Meyvə-tərəvəz qırx hədisdə

Meyvə-tərəvəz qırx hədisdə1-Nar:
İmam Əli (ə) buyurmuşdur: "Uşaqlarınızın tez dil açması üçün onlara nar yedizdirin." Nar insanı arıqladır, təzyiqi aşağı salır, əsəb sisteminin normal olması üçün məsləhət görülür, qara ciyərə və sarılıq xəstəliyinə faydalıdır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər bir narın içində bir behişt dənəsi vardır və mən onun bir dənəsini belə tərk etməyə (yeməməyə) razı deyiləm."
2-Əncir:
Qurani-kərimdə bəzi meyvələrin adı çəkilmişdir, əncir də onlardan biridir. Belə ki, buyurulur: "Vəttini vəz-zəytun." "An olsun əncirə və zeytuna."
Əncirin çoxlu faydası vardır. Onun tərkibində şəkər, yağ, mineral maddələr, su və nişasta vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əncir behişt meyvələrindəndir və (insanı) incəqəlbli və rəhmli edir."
3-Üzüm:
Kamil bir yemək olub mikrobları aradan aparır, qanı az olan uşaqlara xeyirlidir. Bədəndə olan zəhərləri dəf edir, iştahanın artmasına səbəb olur. Onun tərkibində A, V və S vitaminləri vardır. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sizin ən yaxşı meyvəniz üzümdür və onun heç bir zərəri yoxdur."
4-Günəbaxan:
Onun tərkibində A və V vitaminləri vardır, burunu açır, qara ciyərə faydalıdır, üzərinə milçək və ağcaqanad qonmur, tüstüsü həşəratları, sicanı və qurbağanı qovur.
5-Albalı:
Onun tərkibində A, V, S və D vitaminləri vardır, qanın turşuluğunu aşağı salır, revmatizm və oynaq ağrılarına faydalıdır.
6-Gavalı:
Onun tərkibində çoxlu vitamin vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Acqarına gavalı yemək başgicəllənməyə, ürəkbulanmaya və öd kisəsinə xeyirlidir, lakin bədəndəki şişləri oyadır."
7-Üzərlik:
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Həqiqətən, üzərliyi yalnız mələklər əkir və məmur olduqları yerə çatdırırlar. Onun dənəsində şəfa vardır və yetmiş növ xəstəliyə dərmandır."
8-İsfinac:
Onun tərkibində dəmir vardır, qanda olan turşuluğu və ağızın pis qoxusunu aradan aparır, sümükləri və əzələləri bərkidir. O, bağırsaqlara xeyirlidir və mədə toxumalarını yumşaldır və qan azlığına faydalıdır.
9-Badımcan:
Su ilə bişirildikdə, insanın arıqlamasına səbəb olur. Böyrəkdəki şişin və oynaq ağrılarının sağalması üçün faydalıdır. Mədə-bağırsaq xəstəliyinə tutulanlara zərərli və dəri xəstəliyinə düçar olanlara qadağandır. Həddən artıq yemək yeyənlərə və təzyiqi olanlara xeyirlidir.
10-Düyü:
Bəzi xəstəliklərə tutulanlar üçün münasib bir yeməkdir, arıq şəxslərə, səs tellərinə, ishal və vərəm xəstəliklərinə düçar olanlara xeyirlidir. Onun tərkibində A vitamini və nişasta vardır.
11-Heyva:
İmam Sadiq (ə) buyurmuşdur: "Hər kəs açqarına heyva yesə, nütfəsi pak və övladı göyçək olar." Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Heyva üzün rəngini ağ və övladı göyçəkləşdirir. Mədə divarının aşılanmasına və ürəyin möhkəmlənməsinə səbəb olur." Həmçinin buyurmuşdur:"Heyvanın üç xasiyyəti vardır: 1-Ürəyə aramlıq və şadlıq verir. 2-Paxılın əliaçıq olmasına səbəb olur. 3-Qorxağı şücaətli edir."
12-Portağal:
Bir az su və bal ilə qarışdırıb içəndə bədənin kalsiumunu daha da artırır. Əgər odda bişirmək istəsəniz, qabın ağzını açıq qoyun. Onun tərkibində S vitamini vardır.
