Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun – FOTO

Moda dünyasının ən güclü qadınının qanunları ilə tanış olun – FOTOOndan həm qorxurlar, həm də heyran olurlar. Əlbəttə ki, söhbət Amerikanın "Vogue" jurnalının baş redaktoru Anna Vinturdan gedir.
Anna Vintur gənclərə yol vermək fikrində deyil, məşhur jurnalist Amerikanın "Vogue" jurnalının baş redaktoru kreslosunda özünü əla hiss edir və eyni zamanda dünya dizaynerlərinin baş məsləhətçi olaraq qalır. Yeri gəlmişkən, "Şeytan Prada geyinir" filminin baş qəhrəmanı Miranda Pristlinin prototipi də Anna olub.
Anna Vinturun geyimdə öz qaydaları var. Publika.az oxucuları moda tənqidləri ilə çoxlarının canına vəlvələ salan məşhurun 7 əsas dəb qaydası ilə tanış edib:
1. Öz siluetini tap. Anna Vinturun hətta bir neçə gündəlik həyatından çəkilən şəkillərinə baxsaq, görərik ki, məşhurun həmişə bir siluetdə dayandığını müşahidə etmək çətin olmayacaq. Onun qarderobu isə monotondur - dizdən bir qədər aşağı paltarlar, paltolar, həyatın bütün halları üçün plaş və çəkmələr.
Bu, bir tərəfdən monoton və cansıxıcı görünə bilər, digər tərəfdən də öz üslubunun yaradılmasının bir hissəsidir. Bütövlükdə Anna Vinturun bütün obrazları qüsursuzdur. O, gözəl bilir ki, ona nə yaraşır, nə yox. Onun obrazlarında heç vaxt dəb xətaları nəzərə çarpmayıb.
2. Dəb redaktoru müxtəlif rəngləri və fakturaları qarışdırmağı xoşlayır. Anna parçalarla, naxışlarla, printlərlə və ornamentlə uğurla eksperiment aparır və heç vaxt darıxdırıcı görünmür.
3. Başdan ayağa qaraya bürünmür. Anna başqalarına da eyni məsləhəti verir.
4. Bir qayda olaraq dikdaban ayaqqabılar geyinir. Onlar sayəsində Anna daha hündür və miniatür görünməyə müvəffəq olur.
5. Həyatın bütün halları üçün o, dəri rəngli tuflilərə üstünlük verir. Anna onları demək olar ki, bütün gecə libasları ilə uyğunlaşdırır, yayda isə bej tuflilər onun ayaqqabı bazasına çevrilir.
6. Heç olmasa bir dənə də olsa, süni xəz alın. Anna hesab edir ki, onlara yatırım etməyə dəyər. Belə şubalar həm krosovka ilə, həm istənilən dikdabanla, həm klassik donlarla, həm də idman geyimləri ilə eyni dərəcədə effektli görünür. Məsələn, Anna "Max Mara"nın sevimli açıq rənfli şubası çox sevir.
7. Aksessuarlardan qorxmayın. Əlbəttə ki, heç də hər kəs özünə Anna Vintur kimi dəbdəbəli zinət əşyalarınə rəva görə bilməz. Lakin obrazı zənginləşdirən, sizə yaraşan bir neçə cüt sırğaya üstünlük vermək olar. Məsələn, parlaq bijuteriya sadə bir vodolazkanı effektli şəkildə "canlandıracaq".
Aytən Məftun /publika.az

Gözəllik və Moda     Baxılıb: 2111   Tarix: 26 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

turlar.az

sonxeber.az gelinlikler reseptler həkim məsləhəti pəhriz ana ve usaq 2024 cu ilin modasi veten haqqinda atalar sözü kosmetika baldiza aid hakisda hakıştalar kokelmek cantalar sanama