Mioma (Fibroma) və əlamətləri haqqında bilmədikləriniz - Ginekoloq Xanım Adıgözəlova

Mioma (Fibroma) və əlamətləri haqqında bilmədikləriniz - Ginekoloq Xanım AdıgözəlovaMioma (Fibroma) və əlamətləri haqqında bilmədikləriniz - Ginekoloq Xanım Adıgözəlova
Uşaqlıq mioması uşaqlıq yolunda böyüyən xərçəng olmayan şişlərdir. Mioma həmçinin fibroma kimi də tanınır. Əgər sizə fibroma diaqnozu qoyulubsa, bilin ki, bu xəstəlik müalicə olunan bir xəstəlik növüdür. Lakin miomanın qarşısını almaq üçün erkən diaqnoz olduqca önəmlidir. Bəs mioma nədir? Bu dəfəki yazımızda mioma nədir sualına, həmçinin miomanın simtomları və müalicəsi, miomanın yaranma səbəbləri və mioma əməliyyatı ilə bağlı danışacağıq. 
Mioma nədir? Onun simptomları və müalicəsi haqqında nə bilmək lazımdır? 
Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, mioma uşaqlıq yolunda anormal hamar əzələ proliferasiyasıdır və uşaqlığın ən çox rast gəlinən xoşxassəli şişidir. Miomanın yaranmasına səbəb isə adətən estrogen hormonu olduğu bildirilir. Lakin burada genetik faktorlar da rol oynayır. Mioma və yaxud fibroma hormondan asılı olan şişdir və reproduktiv dövrdə olan hər 5 qadından birində müşahidə olunur.
Klimaks dövrü başlayanda hormonların səviyyəsinin azalması səbəbindən mioma kiçilir. Klimaks ilə bağlı ətraflı məlumat üçün həkim mama-ginekoloq Xanım Adıgözəlovanın mövzu ilə bağlı yazısını oxuya bilərsiniz.  
Mioma simptomları ilə bağlı məsələyə gəldikdə isə, mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, xəstəlik özünü adətən miqdarından artıq olan aybaşı qanamaları ilə biruzə verir. Böyük ölçülərə çatan miomalar isə qarında şişlik, ağrı, həzmsizlik, qəbizlik və qaz şikayətlərinə, sidik kisəsinə təzyiq edərək isə tez-tez sidiyə getmə və böyrək problemlərinə səbəb olur.
Mioma müalicəsi pasiyentin yaşına, simptomların olub-olmamasına və şiddətinə, miomanın ölçüsünə və yerləşməsinə görə dəyişir. Müşahidə, tibbi və cərrahi müalicə (açıq, histereop, laparoskopik) variantları tətbiq edilir.
Hamiləlik zamanı infeksiyalar: Körpənizin sağlamlığı üçün risklər bunlardır
Həkim mama-ginekoloq Xanım Adıgözəlova miomanın səbəbləri ilə bağlı qeyd edib ki, hormonlardakı pozuntular, genetik faktorlar və bu kimi nüanslar uşaqlıq miomasının əmələ gəlməsinə səbəb olur. Miomanın yaranmasına səbəblər aşağıdakı kimi ümumiləşdirilə bilər:
● Genetik faktor
● Estrogen və progestron hormonlarındakı pozuntular
● Artıq çəki
Həkim mama-ginekoloq Xanım Adıgözəlova miomanın yaranması üçün risk faktorları ilə bağlı bildirib ki, estrogen hormonunun bədəndə artmasına səbəb olan məhsullardan uzaq olmaq faydalı olacaqdır. Misal üçün, plastik qablar və plastik qablarda satılan qidalar, kosmetik vasitələr və bir çox məhsullar bədəndə estrogen yüklənməsinə səbəb ola bilər. Təbii şəkildə becərilən meyvə və tərəvəzlərlə qidalanma da mioma riskini azaldır. 
Mioma əməliyyatı qorxuludurmu? Riskləri və Yan Təsirləri Nələrdir?
Mioma əməliyyatı hamiləlik istəyi olduğu və mövcud miomaların hamiləliyin davamı üçün risk yaratdığı hallarda istifadə edilən müalicə üsuludur. Böyük və ya çoxlu miomalar cərrahi müdaxilələrlə çıxarılır. Mioma əməliyyatı iki üsulla - açıq, ya da laparoskopik (qapalı) üsulla həyata keçirilir. Laparoskopik mioma əməliyyatı zamanı kamera və cərrahi alətlərin qarın boşluğuna keçməsi üçün qarın boşluğunda kiçik kəsiklər edilir. Laparoskopik əməliyyatdan sonra pasiyent adətən gecəni xəstəxanada müşahidə altında keçirir, lakin sağalma müddəti açıq mioma əməliyyatından daha sürətli olur. 
Hər bir əməliyyat kimi mioma əməliyyatı da özündə müəyyən riksləri daşıyır. Ginekoloji əməliyyatlar da icra edən həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, mioma əməliyyatından əvvəl düzgün planlaşdırma aparılarsa və əməliyyatda düzgün texnikalar istifadə edilərsə, mioma əməliyyatı riski minimuma enir. Erkən qoyulan diaqnoz da əməliyyatın rahat keçməsinə səbəb olacaqdır. 
Mütəmadi olunan ginekoloji müayinələrlə siz fibroma xəstəliyinin varlığını öyrənə və erkən müdaxilələr edə bilərsiniz. Əgər mövzu ilə bağlı  ginekoloq məsləhəti almaq istəyirsinizsə, 055 555 29 59 nömrəsi vasitəsilə həkim mama-ginekoloq Xanım Adıgözəlova ilə əlaqə saxlaya bilərsiniz.  / news.milli.az

Xəbərlər     Baxılıb: 1150   Tarix: 10 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Şəkər istehlakı xərçəngə yol açır?

Həddindən artıq şəkər istehlakı, xüsusən də çəki almağa səbəb olarsa, xərçəng riskini artıra bilər. Aktiv həyat tərzi zərərləri azalda bilər. -a istinadən bildirir ki, bu barədə rusiyalı onkoloq-ginekoloq Yekaterina Timofeyev

turlar.az

sonxeber.az adlarin menasi maskalar sac duzumleri 2024 qadın ayaqqabı modelləri sözlü şəkillər bəxtiyar vahabzadə cinsi problemlər kosmetika xocali 8 mart salatlar masturbasiya nedir xlor lekesi