13-Yarpız:
Həzmedici və qüvvətlidir, bəlğəmi və köpü aparır, əsəb sistemini sakitləşdirir.
14-Soğan:
Şəkər, vərəm, revmatizm xəstəliyinin dərmanıdır, böyrəklərdə yaranan daşları əridir, böyrək, mədə və bağırsaqların sağalması üçün onu bişmiş halda yeyin. Dəridəki ləkələri aparmaq üçün soğanı doğrayıb, sirkəyə qoyun, sonra dəriyə çəkin. Soğan tənəffüs yollarını açır, ishalı, yorğunluğu aparır, iştaha gətirir və zehnə xeyri vardır.
15-Turp:
İmam Əli (ə) bu barədə buyurmuşdur: "Turp bəlğəmi aparır, yeməyi dadlı edir." Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: "Turpu yedikdən sonra, ağzınızdan onun qoxusunun gəlməməsini istəyirsinizsə, onu yemək istədiyiniz zaman məni yad edin."
16-Cəfəri:
Cəfərinin yarpağında cinsi hormonlar mövcuddur, onun tərkibində xlorofil olduğu üçün qanı az olan şəxslərdə qan yaradır, oksigenin cəzb olunmasına və qanın təmizlənməsinə səbəb olur.
17-Çay:
Çay içmək ürək döyüntüsünə və digər arizələrin yaranmasına, əsəb sisteminin həddən artıq fəallaşmasına səbəb olur. Yorğunluğu aradan aparır, zehni işləri asanlaşdırır və böyrəklərə xeyri vardır.
18-Halva:
Həzrət Peyğəmbəri-Əkrəm (s)-dən "sizin sevdiyiniz ən yaxşı yemək hansıdır?" – deyə soruşduqda, o həzrət buyurdu: "Soyuq halva." Həmçinin buyurmuşdur: "Mömin şirindir, şirin şeyləri də çox sevir. Halva da yaxşı yeməklərdən biridir."
19-Qovun:
Tez həzm olunur, insanda enerji yaradır, bədəndəki zəhərləri təmizləyir, böyrəyin yaxşı işləməsinə səbəb olur və yorğunluğu aparır. Revmatizm və böyrək xəstəliklərinə faydalıdır, amma şəkər xəstəliyinə zərərdir. Yemişi acqarına yeməyin, çünki qulunca və iflicə səbəb ola bilər. İmam Əli (ə) buyurmuşdur: "Qovunun şərbəti behişt şərbətlərindəndir." Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurmuşdur: "Qovunu doğrayıb yeməyin, onu dişinizlə yeyin; çünki o, mübarək və pak tərəvəzlərdəndir, dişləri təmizləyib ağardır, qəlbi pak edir və onu yemək ibadət sayılır."
20-Xurma:
Yorğunluğu və aclığı aradan aparır, qarın qurultusunu kəsir və yetmiş növ xəstəliyə şəfadır. İmam Sadiq (ə) buyurmuşdur: "Övladınızın göyçək olması üçün qadınlarınıza nifas vaxtı xurma yedizdirin." Yenə də buyurmuşdur: "Hər kəs gündə acqarına yeddi ədəd xurma yesə, Şeytan ona zərər yetirə bilməz. Yatan vaxtı yeddi ədəd xurma yemək qarındakı qurdları aradan aparır." İmam Əli (ə) da buyurmuşdur: "Xurma yeyin, çünki o, hər bir dərdin dərmanıdır."
21-Xiyar:
Mizacı soyuq olan şəxslərin xiyar yeməsi məsləhət deyildir və onlara zərərlidir. Əlbəttə, onu xurma ilə yesələr, heç bir zərəri olmaz. Həzrət Peyğəmbər (s) onu duz və xurma ilə birlikdə yeyərdi. Xiyar sarılıq xəstəliyinə xeyirdir, qabığı qanı artırır, lakin çətin həzm olunur, insanın ağırlaşmasına və köpməsinə səbəb olur. Qəlbin güclənməsinə faydası vardır, ona görə
də xırda xiyarı qabığı ilə birlikdə yemək onun asanlıqla həzm edilməsinə və həyati xüsusiyyətlərin artmasına səbəb olur.
