Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür- FOTOLAR

Mübarizin nəşini çiyinlərində vətənə gətirən hərbiçimizin bədəni çürüyür- FOTOLARQuliyev İlkin 1984-cü ilin yanvarın 4-də Mahaçqalada dünyaya gəlib. 20 yaşından Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Qaydasız döyüş üzrə Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titulların sahibidir. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyədə "nakaut" edərək qələbəyə imza atıb.

Xanim.az xəbər verir ki, o, Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunda (XTO) kəşfiyyatçı olub və bir çox gizli əməliyyatları müvəffəqiyyətlə yerinə yetirib. İlkin həmçinin 2010-cu ildə Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olub. 2007-ci ildə əməliyyatların birində döş qəfəsindən güllə yarası alıb. Yaralandığı gündən bu günə kimi 9 dəfə ağır əməliyyat keçirsə də, bu əməliyyatların heç biri onun xəstəliyinin qarşısını almağa kömək etməyib. İlkin Quliyevin vəziyyəti hazırda ağır olaraq qalır. O, sol döş körpücüyünün oynağı səviyyəsindən hər iki sümüyünün Osteomalisi (sinə sümüyünün çürüməsi) xəstəliyindən neçə ildir ki əziyyət çəkir. Həkimlər təcili olaraq onun bir ay içində Türkiyədə əməliyyat olunmasını, əks təqdirdə onun həyatını itirə biləcəyini deyirlər.

Quliyevlər ailəsinin Azxeber.com-un redaksiyası ilə əlaqə saxlamasından sonra biz də İlkinin vəziyyəti ilə yaxından tanış olmaq üçün onun evinə üz tutduq. Mehdiabad qəsəbəsində "Gənclər Şəhərciyi" adlanan yaşayış kompleksində hərbiçilər üçün tikilən binada yaşayan İlkinin yaxınları onun vəziyyətinin hər gün pisə doğru getdiyini və artıq onun bədəninin adi iynələrə belə əks-reaksiya verdiyini deyirlər.

İ.Quliyevin ailəsinin sözlərinə görə vəziyyətlə bağlı Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə dəfələrlə müraciət etsələr də İlkinin səhhəti ilə maraqlanan olmayıb. Hətta Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının 18 noyabr 2014-cü il tarixli 9 saylı protokolunda da onun təcili Ağciyər Xəstəliklər İnistituna aparılması və müalicəsini xəstəxana şəraitində davam etdirməsi qeyd olunsa da, bu protokola əməl edən yoxdur.

Keçirilən əməliyyatların hamısı isə ailənin şəxsi təşəbbüsü ilə həyata keçirilib. İlkinin əmək fəaliyyətini itirməsi, əldə olan pulun iynə-dərmana xərclənməsi Quliyevlər ailəsinin mövcud vəziyyətini daha da pisləşdirib.

Elə biz də yatılı vəziyyətdə bizi qarşılayan İlkinin çəkdiyi əzab-əziyyəti öz gözlərimizlə gördük:

"2007-ci ildə xüsusi əməliyyatda yaralandım. Gülləni çıxardandan sonra ağrılarım arada olurdu. Ancaq xəstəliyim əvvəlcədən bilinmirdi. Bir neçə ay hərbi hospitalda müalicə alsam da sonra məni evə buraxdılar. 2010-cu ildə ağır əməliyyat keçirdim. Ondan sonra xəstəliyim daha da artdı və bu günkü vəziyyətə gəlib çıxdım. Ümumilikdə 9 dəfə əməliyyat masasına yatmışam. Nəticə olaraq həkimlər sümüklərimin çürüdüyünü deyirlər. Türkiyədə əməliyyat olunsam və sümüyüm dəyişdirilsə yaşaya biləcəyimi deyirlər. Buna da gücüm çatmır. Çünki bu əməliyyatın qarşılığında məndən çox böyük məbləğ tələb edilir. Artıq maliyyə baxımından bunu qarşılaya bilmərəm. Çünki ailədə tək mən çalışırdım. Artıq evə pul da girmir. Olan–qalanımız da iynə-dərmana xərclənir".

İlkinin sözlərinə görə Müdafiə Nazirliyindən heç kəs onun səhhəti ilə maraqlanmayıb. Hətta ona vətən yolunda qabağa getdiyini və buna görə tələblərinin yersiz olduğunu deyirlər.

"Səhhətimlə heç kəs maraqlanmayıb. Heç əhəmiyyət də vermirlər. Deyirlər vətən yolunda getmisən də qabağa".

İlkin bizə idman həyatından da danışdı. O 6 yaşından qaydasız döyüşlə məşğul olduğunu və bu sahədə bir çox titulları olduğunu deyir. Hətta 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibini 8 saniyəyə məğlub etdiyini də qeyd edir:

"6 yaşımdan qaydasız döyüşlə məşğul olmuşam. Avropa çempionu, Olimpiya ikincisi və respublika üzrə bir çox titullarım var. 2008-ci ildə Moskvada keçirilən yarışda erməni rəqibimi 8 saniyəyə nakaut etdim. Xəstəlik artıq məni idmandan da uzaqlaşdırıb. Qolumu tərpədən kimi ağrılarım başlayır. Nə bilim, bəlkə də mənim qismətim elə bu xəstə yatağında ölüb getməkmiş".

Söhbətimiz əsnasında İlkin özünün yaralanmadan öncə hərbi hissədə çəkdirdiyi fotoları bizə göstərərək "mən belə oğlan olmuşam e qardaş" deyib doluxsunur:

"Hərbi hissədə qolumu buran yox idi. Hər gün məşq edirdim, özümü formada saxlayırdım. İndi o günlər mənim üçün ancaq xəyal olub".

İlkin artıq 8 ildir ki, aldığı güllə yarası ilə yavaş-yavaş çürüməyə başlayır. Heç kəsdən yardım almadan özü öz dərdinə çarə axtarır. Heç kim isə onun səsinə səs vermir.

Xəbərlər     Baxılıb: 17168   Tarix: 05 fevral 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

turlar.az

sonxeber.az gozel gorunmek həkim məsləhəti qis geyimləri 2024 allergiya toyuqlar haqqinda hamilə qalmaq terminlər kosmetika rus dilini öyrənək 2 ci dərs yuxuda qara ilan gormek aslan tut ağacı tutdudu qurd ve quzu