Nazirlikdən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ: Bu ilin sentyabrında...

Nazirlikdən əhaliyə MÜHÜM XƏBƏRDARLIQ: Bu ilin sentyabrında...Azərbaycanda 2003-cü ildən sonra ilk dəfə olaraq, bu ilin sentyabr ayında uzun müddətli isti hava şəraiti müşahidə edilir.
Xanim.az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.

Baş hidroloq əlavə edib ki, 2002, 2003, 2007, 2010 və 2012-ci illərdə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda belə temperatur və rütubətli hava şəraiti qeydə alınıb. Lakin ötən illərin sentyabr aylarında belə isti hava şəraiti müşahidə edilsə də, istilər bu ilki qədər uzun müddətli olmayıb.

A.Verdiyev qeyd edib ki, sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib. Həmin müddətdə Bakıda havanın maksimal temperaturu 38 dərəcə isti olub:

"Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb".

A.Verdiyev əlavə edib ki, ümumilikdə Bakıda 1990-cı ildən sonrakı dövr ərzində ən isti sentyabr ayı 2015-ci ildə qeydə alınıb. Həmin il sentyabr ayında Bakıda havanın havanın orta aylıq temperaturu (havanın maksimal temperaturu 37 dərəcə olub) normadan yüksək olub. Bundan əvvəl isə 2002-ci ildə isti sentyabr ayı qeydə alınıb. Həmin ildə də sentyabr ayının orta aylıq temperaturu normadan bir qədər yüksək olub.

A.Verdiyevin sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Xəbərlər     Baxılıb: 2833   Tarix: 20 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

.

Yaponların uzunömürlü olmasının SİRRİ - Hər gün bunu edirlər

Moskvada gözlənilən ömür uzunluğu orta hesabla rekord həddə - 78 yaşa çatıb. -a istinadən xəbər verir ki, bu barədə Moskvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Departamentinin rəis müavini, Moskvanın uzunömürlülük proqramını

.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. -a istinadən bildirir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadını

.

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

Hipertoniyaya qarşı təzyiq salıcı dərmanları günün hansı saatında içmək lazımdır ki, xəstələr özlərini qorusun?. -a istinadən xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələ

.

Ömrü uzadan məşğuliyyətlər BUNLARDIR

"Gəzinti, bağçılıq, sevimli işlə məşğul olmaq və kitab oxumaq ömür uzunluğuna müsbət təsir göstərir". -a istinadən bildirir ki, bu barədə Rusiyanın Severnoye Tuşino Herontoloji Mərkəzinin həkim-geriatrı Fyodor Semeno

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

.

Bayramlarda salat hazırlayanların nəzərinə - Soyuducuda saxlamağın təhlükələri açıqlandı

"Yeni il tətilləri ərəfəsində xanımlar bayram süfrəsinin təmtəraqlı görünməsi üçün əlindən gələni edir. Nəticədə bir gündə yeyilə bilməyən çoxlu çeşiddə salatlar hazırlanır. Onları soyuducuya qoyarkən istifadə müddət

.

Bu qidaları uşaqlarınıza verməyin - Qızlarda sinə vaxtından tez böyüyür, oğlanlarda isə

Erkən yetkinliyin sürətlə artmasının səbəblərini öyrənmək üçün mütəxəssislər tərəfindən geniş araşdırmalar aparılıb. -a istinadla bildirir ki, araşdırmaların nəticəsinə görə, xüsusilə gənclər tərəfindən çox yeyilən qidaları

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

turlar.az

sonxeber.az reseptler kosmetoloq aksessuarlar siqaret tergitmeyin asan yolu dondurma reseptləri fitness 2024 payiz qis debi kosmetika suni mayalanma tapmaca cantalar vətən haqqında bayatı hakiwda