22-Darçın:
Onu yeməklərdə istifadə etmək faydalıdır. Şirin və ətirlidir, insanın qüvvətli olmasına səbəb olur, tez həzm olunur, bədəndəki mikrobları və qarında olan qurdları öldürür, mədə ağrısını kəsir, qəlbin və tənəffüsün hərəkətini çoxaldır, ürəyi qüvvətləndirir və ishalı aradan aparır.
23-Reyhan:
Onun qoxusu milçək və ağcaqanadları qovur, dənəsini yemək zəhərlənmənin qarşısını alır. Baş ağrısına və gicəllənməyə xeyri vardır. İshal və vəbanın mikroblarını öldürür.
24-Ərik:
İnsanın qüvvətli olmasına səbəb olur, onun tərkibində A və V vitaminləri vardır. Uşaqların yaxşı inkişaf etməsi üçün faydalıdır. Qan azlığının, zəifliyin, ishalın və dərinin dərmanıdır. Onun dənəsini yemək köpü aradan aparır. Kalı və yetişməmişi mədəyə zərərlidir, mədəsində yara olan şəxslər gərək onu yeməkdən çəkinsinlər.
25-Zəfəran:
İmam Baqir (ə) buyurmuşdur: "Zəfəran bədən əzələlərin güclənməsinə faydalıdır və əsəb sisteminə xeyri vardır, bel ağrısını kəsir, qəm-qüssəni dəf edir, yuxusuzluğu aradan aparır, tənəffüs yollarını açır və mikrobları öldürür."
26-Zeytun:
Qurani-kərimdə zeytun əncirlə birgə qeyd olunmuşdur. İmam Rza (ə) buyurmuşdur: "Zeytun bəlğəmi və qəm-qüssəni aradan aparıb insanın əxlaqını düzəldir." İmam Sadiq (ə) da buyurmuşdur: "Zeytun peyğəmbərlərin yeməyidir və kişinin nütfəsini çoxaldır."
27-Göyərti:
İmam Sadiq (ə) buyurmuşdur: "Süfrələrin zinəti göyərtidir. Öz süfrələrinizə göyərti qoymaqla və yeməklərinizi Allahın adını çəkməklə bəzəyin, çünki bu iş Şeytanın uzaq olmasına səbəb olur."
28-Alma:
İmam Əli (ə) buyurmuşdur: "Alma mədəni təmizləyir və onun heç bir zərəri yoxdur. Qızdırmanı və vəba xəstəliyini aradan qaldırır, burundan qan axmasının qarşısını alır, üzü gözəlləşdirir, saçın şəffaf olmasına səbəb olur; o, əsəbin, köklüyün və yuxusuzluğun dərmanıdır, revmatizm xəstəliyinə, oynaq ağrılarına və digər xəstəliklərə xeyri vardır."
29-Sarımsaq:
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Sarımsaq yeyin, lakin həmin halda məscidə getməyin." Həmçinin buyurmuşdur: "Sarımsaq yeyin, əgər mələklə danışmasaydım, mən də sarımsaq yeyərdim." İmam Baqir (ə) buyurmuşdur: "Biz sarımsaq yeyirik." Sarımsağın bəzi zərərləri də vardır, o cümlədən: Görmə qabiliyyətinin azalmasına, sarılığın güclənməsinə və kişilərin sonsuz olmasına səbəb olur, uşaqlara və dəriyə zərəri vardır. Lakin bədəndəki mikrobları öldürür, bəlğəmi azaldır, astma, vərəm və anfulanza xəstəliyinə, eləcə də göy öskürəyə çox faydalıdır.
30-Şəlğəm:
Arıqlamaq üçün xeyirlidir, sinənin, zökamın və qara ciyərin dərmanıdır. Şəlğəmin suyu böyrəkdə yaranan daşların əriməsi üçün faydalıdır.
