Məşhur həkim gənc qalmağın sirrini açdı: Saçın ağarması, qırışların yaranması

Məşhur həkim gənc qalmağın sirrini açdı: Saçın ağarması, qırışların yaranmasıQocalmanın ən son teoriyalarından biri sərbəst radikallar teoriyasıdır, bir neçə tədqiqatla sübuta yetirilib. Saçın ağarması, üzdə və bədəndə qırışların yaranması, dəri elastikliyinin azalması, xəstəliklər əmələ gəlməsi kimi qocalıq əlamətlərinin səbəbi sərbəst radikallar olduğu əvvəldən də bilinirdi. Həmçinin bu radikallar artritlərin, kataraktanın, xərçəngin, ürəyin tac damarlarının tutulmasının, şəkərli diabetin, qocalıq ağıl zəifliyi- Alzeymer xəstəliyinin əmələ gəlməsi mexanizmlərinin başında durur. Bəs bunlarla necə mübarizə aparaq? Antioksidantlar işə yarayarmı? Vitamin C, b karoten, vitamin E və fitoestrogenlər təbii antioksidantların liderləridir. Satışda olan qida əlavələrində ya kosmetik vasitələrdə bunlardan daha güclü sintetik antioksidantlar da vardır.
Publika.az xəbər verir ki, bu barədə tanınmış anestezioloq və reanimatoloq Şahin Məmmədov danışıb. Sərbəst radikalların orqanizmə təsirindən söz açan həkim hesab edir ki, sağlamlığı qorumaq üçün ilk növbədə siqareti atmalı, tokrik maddələrdən uzaq durmalı və qızartma yeməkləri minimuna endirməliyik: 
"Antioksidantlar sərbəst radikallar üçün donor rolunu oynayır. Yəni sərbəst radikallar hüceyrələri zədələmək əvəzinə antioksidantlara daha asan birləşir və neytrallaşırlar. Təəsüf ki, aparılmış tədqiqatlar sərbəst radikalların antioksidantlar tərəfindən tam neytrallaşdıra bilməsini qətiyyətlə sübuta yetirmir. Mübahisəli nəticələr alınır. Hətta sərbəst radikalın dozası çox olan hallarda - siqaret çəkənlərdə antioksidant - beta karoten ağciyər xərçəngi riskini artırır. Odur ki, siqaret çəkənlərə kök şirəsi ziyandır, ağciyər xərçəngi riski artacaq. Həmçinin sərbəst radikal çox olarsa, antioksidant vitamin E də ölüm ehtimalını artırır.
Bəs necə edək? Çıxış yolu nədir:
Sərbəst radikalların əmələ gəlməsini azaltmaq. Necə?
1. Siqareti tərgitmək. Siqaret sərbəst radikal əmələ gətirmədə lider sayılır. Qocalıq dəri qırışlarının-xüsusən qaşarası nahiyədə qırışların vaxtından əvvəl yaranmasının əsas səbəbidir.
2. Toksik kimyəvi maddələrdən uzaq durmaq. Enerji içkiləri, kimyəvi maddələr əlavə edilmiş içkilər, qidalar və s.
3. Qızartma yeməklərdən tam imtina etmək. Qızartma yeməklər sərbəst radikal əmələ gətirməsində siqaretdən geri qalmır.
4. Yuxarıdakıları etdikdən sonra antioksidant qida əlavələrini qəbul etməkdən qorxmayın".
Məşhur həkim gənc qalmağın sirrini açdı: Saçın ağarması, qırışların yaranması

Sağlamlıq     Baxılıb: 1367   Tarix: 21 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

turlar.az

sonxeber.az qis geyimləri 2024 sac duzumleri qaşların formalari veten haqqinda insa balqabaq tumu paxlava reseptləri elme aid atalar sözləri kosmetika tapmaca naz mila dieta qoğalın nağlı vidyolar