidir. Fransız həkim bunu onunla əsaslandırıb ki, zülallı qidalar bütün orqanizmin həyat fəaliyyəti prosesində mühüm rol oynayır və onu qida rasionunda istisna etmək olmaz.
Yeri gəlmişkən, dükan pəhrizi zülallı qidalara əsaslanıb. O, 2000-ci ildə "Arıqlaya bilmirəm" kitabı çıxandan sonra şöhrət qazanıb. Onun bu kitabı dünyanın 32 dilində nəşr edilib və 17 milyon nüsxə tirajla satılıb.
Dietoloq öz pəhrizinin populyarlıq qazanmasını belə izah edib: "Pəhrizin uğur qazanmasının vacib tərkib hissələrindən biri odur ki, insanlara yemək məhdudiyyəti qoyulmur. 100 cür məhsul seçimi var. Heç nə düşünmək və hesablamaq lazım deyil. Çünki ac qalmırsan".
Çərşənbə axşamı Rusiyada keçirilən mətbuat konfransında Dükan "Hamiləliyinizin 60 ən vacib günü" adlı yeni kitabını təqdim edib. Burada o, bütün dünyada diabet və piylənmədən əziyyət çəkən insanların sayının artmasına səbəb olan amilləri açıqlayıb.
Onun sözlərinə görə, hazırda dünyada 2 milyard insan piylənmədən əziyyət çəkir. O, bu problemlə mübarizə üçün hamilə qadınlara hamiləliyin 4-cü və 5-ci aylarında şirin və yağlı qidalardan imtina etməyi təklif edib.

Gözəllik və Moda     Baxılıb: 2923   Tarix: 13 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

turlar.az

sonxeber.az hamilelikde qidalanma yay geyimləri 2024 toy gecesi fikrət əmirov 3 kq erotik paltar hepatitlər kosmetika novruz hakıştası kahfe kali atalar sözü balıq bayati