Nazimin həkimi danışdı: "Həyatımı məhv eləyib, bu mənə qarşı şantajdır"

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyarinin ona səhv diaqnoz qoyaraq yanlış əməliyyat etməkdə günahlandırdığı "ElMed" klinikasının həkimi Elman Əzimov açıqlama verib.

Axşam.az-ın məlumatına görə, "Hər şey daxil" verilişində danışan həkim kamera önünə keçmək istəməyib. O, Nazimin onun ünvanına səsləndirdiyi ittihamlarala razılaşmayıb:

"Onun dedikləri real deyir. Sadəcə, mən efirə çxımıram. Gözləyirəm ki, bu insan dərk eləsin. Başa düşmür ki, onu ölümdən mən qurtarmışam. Mən həmin gün o əməliyyatı eləməsəydim, indi həyatda yox idi. Bir gün qabaq təcili yardım xəstəxanasına gedib. Şəxsən özü yanıma gəlib. Onkologiyadan cavab gəlib, mən sonra əməliyyata girmişəm. Mən ona qabaqcadan demişəm ki, filan problemlər ola bilər. Bizi həmin vaxt onu ölümdən qurtarmışıq. Öd kisəsinin tikilməsi söhbəti də olmayıb. Çünki əməliyyat lazerlə edilib. Əməliyyatın mərhələləri var. Bu insan bunların heç birini qəbul eləmədi. Mənim səhvim varsa, cəzamı qəbul edərəm. Peşman olmuşam ki, onu əməliyyat etmişəm. Mənim həyatımı məhv eləyib. Bizim bütün nəslimiz həkimdir. Mən Azərbaycanda 20 ilə yetişmişəm, Türkiyədə kurslar keçmişəm. Bu, mənə qarşı şantajdır".

Nazim isə veriliş vasitəsilə Elman Əzimovu "yalançı" adlandırıb:

"Elman Əzimov yalançı adamdır. Vəkili də ona istinadən fikirlərini söyləyir. Bu adam hər gün bizdə idi. Mən özüm də məəttəl qalırdım ki, bu niyə hər gün mənə dəyməyə gəlir? Çünki bu insanın problemləri var imiş. O, ailə üzvlərimə deyibmiş ki, Nazim onkoloji xəstədir. Məni Türkiyəyə və İsrailə aparanda demirdilər ki, sən xəstəsən, deyirdilər elə-belə ürəyivi yoxlatmağa aparırıq. Onkoloq mənə baxanda dedi, bunu niyə gətirmisiz mənim yanıma? Fateh Ağalar məni sonuncu dəfə əməliyyat etməzdən əvvəl bir də yoxladılar və dedilər ki, səndə onkoloji heç nə yoxdur. İsrailə gedəcəyimi Elman həkim bilirdi. Hətta mən ona dedim ki, mənim İsraildə çoxlu həkim dostlarım var, gəl sən də mənimlə get, sənə də təcrübə olar. İndi yalandan deyirlər ki, mənim İsrailə gedəcəyimdən xəbərləri yox idi. Elman həkim evdəkilərə, şəxsən bacıma deyib ki, bunun 6-7 ay ömrü qalıb, kimyəvi terapiya olunmalıdır. Əməliyyat zamanı qanaxma olub və bunu da bizdən gizlədib. Bundan başqa, əməliyyat zamanı bu insan mənim yoldaşımı əməliyyat otağına aparıb ki, gəl bax. Belə şey harda var? Bu 4 ayda mən 14 saat narkoz aldım. Elman həkim, niyə sizin səhviniz ucbatından mən 14 saat narkoz almalıyam? Niyə sizə görə mənim 77 yaşlı anam, ailə üzvlərim sarsıntılar keçirməlidir? Səhviniz yoxdursa, niyə məni Türkiyədə, İsraildə yenidən əməliyyat etdilər?".

Qeyd edək ki, Nazim Pişyari Elman Əzimovun ona xərçəng diaqozu qoyduğunu və öd əməliyyatı zamanı öd yollarını tikdiyini iddia edib. O, təkrar əməliyyatlarına 62 min dollar xərclədiyini bildirib və vurduğu maddi-mənəvi ziyana görə Elman Əzimovu məhkəməyə verib.
Nazimin həkimi danışdı: "Həyatımı məhv eləyib, bu mənə qarşı şantajdır"Nazimin həkimi danışdı: "Həyatımı məhv eləyib, bu mənə qarşı şantajdır"

Xəbərlər     Baxılıb: 1838   Tarix: 19 sentyabr 2017
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər. -a istinadən xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğun

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

.

Çay içərkən bu səhvə yol verməyin

Azərbaycanda ən çox istehlak edilən mayelər arasında yer alan çay tək başına istifadə edildikdə zərərli içki sayılmır. Lakin çay içərkən edilən bir səhv mədə və böyrəklərinizə ciddi zərər verə bilər. . -a istinadən xəbə

.

Ət xallarından xilas edən təbii üsul

Kosmetika sahəsində məşhur olan əncir südü dəri problemi yaşayanlar üçün həll yolu ola bilər. -a istinadən xəbər verir ki, xüsusilə təbii üsullarla ziyil və ət xallarından xilas olmaq istəyənlər əncir südündən faydalanırlar

.

Həddindən artıq duz olan QİDALAR

Ümumdünya Səhiyyə Təşkilatına görə, gündə orta hesabla duz qəbulu 5 qramdır. Bu miqdarın müntəzəm olaraq aşılması sağlamlıq problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, orta dərəcədə duz istehlakı isə əksinə

.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır.   -a istinadən xəbər verir ki, yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

turlar.az

sonxeber.az yaz geyimleri 2024 reseptler qadın geyimi bürclər və illər qarın yağları buruq sac duzumleri 2024 qadin saytlari kosmetika novruz hakışdaları orqazm vətənə aid bayatı usaq seirleri qadin saglamlig