Namiq Qaraçuxurlunun 500 minlik maşını qalmaqal yaratdı

Namiq Qaraçuxurlunun 500 minlik maşını qalmaqal yaratdıSon vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olub. 
İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər. 
Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 min manatlıq "Bentley" markalı avtomobili müzakirə mövzusudur.  
Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb: 
"İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim "mənzilin açarını verin, üç gün orada qalım".
Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim  "Ford-focus" markalı avtomobilin 11 "yaşı" var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz. Allaha şükür edirəm ki, yaxşıdır, bu da var. Olmayanlar nə etsinlər?" 
Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə ulduz demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb: 
"Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə "məşhurdur", nə də ulduzdur. Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar. Onlar da orada-burada müsahibə verib, görməmiş kimi var-dövlətlərini camaatın gözünə "soxurlar". / azxeber.com

Şou Biznes     Baxılıb: 713   Tarix: 07 mart 2024
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir?

Mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb. Bu barədə o, özünün "Instagram" hesabında məlumat paylaşıb. Qeyd edib ki

.

Kardi Bi həyat yoldaşı ilə barışdı

Müğənni Kardi Bi boşanmaq ərəfəsində olan həyat yoldaşı, reper Offset ilə barışıb. . xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük yenidən kamera qarşısında səmimi görüntüləniblər. Qeyd edək ki

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. -a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jaləni

.

Tanınmış türk sənətçiyə xərçəng diaqnozu qoyuldu

"Kahtalı Miçe" kimi tanınan türk sənətçi Mustafa Aslanın boğaz xərçəngi olduğu üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslanın müalicəsi Antalya Akdeniz Universiteti Tibb Fakültəsində davam edir

.

Aşıq Əli: "Dərmanlardan sonra kökəldim

"Uşaqlıqda xəstə olmuşam. Dərmanlardan sonra kökəldim". -a istinadən xəbər verir ki, bu sözləri aşıq Əli Tapdıqoğlu verilişlərin birində deyib. Artıq çəkisindən danışan sənətçi buna keçirdiyi xəstəliyin səbəb olduğun

.

Dilan Polat həbsxanada intihara cəhd etdi

"Çirkli pulların yuyulması", "qanunsuz mərc oyun şəbəkəsinə üzv olmaq" kimi cinayətlərə görə həbsdə olan sosial media fenomeni Dilan Polatın həbsxanada intihara cəhd etdiyi məlum olub. . Türkiyə mediasın

.

Reynmen sevgilisinə evlilik təklifi edib

Sosial mediada Reynmen kimi tanınan türkiyəli müğənni Yusuf Aktaş izləyicilərinə evlənəcəyini açıqlayıb. xəbər verir ki, Reynmen sevgilisi Cansu Kurtarana evlilik təklif etdiyini deyib. Cütlüyün yayın əvvəlində evlənəcəy

.

Gökhan Özen yenidən Bakıya gəlir

Türkiyəli məşhur müğənni Gökhan Özen yenidən Bakıya gəlir. xəbər verir ki, bu haqda müğənni özü 1.3 milyonluq səhifəsində məlumat verib. Ötən konsertindən görüntülər paylaşan Özen, "Gözlə məni, Bakı" sözlərini yazıb

turlar.az

sonxeber.az aksessuarlar sac duzumleri reseptler qarabasaq pehrizi elm haqqında aforizmlər saglamlig berguzar korel kosmetika ginekoloq gözellik öpüşme vetene aid atalar sozu qiz adlari