Milli mətbəxin daha bir incisi: SƏBZİ PLOV!

Milli mətbəxin daha bir incisi: SƏBZİ PLOV!Plovlar içində xüsusi yeri olan Səbzi plov əsl yay malıdır. Bol göyərtili, vitaminli, turşməzə, dadlı yemək... Hətta çox plov yeməyi sevməyən adam belə bu yeməyə yox deyə bilməz! Gəlin axşam süfrəsi üçün milli mətbəximizin ən gözəl yeməklərindən birini hazırlayıb, işdən, dərsdən yorğun gələn ailə üzvlərimizi SƏBZİ PLOVUN ətri, dadı ilə dincəldək! Qovurmasını düyüsüz, çörək, qatıqla da yemək olar.

Ərzaqlar:
Düyü – 1 kq.
Qoyun əti – 1 kq.
Baş soğan – 4 ədəd
Kərə yağı – 400 qr. (istəkdən asılı olaraq, yağı az da vura bilərsiniz)
Göyərtilər (hərəsindən 1 dəstə)
Keşniş
Şüyüd
Tərxun
Sarımsaq
Kəvər
İspanaq
Turşəng
Reyhan
Göy soğan və s.
Duz
Zəfəran – 2-3 sap
İstiot

Qazmaq üçün:
Un – 1 st.
Qatıq – 2 x.q.
Bitki yağı – 2 x.q.
Duz – bir çimdik
Soda – 0,5 ç.q.

Hazırlanması:
Əvvəlcə düyü ilıq suda islağa qoyulur. Gecədən səhərə kimi qoyulsa, daha yaxşıdır. Qoyun ətini kub formasında doğrayırıq. Yuyub, qazana tökürük, üzərinə su alırıq və bir baş soğanı da soyub bütov halda qazana atırıq ki, ətin qoxusunu soğan özünə çəksin. Kəfi yığırıq. Bişənə kimi qaynadırıq. Sona yaxın ətə duz vururuq və oddan götürürük. Soğanı atırıq, bulyonunu süzüb bir kənara qoyuruq.

Göyərtiləri yaxşıca yuyuruq və xırda-xırda doğrayırıq. Baş soğanları xırda-xırda doğrayırıq. Qazanda yağda qızardırıq. Pörtüləndən sonra bu ətləri içinə tökürük, qarışdırırıq. Üzərinə zövqə görə yarım dənə limonun şirəsini tökə, dəmlənmiş zəfəranı əlavə edə bilərik. Duz-istiotunu da vururuq və xırda doğranmış göyərtiləri qazana əlavə edirik, üzərinə yarım stəkan bulyon tökürük və yaxşıca qarışdırırıq, qapağını bağlayırıq ki, 15 dəqiqə vam odda dadları bir-birinə çıxana kimi bişsin.

Qazmağı hazırlayırıq: unu ələyirik, içinə bir çimdik duz tökürük. Qatığa 0,5 ç.q. soda əlavə edirik və qarışdırırıq. Unun üzərinə tökürük. Bitki yağını da əlavə edib, xəmir yoğururuq və üzərini bağlayıb, bir kənara qoyuruq.

Düyünü adi qaydada – islaqdan çıxarıb, suyu şəffaf olana kimi yuyuruq, qaynayan, duzlanmış suda bişiririk. Yumşalan kimi süzürük. Dəmə qoyacağımız qazanın dibini yağlayırıq. Qazmağı oxlov vasitəsilə yayırıq və qazanın dibinə səririk. Düyünü qazana yığırıq. Üzərinə dəmlənmiş zəfəran gəzdiririk, kərə yağ parçalarını qoyuruq, qapağını bağlayıb, dəmə qoyuruq. 40-45 dəqiqə dəm almalıdır. Sonra buluda çəkirik, qazmaqla bəzəyirik. Qovurmanı isə bir dəri boşqaba çəkib, düyünün yanında süfrəyə veririk! Nuş olsun!qadin.az

Mətbəx     Baxılıb: 4984   Tarix: 14 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

turlar.az

sonxeber.az kosmetik vasiteler gelinlikler qis geyimləri 2024 toy gecəsi vannalar yay koftalari cəmiyyət kosmetika arxadan olmaq oxatan baldıza aid hakışta hakista sozler turpun nağlı