Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar

Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlarMüxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri

Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkət gətirsin.Bəs görəsən başqa ölkələrdə nə kimi toy adətləri var?!

Afrika ölkələri

Afrika ölkələrinin çox maraqlı və qəribə toy adətləri çoxdur.Belə adətlərin çoxu unudulsa da bəzi qəbilələrdə onlara hələ də əməl olunur.Bu adətlərdən biri də mərasimin sonuna doğru gəlinlə bəyin əlləri hörülmüş bitkilərlə bir-birinə bağlanılmasıdır.Bu ritual "birliyi" təmsil edir.

Belçika

Bu ölkədə toy mərasimi boyunca gəlin özü ilə yaylıq daşıyır.Əl işi olan bu yaylığın üzərinə toxunma üsulu ilə gəlinin adı işlənir.Mərasimdən sonra gəlin yaylığı çərçivəyə salaraq evinin divarından asır.Bir də bu yaylıq həmin ailədə toy mərasimi olduqda divardan çıxarılır.Toy günü yaylığın üzərinə təzə gəlinin də adı toxunaraq həkk edilib ona təqdim edilir.Beləliklə,bu yaylıq gəlindən gəlinə,nəsildən nəsilə ötürülür.

Finlandiya

Əvvəllər Finlandiyada gəlinlər qızıldan düzəldilmiş taclar taxarlarmış.Toy mərasimi zamanı "tacların rəqsi " adlanan bu toy adətinin baş rolunda elə bu taclar çıxış edirmiş.Toydakı subay qızlar gözləri bağlı olan gəlini dairəyə alıb rəqs edən zaman gəlin başından tacını çıxarıb onlardan birinə taxarmış.Başına tac qoyulan qızın növbəti gəlin olacağına inanırlarmış.

Fransa

"Coup de marriage" adlanan iki qulplu kuzə isə Fransanın toy adətlərinin vacib bir elementidir.Gəlinlə bəyin nəsildən nəsilə ötürülən və çox nadir bir aksesuar olan bu kuzəni birlikdə istifadə etməsi onların "birlik və bərabərlik"lərini təmsil edir.

Almaniya

Alman toylarının çox gözəl toy adətlərindən biri də gəlin və bəyin əllərində güllərlə bəzədilmiş şamlarla zala girmələridir.Zala daxil olduqdan sonra onlar bu iki şamla bir böyük şamı yandırırlar.Bu isə "birləşməni"ni təmsil edir.

Hollandiya

Mərasim boyunca qonaqların arzu və hədiyyələrini qəbul edən gəlin və bəyin altında oturduqları gözəl qoxulu və təzə yarpaqlardan düzəldilmiş kölgəlik "sonsuz məhəbbət"i təmsil edir.

Yaponiya

Yaponiyada gəlinlə bəy doqquz damcı "sake"içirlər və ilk qurtumdan sonra ər-arvad hesab olunurlar.Masada qarşı-qarşıya oturaraq bir-birinin gözlərinin içinə baxır və hər qurtumu eyni anda alıb fincanı eyni anda masaya qoymağa çalışırlar.İnanca görə fincanı masaya gec qoyan kəs dünyasını ilk dəyişən şəxs olacaqdır.

Meksika

Meksika toylarının ən gözəl adətlərindən biri qonaqların meydanda gəlinlə bəyin ətrafında ürək fiquru düzəltmələridir.Beləcə gəlinlə bəy ilk rəqslərini bu fiqurun içində oynayırlar.

Polşa

Polşada nəsillər boyu davam edən bir toy adəti mərasim zamanı gəlinin paltarına pul taxılmasıdır.Əvvəllər bu adət yeni qurulacaq ailəyə maddi yardım məqsədi ilə həyata keçirilir.İndilərdə isə bu adətə bir az əyləncə əlavə edilmişdir.Gəlin və ya bəyin paltarına pul taxıldığında onlardan bunun əvəzində rəqs etmək tələb olunur.

Ruminiya

Ruminiyada gəlin və bəyin üstünə düyü əvəzinə,gələn qonaqlar tərəfindən şirniyyat və fındıq atılır.

İspaniya

Çox uzun zaman bundan əvvəl İspaniyanın bəzi əyalətlərin də gəlinlər qara ipək paltar geyinib qara fata taxarlardı.Saç düzümlərində isə portağal güllərindən istifadə edərlərmiş.Bəylər isə gəlinin öz əlləri ilə hazırladığı köynəyi geyinərlərmiş.

İsveç

Bir vaxtlar İsveçdə gəlinlə bəyi uğursuz qüvvələrdən qorumaq məqsədi ilə gəlinin əlinə xoşagəlməz qoxulu bitkilər və toxumlar verilərmiş.Mərasim başladığında gəlin zala əlində belə bitkilərlə daxil olarmış.Müasir dövrdə isə xoşagəlməz qoxulu bu bitkilər əvəzinə dünyanın hər yerində olduğu kimi gəlinlərin əllərində bir-birindən gözəl gül buketləri görmək olar.

İsveşrə

Bu adəti həyata keçirmək üçün yaşı az olan bir qız seçilir.Mərasim zamanı qız əlindəki rəngbərəng yaylıqları qonaqlara paylayır.Mərasimin sonuna yaxın isə həmin yaylıqları geri topladıqda onlarla bərabər müəyyən miqdarda pul da toplanılır.Daha sonra həmin pullar yeni evlilərə dəstək məqsədi ilə onlara təqdim olunur.

Hindistan

Gül Hindistan toylarında həmişə çox vacib yerlərdən birini tutub.Bu ölkənin nəsildən nəsilə keçərək indinin özünə qədər davam etdirilən qədim adətləri çoxdur.Bunların biri gəlinlə bəy nigaha daxil olduqları zaman bəyin qardaşının onların başlarına gül ləçəkləri səpməsidir.

Ailə və Uşaq     Baxılıb: 17944   Tarix: 26 avqust 2016
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Uşaqlarda saç yolma: Səbəbi idarəolunmaz stress ola bilər

Uşaqlar da böyüklər qədər stressə məruz qala bilər və stress altında böyüklərdəki kimi müxtəlif psixoloji problemlər yaşaya bilərlər. Bu problemlərdən biri də saç yolma xəstəliyi, trixotillomaniyadır. İbtidai məktəb və y

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunları

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Ana südünün daha bir faydası: DOĞUMDAN SONRA…

Ana südü həm körpə, həm də ana sağlamlığı üçün ən əhəmiyyətli qida qaynağıdır. Bununla əlaqədar türkiyəli professor Nalan Karabayır məlumat verib:. "Ana südü körpələr üçün ən sağlam qida mənbəyidir. Əmizdirmə ana-uşa

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

sonxeber.az həkim məsləhəti hamilelikde qidalanma makiyaj instagram baliq qulagi el isleri bayatilar qadın dünyası qidalandirici maskalar kosmetika birlik haqqinda layla saglam qidalanma pehriz vətənə aid bayatı