31-Süd:
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Heç bir yeməli və içməli şey südün yerini verə bilməz." Onun tərkibində A, V, S, D, E və s. vitaminləri vardır. İnək südünün sinəyə və soyuq mizaclı insalara xeyri vardır, qanın artmasına səbəb olur. O, təklikdə kamil bir yeməkdir. Zəhərlənmənin qarşısını alır və əzələləri qüvvətləndirir.
32-Bal:
Bal orqanizmin bütün ehtiyaclarını ödəyən bir yeməkdir, onun tərkibində V1, V2, E və S vitaminləri vardır, ishalın kəsilməsi üçün faydalıdır və onda şəfa vardır. Həzrət Peyğəmbər (s)-in baldan xoşu gəlir və ondan istifadə edirdi.
33-Mərci:
Mərci bərəkətlidir, qəlbi rəhmli edir və gözün yaşını çoxaldır. O, qəlbin qəsavətini aradan aparır, ürək döyüntüsünü kəsir və təzyiqi aşağı salır. Onun tərkibində dəmir, mineral maddələr, V1 və V2 vitaminləri vardır.
34-Kahı:
İnsanın yuxulamasına, susuzluğunun və huşsuzluğunun aradan getməsinə səbəb olur, tez həzm olur, sarılıq və cüzam xəstəliklərinə, qanın saflaşmasına, baş və döş ağrılarına faydalıdır.
35-Balqabaq:
Öskürəyə, sinə və boğaz ağrılarına faydalıdır, ağlı artırır, üzü nurani və gözəl edir. Həzrət Peyğəmbər (s) kədu yeməyi sevirdi.
36-Qoz:
Uşaqların orqanizmi üçün ehtiyac duyulan şeylər qozun tərkibində mövcuddur, əgər pendirlə birgə yeyilsə, faydası daha çox olar. Şəkər xəstəliyinə tutulanlar və əqli fəaliyyətlərlə məşğul olanlara xeyirlidir. Onun tərkibində A, V1, V2, V6 vitaminləri mövcuddur. Yeməyi yaxşı həzm edə bilməyənlərə və bağırsaq xəstəliyinə tutulanlara zərəri vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Qoz və pendirin hər ikisi birlikdə dərmandır, əgər bir-birindən ayrılsalar (ayrı-ayrılıqda yeyildikdə), hər biri xəstəliyə səbəb olar."
37-Armud:
Revmatizm xəstəliklərinə, oynaq ağrılarına və bağırsaqlara faydalıdır. Onun tərkibində A, V, S, R vitaminləri, kalsium və mineral maddələr vardır. Əsəbləri sakitləşdirir, təzyiqin qarşısını alır, qanı təmizləyir, böyrəklərin yaxşı işləməsinə səbəb olur.
38-Banan:
İnsanın qüvvətli və yeməyin yaxşı həzm olmasına səbəb olur. Bir ədəd banan bir dana ciyərinə bərabərdir. Ürək və böyrək xəstəliklərinə xeyri vardır, insanı qan azlığından xilas edir. Əlbəttə, qaralmış bananı yemək olmaz.
39-Şaftalı:
Onun tərkibində A, V1, V2, R, S vitaminləri və kalsium kimi maddələr vardır. Bədənə tez yayılır, təzə dərilmişini gözəlliyi qoruyub saxlamaq üçün üzə sürtmək faydalıdır, ağızın qoxusunu, susuzluğu aradan aparır və sarılıq xəstəliyinə xeyirlidir.
40-Qarpız:
Yorğunluğu aradan aparır, qanı duruldur. Onun yeməklə birgə yeyilməsi məsləhət görülür, əks təqdirdə həzm prosesinə çətinlik yarada bilər. Dənəsi qarında qurdun əmələ gəlməsinin qarşısını alır.

Mətbəx     Baxılıb: 3936   Tarix: 26 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

turlar.az

sonxeber.az donlar 2024 qaşların formalari yaz geyimleri 2024 xinayaxdi sozleri kelem tutmasinin hazirlanmasi qutab xemiri faydalı məsləhətlər kosmetika tərəzi nağıllar vətən haqqında bayatılar qaynana hekaye janri