Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏR

Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏRArtıq bütün dünyada koronavirus pandemiyasının qarşısını almaq üçün kütləvi vaksinasiyaya start verilib. Azərbaycanda bu proses yanvarın 18-də başlayıb. Xüsusi risk qrupunda olan yaşı 65-dən yuxarı şəxslər üçün vaksinasiya prosesi isə fevralın 1-dən start götürüb.
Azərbaycan dövləti vətəndaşlarının həyat və sağlamlıqlarını düşünərək Çin istehsalı olan SİNOVAC vaksinlərini ölkəyə gətirib. Bir çox dünya alimləri, ekspertlər Çin istehsalı olan bu vaksinlərin keyfiyyətini yüksək qiymətləndirirlər.
Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış ziyalılar da zaman-zaman vaksin vurduraraq insanlara örənk olmağa çalışırlar. Xüsusi yaş qrupunda olan vətəndaşlarımızı da vaksinasiyadan qorxmamağa, peyvənd qəbul etmək üçün könüllü olmağa səsləyirlər. Təbii ki, pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır, odur ki, hər kəs bu prosesdə iştirak etməlidir.
Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏRXalq artisti Fərhad Bədəlbəyli də Publika.az vasitəsi ilə insanlara müraciət edib:
"Mən özüm SİNOVAC vaksinini vurdurmuşam. Çox yüngül bir prosedurdur. Adam heç nə hiss eləmir. Sadəcə olaraq vaksin vurulan yeri iki gün sudan qorumaq lazımdır, ora su dəyməməlidir. Vəssalam, çox rahat bir prosedurdur. Yaşı 65-dən yuxarı olan bütün insanlara vaksinasiyadan keçməyi tövsiyə edirəm. Bizdə yaşı 70-75 olan çox məşhur professorlarımız, bəstəkarlarımız var. Tofiq Bakıxanov 90 yaşındadır. Əlbəttə, onlar da vaksinasiyadan keçməlidirlər. Eləcə də yaşı 65-dən yuxarı olan hər kəsi vaksinasiyaya dəvət edirəm. Rektor kimi mən yaşı 65-dən yuxarı olan məsləkdaşlarıma vaksinasiya ilə bağlı təzyiq göstərmirəm, tövsiyə edirəm... Özüm vaksinasiyadan keçmək üçün poliklinikaya getdim və onlara da dedim ki, baxın, mən gedib vaksin vurdurdum. İlk addımı özüm atdım və hər kəsə də bununla bağlı tövsiyə edirəm. Heç kim vaksin vurdurmaqdan qorxmasın, heç bir problemi yoxdur".
Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏRXalq şairi, millət vəkili Sabir Rüstəmxanlı xüsusi yaş qrupunda olan insanları vaksinasiya prosesində insanları könüllü olmağa səsləyib:
"Hesab edirəm ki, yaşı 65-dən yuxarı hər kəs vaksin vurdurmalıdır. Bu, bütün dünyada gedən bir prosesdir. Bu xəstəliyin, koronavirusun nə qədər insanın həyatına son qoyduğunu görürük, bilirik, izləmişik. Tanışlarımızdan, çevrəmizdəki adamlardan dünyasını dəyişənlər olub. Məncə, aşılanmadan, peyvənddən dünyasını dəyişən haqqında heç bir məlumat yoxdur. Amma xəstəlik nə qədər insanın həyatına son qoyub. Ona görə də vaksinasiya olunmaq lazımdır. Bu işlə məşğul olan mütəxəssislər, alimlər var. Onların da fikri budur ki, insanlar peyvənd olunmalıdır. Ona görə də istərdim ki, hər kəs vaksinasiyadan keçsin. Fakt odur ki, bu xəstəlik var, insanların həyatını yarıda qırır".
Xalq şairinin fikrincə, ona görə də bu virusa qarşı mübarizə aparmaq lazımdır:
"Bu gün mübarizənin ən vacib yolu ölkəmizə gətirilən SİNOVAC vaksinlərinə biganə yanaşmamaqdır. Ən əsası psixoloji sarsıntıdan, şübhədən azad olursan. Bunun özü elə müalicədir. Vaksinin tibbi tərəfi ilə yanaşı, psixoloji tərəfi də var. Arxayın olursan ki, artıq vaksin vurdurmusan. Yəni bu xəstəlik mənə yaxın düşə bilməz. Sarsıntılardan, qorxulardan qurtulmaq üçün ən azından peyvndi vurdurmaq lazımdır".
Məşhurlar vaksinlə bağlı XALQA ÇAĞIRIŞ ETDİLƏRAna Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı da könüllü şəkildə vaksinasiyadan keçənlər arasındadır:
"Mən dünyanı bürüyən fəlakətin başlandığı ilk gündən çağırışlara, məsləhətlərə və tövsiyələrə çox böyük məsuliyyətlə yanaşdım. Deyilənləri elədim. Tibbi maska, sosial məsafə və gigyenik qaydalara ciddi şəkildə əməl etdim. Şükürlər olsun, bu virusa yoluxmadım. Bütün dünyada olduğu kimi artıq Azərbaycanda da pandemiyaya qarşı peyvəndləmə başlayıb. Mən də fevralın 8-də daxil olduğum riskli yaş qrupun nümayəndəsi kimi könüllü olaraq peyvənd olunmağım üçün müraciət etdim. Elə həmin gün peyvəndi qəbul etdim, sonra həkimlərin tövsiyyəsi ilə yarım saat gözlədim. Bu yarım saatın ərzində məndə hər hansı əks təsir görünmədi. Ondan keçən zaman kəsiyində - bu günə qədər məndə peyvəndin hər hansı əks təsiri olmadı. Baş ağrısı, qızdırma, susuzluq yoxdur, iştahım da öz yerindədir. Hər şey qaydasındadır. Bir daha bildirirəm ki, SİNOVAC vaksinlərinin heç bir mənfi təsiri yoxdur. Mart ayının 6-da mən böyük məmnuniyyətlə ikinci vaksini vurduracağam".
Deputat deyib ki, beləliklə, Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərin tövsiyyələrinə uyğun olaraq bu günə qədər olduğu kimi özünü necə qoruyubsa, bundan sonra da vaksinlə özünü qorumuş olacaq:
"Ona görə də hər kəsə səslənirəm ki, vaksinlərlə bağlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslər tərəfindən yayılan şaiyələrə, əsası olmayan fikirlərə inanmasınlar. Könüllü şəkildə bu vaksindən istifadə etsinlər. Özlərini xəstələnməkdən sığortalasınlar. Sağlam və uzun ömür sürsünlər. Bu pandemiyaya qalib gəlsinlər. Ailələri, övladları və ən əsası xalqı ilə bərabər, həmrəy olsunlar. Ən əsası, sağlam həyat tərzi keçirsinlər".
Tural Turan

Sağlamlıq     Baxılıb: 1298   Tarix: 11 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Qadınlarda qaş, saç və kirpik tökülmələri - Xroniki stresdəndir?

Rusiyanın dermatokosmetoloq və plastik cərrahı İlya Şarov dərinin stresə necə reaksiya verdiyini araşdırıb. Araşdırmalar aparan həkimin fikrincə, narahatlıq, həyəcan və digər stresli vəziyyətlər dəridə əks oluna bilər. Fak

turlar.az

sonxeber.az qadin dunyasi toy gecesi yay kolleksiyasi qidalandirici maskalar sevgi 2024 yaz geyimleri imam sadiq kosmetika baldıza aid hakışta burcler haqqinda vətən haqqında bayatı tut ağacı tutdudu baliq burcu